Hərbi sahəyə böyük
diqqət və qayğı yüksək əməli nəticələr
verir
Azərbaycanda son dövrlərdə Silahlı
Qüvvələr sistemində
aparılan islahatlar bütün dünyada maraqla qarşılanmaqla yanaşı bədnam qonşumuz Ermənistanın
narahatçılığına səbəb olub.
Silahlı Qüvvələrdə həyata
keçirilən kadr islahatları çərçivəsində
mülki şəxslərin
müəyyən işlərə
cəlb olunması nəticəsində hərbçilərin
tamamilə öz peşələri ilə məşğul olmasına
müsbət təsir
etmişdir. Həmçinin
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti tərəfindən
çağırışçılar üçün müxtəlif
ixtisaslar üzrə kursların təşkil edilməsi, vətəndaşlara
elektron xidmət göstərilməsi (Çağırışçılara
müddətli həqiqi
xidmətlərini hansı
hərbi hissədə
keçmələri barədə
məlumatların verilməsi,
SHXÇDX-yə həqiqi
hərbi xidmətə
(işə) qəbulla
əlaqədar müraciətin
və sənədlərin
qəbulu, Hərbi xidmətkeçmə haqqında
arayışın verilməsi
üçün müraciətin
və sənədlərin
qəbulu, itirilmiş
hərbi bilet və ya təhkimetmə
vəsiqələrinin əvəzinə
yenisinin verilməsi üçün müraciətin
və sənədlərin
qəbulu, SHXÇDX-dən
arxiv arayışlarının
verilməsi üçün
müraciətin və
sənədlərin qəbulu)
hərbi sahədə
aparılan islahatların
nəticəsidir. Qeyd etmək
lazımdır ki, Silahlı Qüvvələrin
Ali Baş Komandanı
cənab İlham Əliyevin təsdiq etdiyi plana uyğun
olaraq sentyabrın 13-dən
başlayaraq Silahlı
Qüvvələrin bütün
qoşun növlərinin
iştirakı ilə
mərhələli qaydada
irimiqyaslı əməliyyat-taktiki,
komanda-qərargah təlimləri
keçirildi. Türkiyə Silahlı Qüvvələrinin
Hərbi Hava Qüvvələrinin bölmələrinin
də təlimlərə
cəlb edilməsi böyük əks səda yaratdı.
Təlimlər zamanı 10.000 nəfərədək
ehtiyatda olan hərbi vəzifəli şəxs toplanışa
cəlb edildi və onlar təlimlərdə
iştirak etdilər.
Ehtiyatda
olan hərbi vəzifəlilərin toplanışa
cəlb edilməsi müəyyən müddət
ordudan tərxis olunmuş şəxslərin
hərbi bacarıqları
yoxlamaq, onların yeni silah və
hərbi texnika ilə tanış
olmalarına imkan yaratdı. Ehtiyatda olan hərbi
vəzifəlilərin təlimlərə
cəlb edilməsi Müdafiə Nazirliyi və Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti arasında koordinasiya edilmiş əlaqələrin yüksək
səviyyədə olduğunu
bir daha nümayiş etdirdi.
Ehtiyata buraxılmış hərbi
vəzifəlilərin uçotu
SHXÇDX tərəfindən dəqiqliklə aparıldı
və hərbi vəzifəlilər təyin
olunmuş yerlərə
vaxtında çatdırıldı.
İrimiqyaslı təlimlər zamanı
hərbi vəzifəlilərə
silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları,
mənəvi-psixoloji hazırlıqla
bağlı müxtəlif
tədbirlər keçirilmişdir.
Təlimlər bir daha göstərdi ki, istənilən vaxtda səfərbərliklə bağlı
vəziyyət yaranarsa
Müdafiə Nazirliyi
və SHXÇDX bütün
işləri vaxtında
həyata keçirməyə
qadirdir.
Təlimlərdə qardaş Türkiyə
Silahlı Qüvvələrinin
nümayəndəliyinin iştirak
etməsi regionda böyük rezonons doğurdu. Təlimlə bağlı Azərbaycana
gələn Türkiyə
Hərbi Hava Qüvvələrinin nümayəndələrinin
azərbaycanlı həmkarları
ilə birgə təlimdə iştirak etməsi mühüm amillərdən biridir.
Çünki NATO ölkəsi olan Türkiyə dünyanın ən güclü, professional orduya
malik ölkələrindən
biridir.
Qardaş ölkənin professional, yüksək
hazırlıqlı hərbçilərinin
azərbaycanlı həmkarları
ilə birgə təlimdə iştirak etməli onların təcrübələrini öyrənmək
baxımından çox
önəmlidir.
Müdafiə naziri, general-polkovnik
Zakir Həsənov irimiqyaslı birgə təlimlərdə iştirak
edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya
vasitələrinin yerləşdiyi
aerodromda Azərbaycan və Türkiyə HHQ-nin nümayəndələri
ilə görüşündə
bildirdi ki, birgə təlim Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğanın diqqəti,
dəstəyi sayəsində
keçirilib.
Birgə təlim hər iki dövlətin xarici təhdidlərə qarşı birlikdə mübarizə aparacaqlarını
əyani formada nümayiş etdirdi. Eyni zamanda
iki qardaş ölkənin birgə təlimi ümumi düşmənlərimizə verilmiş
mesaj kimi də qiymətləndirilə
bilər. Bütün siyasi
arenalarda Azərbaycanın
yanında olduğunu açıq şəkildə
bəyan edən Türkiyə, təlimdə
iştirakla əməli
işdə də Azərbaycanla birgə olacağını dünyaya
çatdırdı.
Müdafiə nazirinin nəzarəti altında keçən təlimlər zamanı cənab nazirin rəhbərliyi ilə təlim bölgəsində
keçirilən müşavirədə
məruzələri dinlənildi,
müvafiq qeydlər edildi və cənab nazir keçirilən irimiqyaslı
təlimin ölkə
üçün əhəmiyyətini
vurğuladı. Təlimlər ordumuzun nizam-intizamının
və döyüş
hazırlığının yüksək səviyyədə
olduğunu bir
daha nümayiş etdirdi.
İrimiqyaslı təlimlər zamanı yadda qalan yeniliklərdən
biri də, qablaşdırılmış hazır
milli yeməklərin və yenilənmiş quru ərzaq dəstinin ilk nümunələrinin
keçirilən təlimin
şəxsi heyətinə
verilməsi oldu. Son dəyişikliklərlə
hərbi qulluqçularının
səhra şəraitində
quru ərzaq payı dəsti çeşidinin və qida rasionunun enerji dəyərinin artırılması məqsədi
ilə ərzaq payı normalarına 150
qr. ciyər paşteti
və 100 qr. qatılaşdırılmış
şəkərli süd
əlavə edilib və quru ərzaq
payının ümumi
enerji dəyəri
3236 kkal-dən 4000 kkal-dək
artırılıb. Hərbçilərin milli menyu ilə
təmin edilməsi uğurla davam etdirilir və bu əlbəttə ki, hərbi qulluqçuların təminatına
müsbət təsir
edir. Xatırladım ki, bir müddət öncə müdafiə nazirinin göstərişi ilə
hərbi hissələrin
yeməkxanalarında aşpazların,
yeməkxana və mətbəx işçilərinin,
qabyuyanların mülki
işçilərlə əvəz
olundu. Bu həm görülən işlərin keyfiyyətinin
artmasına, həm də hərbçilərin
öz təyinatları
üzrə işlər
görmələrini stimullaşdırdı.
Hərb quruculuğu sahəsində
qazanılmış nailiyyətlərdən
biri də Müdafiə Sənayesi Nazirliyinin gördüyü
işləri qeyd etmək lazımdır. Artıq Azərbaycan
hərbi məmulatlar istehsal və ixrac edən ölkələrdən birinə
çevrilib. Bakıda
keçirilən Birinci
Azərbaycan Beynəlxalq
Müdafiə Sənayesi
"ADEX-2014" sərgisində Azərbaycan 168 adda hərbi təyinatlı məmulat nümayiş edirdi.
Bütün bunlar Azərbaycanda hərbi sahəyə göstərilən diqqətin
göstəriciləridir. Cənubi Qafqazın
ən güclü ordusunu formalaşdırmış
Azərbaycan daim müasir hərbi texnika və silahla ordunu möhkəmlədir. Milli təhlükəsizliyin
təmin edilməsində
vacib amillərdən biri güclü və müasir silah, hərbi texnika ilə təchiz edilmiş ordunun mövcudluğudur.
Mürəkkəb siyasi
situasiyanın mövcud
olduğu bir coğrafiyada yerləşən,
ərazisinin 20 faizi düşmən tərəfindən
işğal olunmuş
Azərbaycan üçün
ordunun döyüş
hazırlığının yüksək səviyyədə
olması və müasir silah növləri, hərbi texnika ilə təmin edilməsi olduqca zəruridir. Bu baxımdan milli
müdafiə sənayesi
kompleksinin yaradılması,
silah və texnikanın milli istehsal olması milli məhlükəsizliyin
təmin edilməsinə
zəmanət verir və xaricdən silah alışına görə müəyyən
asılılığı aradan qaldırır.
Emin HƏSƏNLİ
525-ci qəzet.-
2014.- 23 sentyabr.- S.2.