"Avropa ölkələrinin
Qarabağ münaqişəsinin
nizamlanması məsələsində səylərini
artırması zəruridir"
Müsahibimiz Avronest Parlament
Assambleyasının (PA) Enerji təhlükəsizliyi
komitəsinin həmsədri, Milli Məclisin
(MM) deputatı Fuad
- Bildiyiniz kimi, bir neçə gün öncə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Bu hadisə
Azərbaycanın beynəlxalq
müstəvidə nufuzuna necə təsir edəcək?
- Bu, çox böyük və tarixi hadisədir. Azərbaycan hələ 1994-cü ildə
"Əsrin müqaviləsi"ni
imzalamaqla Avropanın enerji təhlükəsizliyinin
mühüm bir
həlqəsinə çevrilib.
Ötən əsrin
90-cı illərində mürəkkəb
geosiyasi vəziyyətlə
üzləşən Azərbaycan bütün
bunlara baxmayaraq zəngin təbii sərvətlərindən istifadə
etmək haqqında strateji qərar qəbul edə bildi. Ümummilli liderimiz Heydər
Əliyevin uzaqgörən
siyasəti nəticəsində
bu çətinliklərdən
çıxan ölkəmiz
Avropada enerji təhlükəsizlik tələbatlarına
töhfə verməyə
hazır olduğunu nümayiş etdirdi. Məhz "Əsrin müqaviləsi"
Azərbaycanı Avropaya
çıxarmaqla onun
milli neft strategiyasının hədəflərərini
müəyyənləşdirdi. Bu siyasət Prezident
İlham Əliyevin rəhbərliyi ilə bu gün öz
uğurlu nəticələrini
göstərir. Əsası Ulu
öndər Heydər
Əliyev tərəfindən
qoyulan "Əsrin müqaviləsi" Azərbaycanın
20-ci əsrdə imzaladığı
böyük müqavilədirsə,
Prezident İlham Əliyev tərəfindən
imzalanan "Cənub Qaz Dəhlizi" yeni əsrin- 21-ci əsrin nəhəng razılaşmasıdır. "Cənub Qaz
Dəhlizi" bu baxımdan, yürüdülən
siyasətin davamı olmaqla eyni zamanda
Prezident İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür. Hələ
2011-ci ildə Azərbaycan
Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının prezidenti
Joze Manuel Barrozo arasında keçirilən
görüş zamanı
"Cənub Qaz Dəhlizi" ilə bağlı Birgə Bəyannamə imzalanmışdı.
Bu Azərbaycanla Avropa Komissiyası arasında çox mühüm sənəd idi. Orada təkcə enerji
sahəsində deyil, ümumiyyətlə Azərbaycanla
Avropa Birliyi arasında sosial-mədəni
və digər istiqmətlər üzrə
əməkdaşlıqdan bəhs
edirdi.
Azərbaycan bu gün Avropanın
ən böyük və etibarlı enerji tərəfdaşlarından
biridir və təkcə iqtisadiyyata deyil, enerji təhlükəsizliyinə
də öz töhfəsini verməkdədir. Belə status isə ölkəmizin dünyada mövqeyini yüksəltməklə yanaşı
onun etibarlı tərəfdaş olaraq sambalının göstəricisinə
çevrilib. "Cənub Qaz Dəhlizi" Avropanın
enerji təhlükəsizliyinin
təmin edilməsində
yeni səhifə olmaqla ölkəmizə öz təbii sərvətlərini Avropa
bazarlarına nəql etmək imkanı verəcək. Artıq uzun
müddətdir ki, Azərbaycanın malik olduğu enerji ehtiyatlarının Avropanın
təhlükəsizliyi istiqamətində
istifadəsi haqqında
müzakirələr gedirdi.
Artıq
Azərbaycan Avropanın
enerji təhlükəsizliyinin
təmin edilməsində
əsas iştirakçı
kimi fəaliyyət göstərir. Bu əməkdaşlıq artıq
ona gətirib çıxarıb ki, Azərbaycan Avropa ölkələri ilə ən yüksək səviyyədə strateji
əməkdaşlıq formatında
öz fəaliyyətini
davam etdirəcək. Qeyd edim ki, aparılan bu işlər qardaş Türkiyə ilə birgə görüləcək.
Rəsmi Bakı dəfələrlə
bəyan edib ki, Azərbaycan bu istiqamət üzrə Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasına hər zaman hazırdır. Əslində son 10-15 ildə Azərbaycan
bu rolu mükəmməl
şəkildə həyata
keçirir. Bu layihənin həyata keçirilməsi Avropanın
Azərbaycanın enerji
resurslarına çıxışını
təmin edəcək.
Eyni zamanda, bu layihə
Avropanın Azərbaycan
arasında daha dərin iqtisadi əməkdaşlığa imkan
verəcək. "Cənub Qaz Dəhlizi" həm Azərbaycanın iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin
təmininə töhfə
olacaq.
- Bu layihədən Avropa hansı faydalar götürəcək? Mürəkkəb proseslər fonunda Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyində necə
rol oynayacaq?
- Avropa İttifaqı ilə Azərbaycan ikitərəfli və çoxtərəfli formatda
əməkdaşlıq edir.
2006-cı ildə Brüsseldə imzalanmış
"Avropa İttifaqı
ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq
haqqında Anlaşma Memorandumu" Azərbaycanla
Avropa Birliyi arasında enerji əməkdaşlığının strateji xarakterini rəsmiləşdirib və
bu tərəfdaşlığın
daha da inkişaf
etdirilməsi üçün
əsas sahələri
müəyyən edib.
Bu baxımdan "Cənub Qaz Dəhlizi" yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək.
Enerji resurslarının nəqlinə
başlandığı gündən
diversifikasiya siyasətinə
üstünlük verən
Azərbaycanın atdığı
qətiyyətli addımlar
regionun və dünyanın enerji təhlükəsizliyini təmin
edib, çoxşaxəli
enerji marşrutları
sisteminin yaradılmasına
əlverişli zəmin
yaradıb. Prezident İlham
Əliyev tərəfindən
aparılan bu siyasətin əsas uğuru Azərbaycanın
da daxil olduğu Avropanın enerji təhlükəsizliyini
təmin edəcək
məkanın formalaşmasındadır.
Bu siyasət artıq
ona gətirib çıxarıb ki, bu gün Azərbaycan
təkcə Avropa ölkələrinin deyil,
bir çox böyük ölkələrin
əsas tərəfdaşına
çevrilib. Bu baxımdan yeni nəhəng enerji layihələrinin düşünülməsi
və həyata keçirilməsi heç
kimi narahat etməməlidir.
Çünki biz Avropa Birliyinə vahid platforma kimi baxırıq. Bizim üçün
Avropa Birliyi ölkələrinə enerji
nəql etmək elə AB-nin enerji təhlükəsizliyinin
təmin olunması deməkdir. Avropada bu siyasətin
miqyasını çox
gözəl başa düşürlər. Amma
belə uğurlu strategiya müəyyənləşdirən
ölkəmizin bədxahları
da az
deyil. Bizə məlumdur ki,
Avropada Azərbaycanın
müstəqil olaraq Avropa Birliyi ilə əməkdaşlığına
mane olan bir neçə müxtəlif
siyasi qruplar mövcuddur.
Onlar Azərbaycanın iqtisadi-sosial sahədə qazandığı uğurlarını,
beynəlxalq maliyyə
dairələrində Azərbaycanın
etibarının yüksəlməsini
həzm edə bilmirlər.Odur ki, Azərbaycanın müstəqil
siyasəti, beynəlxalq
çağırışlara müdrik yanaşması bu qrupları tez-tez hərəkətə
gətirir.
Təbii
ki Azərbaycan kimi enerji ehtiyatları ilə zəngin olan ölkələr
bir az gücləndikdən və
müstəqil siyasət
yeritməyə başladıqda
bu "dostlar" ona öz şərtlərini
diqtə etməyə
çalışırlar. Azərbaycanın tarixi torpaqları işğal edən Ermənistanın və ona bu işdə
kömək etmiş himayədarlarını nəzərə
alsaq, bu ikili yanaşmanın səbəbi aydın olur. Amma bu cəhdlər
əbəsdir.
- Fuad bəy, sizcə, Azərbaycanın
bu təşəbbüsləri
fonunda Avropa Dağlıq Qarabağ probleminə yanaşmada prinsipial mövqe ortaya qoya bilərmi?
- Azərbaycanın Avropanın
enerji təhlükəsizliyində
rolunun artması ölkəmizə marağı
daha da gücləndirib. Fikrimcə, bu
əməkdaşlıq çərçivəsində
Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsinin
həllinə də ciddi diqqət yetirməlidir. Çünki problemin həllinə bu ölkələrin təsir etmək imkanları böyükdür.
Məlumdur ki, sülh
danışıqları prosesində
Ermənistan bütün
öhdəliklərinin yerinə
yetirilməsindən boyun
qaçırır. Bu, Ermənistanın gerçək
siyasətidir və bu ölkənin hakimiyyəti bütün danışıqlardan qaçaraq
vaxtı uzatmaq və vəziyyəti indiki kimi saxlamaq
niyyətindədir.
Beynəlxalq birlik işğalçı
dövlətə qarşı
ciddi addımlar atmalıdır. Biz də
öz tərəfimizdən
iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə Ermənistanın
işğalçılıq siyasəti haqqında ətraflı məlumat veririk. Azərbaycan həmişə bütün beynəlxalq təsisatlardakı toplantılarda
bütün torpaqlarımızın,
o cümlədən Dağlıq
Qarabağın Ermənistan
silahlı qüvvələri
tərəfindən işğalı
məsələsini qaldırır.
Avronest
PA da bizim üçün bu baxımdan həqiqətləri
paylaşmaq üçün
yaxşı tribunadır.
Avropa ölkələrinin Dağlıq
Qarabağ münaqişəsinin
nizamlanması məsələsində
rolu mühümdür
və bu istiqamətdə səylərini
artırılması zəruridir.
Regionda təhlükəsizliyin təmin
olunmasının əsas
şərtlərindən biri
isə Azərbaycanın
ərazi bütövlüyünün
bərpası və separatçı meyllərin
qarşısının qətiyyətlə
alınmasıdır.
K.HƏMİDOV
525-ci qəzet.-
2014.- 26 sentyabr.- S.4.