Yazıçı Ələviyyə Babayeva vəfat edib
Yazıçının ailəsindən APA-ya verilən məlumata görə, Ə. Babayeva bu gün səhər
saatlarında dünyasını
dəyişib.
Ə. Babayeva ilə vida mərasimi bu gün evində
keçiriləcək.
O, Yasamal qəbiristanlığında
həyat yoldaşının
yanında dəfn olunmasını vəsiyyət
edib.
Qeyd edək ki, Ələviyyə
Babayeva 1921-ci il avqustun 12-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən
sonra ADU-nun filologiya fakültəsində təhsil
alıb. Ədəbi fəaliyyətə
1936-cı ildə "Ədəbiyyat
qəzeti"ndə dərc
olunmuş "İki
həyat" adlı hekayəsi ilə başlayıb.
O, hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr
edib. A.Qaydarın "Uzaq ölkələr"
(1950), V.Biankinin "İz
ilə" (1947), "Ayı
balası" (1959), "Qırmızı
təpə" (1963), K. Paustovskinin
"Oğru pişik"
(1951), V.Q.Korolenkonun "Satın
alınmış uşaqlar"
(1962), Y. Sotnikin "Əcaib
quş" (1964), V.Astafyevin
"Ulduz xəzanı"
(1970), Y. Çaruşinin "Nikitanın oyuncaqları"
(1984) və kitabları
onun tərcüməsində
kütləvi tirajla çap olunub.
"Azərbaycan qadını"
jurnalında məsul katib (1951-1973), "Gənclik"
nəşriyyatında müasir
ədəbiyyat şöbəsinin
müdiri (1973-1976), sonra
baş redaktor
(1976-1985) olub.
Azərbaycan Yazıçılar Birliyinin
qəbul komissiyasının
üzvü, tərcümə
seksiyasının rəhbəri
çalışıb.
Ə. Babayeva “Adamlar və talelər”, “Səni axtarıram”, “Əlvida”, “Rəngbərəng
yuxular” və s. kitabların müəllifidir.
525-ci qəzet.-
2014.- 23 sentyabr.- S.7.