Alim ömrü
poetik sözdə
Poetik fikir müstəvisində
ictimailəşdirilən bioqrafiya söz adamına aiddirsə, müəyyən mənada,
duyğusal olur. Belə bioqrafiyalar bəzən hiss edilməsi
çətin olmayan həsəd də yaradır...
Professor Qəzənfər Paşayev çağdaş
ədəbiyyatımızın cəfakeşlərindəndir. Onun tədqiqatları
ədəbiyyatımızın dünənini işıqlandırır,
tarixin çox gizlincləri onun təxəyyülü, təhlilləri
ilə öz layiqli yerini tapır. Nəsimişünaslığa ən dəyərli
əsərlərdən birinin
("İmaməddin Nəsimi.
İraq divanı")
müəllifi kimi söz dünyamızı
cəsarətlə, sevgilərlə
araşdıran, böyük
şairin poetik dünyasının incəliklərini
aşkarlayan, həmin
işığın qarşısını
kəsən biganəlik
pərdəsini cəsarətlə
götürən professor Qəzənfər
Paşayevin bioqrafiyası
(həm də ədəbi bioqrafiyası)
təbii ki, diqqətdən kənarda qala bilməz. "Xalqını canından əziz bilən, əqidəsinə,
dostlara sədaqətli
olan" (Qurban Bayramov) Qəzənfər
müəllimin istər
özü ilə, istərsə də əsərləri ilə həmsöhbət olmaq, sözün həqiqi mənasında, bir məktəb keçmək
deməkdir. İstedadlı
şair Vaqif İsaqoğlu məhz bu baxımdan zəngin bioqrafiyaya malik olan professor Qəzənfər Paşayev
haqqında dəyərli
bir əsər yazıb: "Mənalı
ömrün dastanı".
Ömrün mənası haqqında
müxtəlif fikirlər
səslənə bilər,
hərə bu istilahı özünün
dünyaduyumuna müvafiq
mənalandırar. Vaqif İsaqoğlunun
təqdimatında bu istilah xalqa, millətə, dövlətə,
sözə (ədəbiyyata)
bağlılığın nəticəsi kimi verilib və zənnimcə, müəllif
haqlıdır.
Bu yol hardan başlanır? Əsərdə
bu suala da cavab var:
Tovuz rayonunun Düzqırıqlı kəndindən.
Bu yol, səmimi
desək, çətinliklərdən
keçib. Bu çətinliklər həvəsin,
istəyin, məqsədin
assosiasiyasının gücü
ilə "əriyib"
və nəticə etibarilə alim ömrü ilə qovuşub. Vaqif İsaqoğlu bunu
uğurla poetikləşdirrməyi
bacarıb. Əsər oxucuya
həm də işıqlı ömürdən
düşən işığın
gözçəkən olduğunu
xatırladır.
"Xeyirxah işiylə, əməlləriylə dünyada
bir dünya quran", "həmişə
haqqın səsinə
səs verən, millətin adını ucaltmaqla millətin gözündə ucalan", ... professor Qəzənfər
Paşayev xarakterinin bir çalarını
İçərək Günəşin
şəfəqlərini
Özü bir nur kimi zülməti yarıb
beyti açır və həyatiliyi ilə diqqəti çəkir.
Şairin təqdimatında çoxumuza
bəlli olmayan məqamlar poetik təkhiyyə ilə verilir, bir zamanlar
(1964-1989) Azərbaycan Pedaqoji
Dillər İnstitutunda
kafedra müdiri olan, müəllimlik eləyən bu istedadlı alimin yolunu (müəllimlik yolunu) əsərləri davam etdirir. Bu sıradan
yeddi cildlik seçilmiş əsərləri
də:
O böyük alimin yeddi kitabı,
Ürək arzusudu, könül yarıdı.
Qəzənfər müəllimin hər
bir əsəri
Halal dövlətidi, halal varıdı...
Professor Qəzənfər Paşayev alim olaraq kimliyini qətiyyətlə təsdiq
eləyib. Bu baxımdan
onun imzasını
"ədəbi sertifikat"
hesab etmək mümkündür. Vaqif İsaqoğlu
məhz bu məqamı nəzərə
alaraq yazır:
Dünyada tanıdıb öz
imzasını,
İmzalar içində gəz
imzasını,
Urvata mindirib söz imzasını..
Ümumiyyətlə, "Mənalı
ömrün dastanı"
poeması uğurlu hesab edilməlidir; zəngin bioqrafiyaya malik tutarlı elmi təfəkkürün
daşıyıcısı olan alim haqqında
tutarlı kitab...
Rəşid Faxralı
525-ci qəzet.- 2014.- 23 sentyabr.- S.8.