Hindistandakı beynəlxalq simpoziumda Qənirə Paşayevanın məruzəsi dinlənilib

 

  Hindistanın Dehli şəhərində bu ölkənin Jamia Millia İslamia Universitetinin, AzərbaycanınMirasMədəni İrsin Öyrənilməsinə Kömək İctimai BirliyininB), Türkiyənin Selçuk Universitetinin birgə təşkilatçılığı ilə III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumu keçirilib. Simpozium türk-islam mədəniyyətinin araşdırılması sahəsində tanınmış alim, Selçuk Universitetinin ədəbiyyat fakültəsinin müəllimi Yaşar Erdemirə ithaf olunub.

 

Miras” İB-dən verilən məlumata görə, simpoziumun açılış mərasimində Milli Məclisinin deputatı, Azərbaycan-Hindistan parlamentlərarası dostluq qrupunun üzvü Qənirə PaşayevanınAzərbaycan-Hindistan əlaqələri tarixdə bu günmövzusunda məruzəsi dinlənilib. Məruzədə Azərbaycan Hindistan arasında əlaqələrin bütün sahələrdə tarixən inkişaf etdiyi, yüksək bağlılığın bir təcəssümü kimi BakıdaAtəşgahməbədinin Dehlidə Şamaxı adlı qəsəbənin olması diqqətə çatdırılıb. Hindistan neftinin aşkarlanmasında Eyyub Tağıyevin rolundan, Rac Kapur Rəşid Behbudov arasında dostluqdan danışan Qənirə Paşayeva müstəqillik illərində Hindistanda Azərbaycan səfirliyinin açılması digər əhəmiyyətli işlərdən bəhs edib. Açılış mərasiminin sonunda qarşılıqlı olaraq plaketlər hədiyyələr təqdim olunub.

 

Tədbir çərçivəsində M.F.Husain sənət qalereyasındaTürk incəsənətisərgisi nümayiş olunub. İki gün davam edən simpoziumda Azərbaycan, Türkiyə, İtaliya Hindistandan olan alimlərin müxtəlif bölmələr üzrə 60-dan çox məruzəsi dinlənilib. Azərbaycanlı alimlərinTəbriz bədii məktəbinin Moğol miniatür məktəbinin formalaşmasında rolu”, “Orta əsrlərdə Azərbaycanda zərdüştilər”, “Türk xalqlarındaArzu-Qənbərdastanı: motiv süjet göstəricisi”, “Əlaəddin Sabit Bosnəvinin əsərlərində bəzi adət ənənələr”, “XVI əsrdə Moğol dövlətinin siyasi mədəni həyatında Səfəvi dövlətinin rolu”, “Şərq musiqi mədəniyyətinin qədim kökləri”, “Azərbaycan muğam aşıq musiqisinin qarşılıqlı əlaqələri”, “Azərbaycan teatr tarixinin yeni səhifəsi: uşaq teatrı”, “Üzeyir Hacıbəylinin folklor musiqimizə əsaslanmasının səbəbləri digər mövzularında çıxışları böyük maraqla dinlənilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 27 sentyabr.- S.17.