“Yazıçı gərək hissə qapılmasın”  

 

“HƏR KİTABI DAŞ DAŞIYIRMIŞ KİMİ, CÜMLƏ-CÜMLƏ YAZIB BİTİRMƏLİSƏN”

 

 

Sentyabrın 26-da Azərbaycan Yazıçılar BirliyininNatəvanklubunda Gənc Ədiblər Məktəbinin növbəti toplantısı keçirilib.

 

Tədbiri giriş sözüylə açan Gənc Ədiblər Məktəbinin (GƏM) koordinatoru Emin Piri bu məktəbin gənc yazıçıların yaradıcılıq bioqrafiyasındakı önəmli rolunu qeyd edib. Yay fəsli, o cümlədən Yazıçılar Birliyinin XII qurultayı ilə bağlı GƏM-in işində bir qədər fasilə yarandığını deyən koordinator tədbirlərin artıq bərpa olunduğunu, ilk toplantının gənc yazıçı reper Elxan Qaraqanla keçirməyə qərar verdiklərini vurğulayıb:

 

Elxan Qaraqan gənc yazıçılar arasında öz sözünü demiş, fəaliyyətilə çox tanınan imzalardan biridir. Eyni zamanda AYB-nin Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, bir sıra ədəbi mükafatların laureatıdır”. 

 

GƏM-in rəhbəri, AYB-nin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Birliyin Məktəbin fəaliyyəti haqda ümumi məlumat verərək, hazırda ədəbiyyatımızın bir canlanma dövrü yaşadığını, son illər bu sahədə inkişaf dalğası baş qaldırdığını önə çəkib. GƏM-in təsiri nəticəsində istedadlı gənc yazar nəslinin yetişərək ədəbi mühitdə öz yerini tutduğunu qeyd edən R.Məcid sözügedən nəslin ən fəal üzvlərindən, cığır açanlarından birinin Elxan Qaraqan olduğunu diqqətə çatdırıb. Qaraqanın yaradıcılığını elə ilk vaxtlardan dəstəklədiyini bildirən GƏM rəhbəri gənc nasirin kitabına ön söz yazmasının təsadüfi olmadığını vurğulayıb:

 

Elxanın “A” romanındakı əsas fərqli məqam bugünkü Azərbaycan gəncliyinin cəmiyyətimizdə olan problemlərə, çərçivələrə etirazının əks olunması idi. Hesab edirəm ki, Azərbaycanda yeni nəsrin, gənc ədəbiyyatın ilk qaranquşu “A” romanı oldu. Bu romandan sonra Elxan yeni əsərlər yazdı. Bir milyon dollarım olsaydı digər əsərlərini çap etdirdi. Elxanın son romanlarından olanEvakuasiya” da çox maraqla oxudum. Daha sonraBirinci addımromanı məndə hədsiz maraq doğurdu. Amma “A” romanı gənclərə xüsusi təsir göstərmişdi. Elxan kimi yazmaq istəyənlər ortaya çıxdı. Roman “Milli kitabmükafatına layiq görüldü, ilk dəfə olaraq çox gənc bir yazıçı ondan daha tanınmış təcrübəli yazıçıların qatıldığı müsabiqədə qalib gəldi. Elxan o vaxt hərbi xidmətdə idi, heç təqdimetmə mərasimində iştirak edə bilməmişdi. Onun uğurları göstərir ki, istedadlı, zəhmətkeş, çalışqan bir gəncin ən sərt şəraitdə belə, uğur qazanması mümkündür. Bu baxımdan yenə vurğulamaq istəyirəm ki, Elxan yeni Azərbaycan ədəbi gəncliyinin ən uğurlu nümayəndələrindən biridir. Çox sevinirəm ki, onun çoxlu pərəstişkarları, oxucuları var.

 

Digər tərəfdən, Elxanın musiqiçi kimi güclü fəaliyyəti var bu, onda eynən yazıçılığı kimi çox uğurlu alınır. Yeni fikirli gənclərin formalaşmasında o bəstələrin rolu danılmazdır.  Eyni zamanda, Elxan ədəbi gəncliyin nümayəndələri arasında ən mütaliəli, savadlı yazarlardan biridir. Əsərlərindən bunu aydın görmək olar”. 

 

Elxan Qaraqanın parlaq gələcəyinə inamını ifadə edən Rəşad Məcid maraqlı bir məqama da toxunub:

 

Vaxtilə bir müsahibəmdə demişdim ki, Elxan 30 ildən sonra “Nobel” mükafatı alacaq. İndi buna inanıram hesab edirəm ki, Elxan diqqətini daha çox ədəbiyyata yönəltməlidir. Kino digər sahələrdə işləri olacaq. Amma ədəbiyyatı diqqət mərkəzində saxlasa, daha yaxşı olar. O vaxtdan 3 il keçib. Deməli, Elxan 27 ildən sonra “Nobel” mükafatını Azərbaycana gətirəcək”.

 

GƏM-in yeni üzvlərinin Qaraqandan öyrənməli çox cəhətlər olduğunu deyən R.Məcid, məktəbin növbəti qonağı kimi, tanınmış publisist İradə Tuncayın nəzərdə tutulduğunu açıqlayıb.

 

E.Qaraqan GƏM üzvlərinin ünvanladıqları suallardan birini cavablandırarkən, əslində repdən yazıçılığa keçmədiyini, yaradıcılığa məhz yazmaqdan başladığını bildirib:

 

Məşhurluq da elə eyni dövrə təsadüf etdi. Çünki albomun çıxmasıyla kitabın çapı arasında 4-5 ay fərq var.

Eyni vaxtda hər ikisi üzərində çalışırdım. Amma təbii ki, daha çox kitaba bağlı olmuşam. O vaxta qədər mənim heç bir mahnım yazılmamışdı, amma artıq bir neçə kitabım hazır idi. Çoxlu kitab oxuyurdum, yazırdım. Yəni repdən uzaq bir həyat tərzi sürmüşəm, kitaba, ədəbiyyata, yazıçılığa daha artıq bağlılığım olub. Əlbəttə, hər ikisi bir-birinə təsir edib”.

 

Qaraqanın fikrincə, indiki gəncliyi sırf ciddi ədəbiyyatla cəlb etmək olmaz:

 

Ciddi oxucu üçün yazmaq daha asandı, ciddi ədəbiyyat da o vaxt lazım olur ki, oxucunun oxu praktikası olsun. Azərbaycan gəncliyi indi demək olar ki, heç oxumayıb sən onlara kitabı oxutmaq istəyirsənsə ciddi, ağır cümlələrdən vaz keçməlisən. Yazmağa başlayanda 5 fərqli adam nəzərdə tuturam. Məqsədim bu olur: necə yazım ki, adamlar heç olmasa onuncu səhifəyə qədər oxusunlar.

 

Faktiki olaraq, cəmiyyətimiz elədir ki, mən ciddi, ütülənmiş cümlələrdən istifadə etsəm, heç kəs yazılarımı oxumayacaq. Bax bu səbəblərdən haqqımdaqeyri-ciddi yazarimici yaranır”. 

 

Sözü, yoxsa səsi ilkin daha vacib sayırsansualına Elxan Qaraqan belə cavab verib:

 

Yəqin ki, hamının həyatında bir qadın olur, sonra onunla ailə qurur sairə. Əsərlər, sözlər daha çox bundan sonra yaranan məişət qayğıları kimi məntiqlə bağlı olan şeylərdirsə, musiqi daha çox sevgidir.

 

Musiqi ilə daha çox hissləri ötürə, yaxud yaşaya bilərsən. Musiqi sənin hisslərindir, gəlir gedir... Məncə, yazıçı gərək hissə qapılmasın. Yazarkən hissə qapılsan, yazdığını bitirə bilməyəcəksən, oturub ağlamaqla məşğul olacaqsan. Əsər yazanda kişi kimi soyuqqanlı olmalısan. Hər kitabı daş daşıyırmış kimi, cümlə-cümlə yazıb bitirməlisən”. 

 

Cavid QƏDİR

525-ci qəzet.- 2014.- 27 sentyabr.- S.18.