Borçalıda beynəlxalq
mədəniyyət festivallı
Bu
gün Marneulinin gürcülər yaşayan Tserakvi kəndində
“One Caucasus” (Vahid Qafqaz) adlı beynəlxalq mədəniyyət
festivalı başlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan və Polşa Mədəniyyət və Tarixi Abidələrin Mühafizəsi Nazirliklərinin, Marneuli Rayon İcra Hakimiyyətinin, Polşanın „FUNDACJA INNA PRZESTRZEN" Fondunun dəstəyi və təşkilatçılığı ilə baş tutub. Tədbiri Fondun prezidenti Viltek Hebanovski açaraq Marneulini ən gözəl və təhlükəsiz bölgə adlandırıb. Sonra Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili festivalın böyük əhəmiyyət daşıdığını, dostluğa, qardaşlığa xidmət etiyini bildirib: "Biz bu mədəniyyət festivalını Marneulidə təşkil etməyi qərara aldıq. Tədbiri təşkil edənlərə minnətdarlığımı bildirirəm. Bu gün başlanan festival gənclərimizi yaxınlaşdıracaq və Marneulinin inkişafına kömək edəcək. Biz artıq Avropaya gedirik və düşünürəm ki, bu tədbiin ənənəvi şəkildə davam etdirilməsi Marneulinin Tserakvi kəndini turizmin mərkəzinə çevirəcək," M. Topçişvili bildirib.
Sonra festivalda
Ukrayna folklor ansamblı və Marneuli musiqi kollektivi çıxış
edib. 4 gün keçiriləcək festivala
20 dövlətdən (Polşa,
Ukrayna, Azərbaycan, Yamayka, Amerika Birləşmişmiş Ştatları,
Gürcüstan, Ermənistan,
Hindistan, Koreya, Böyük Britaniya və s.) nümayəndələr qatılıb. Tədbirdə Azərbaycanı 5 nəfər təmsil edir.
Açıq səma altında keçirilən festivalda Azərbaycan, Gürcüstan
və Ermənistan mətbəxinin nümunələri
nümayiş etdirilib,
ətraf kəndlərdə
yaşayan azərbaycanlı,
gürcü və erməni sakinlərinin becərdikləri kənd təsərrüfatı məhsullarının
yarmarkası da təşkil edilib. Tədbirdə gənclər, uşaqlar və yeniyetmələr üçün təşkil
olunan əyləncəli
proqramlar, ustad dərsləri, eyni zamanda sənədli filmlər də nümayiş olunacaq.
Festivalın əsas təşkilatçılarından
biri olan „FUNDACJA INNA
PRZESTRZEN" Fondunun prezidenti
Vitek Hebanovski APA-ya açıqlamasında
özünü Marneulinin
sakini adlandırıb
və onların layihəsinə verilən
dəstəyin real dəstək
olduğunu bildirib:
"Mən Qafqazı
çox sevirəm. Həmişə istəyirəm ki,
bu regionda sülh və əmin-amanlıq olsun.
Biz bir neçə
gün ərzində Marneulinin gürcü, Azərbaycan, həm də erməni kəndlərində olub filmlər də çəkmişik. Bizim gördüyümüz
işlər bu gün real dəstəkdən
əmələ gəlib.
Belə layihələri Azərbaycanda
da həyata keçirmək fikrindəyik,"
Vitek Hebanovski qeyd edib.
Tədbir avqustun 31-nə kimi davam edəcək.
Almaz Yurdsevər
525-ci qəzet.- 2014.- 23 sentyabr.- S.7.