Ulduzun sentyabr sayı

 

 

 

Bu günlərdəUlduzjurnalının bu il üçün doqquzuncu sayı işıq üzü görüb.

 

Jurnal Məti OsmanoğlununAxtarışların yolayrıcındaekspert yazısı ilə açılıb:

 

Ulduzjurnalının, münsifliyi mənə həvalə edilmiş avqust nömrəsi daxil olmaqla, son vaxtlara aid fəaliyyətini səciyyələndirən başlıca keyfiyyət, məncə, axtarışlardır”. Yazıda Nigar An, Xanəmir, Aida Asiya, Rəsmiyyə Sabir, Şəfəq Sahibli, Dilqəm Əhməd, Müşfiq Şükürlü, Narıngülün əsərləri haqqında fikirlər, “Diskussiya klububarəsində rəy jurnalın keçən sayında çap olunmuş ədəbi materiallar barəsində düşüncələr qələmə alınıb.  

 

Gənc yazar FidanınÖzüylə söhbət”ndən sonra jurnalda müəllifinÇirkli sabun qırıntıları kimihekayəsi verilib.  JurnalınŞeir vaxtı”nda Əlizadə Nuri, Xuraman Hüseynzadə, İradə Aytel Qalib Şəfahətin şeirləri var.

 

Cəlal Bəydilinin təqdimatındaQısa fikirlər xəzinəsi”ndə bu dəfə tanınmış fransız yazıçısı Jül Renarın aforizmləri verilib:

 

Aşiqlərin ən qiymətli sərvəti bir-birilərinə qalan xatirələridir./Ədəbiyyat elə bir məşğuliyyətdir ki, istedadın olduğunu hər dəfə istedadsızlara yenidən sübut eləməlisən./Yazmaq da danışmağın xüsusi qaydasıdır: danışırsan heç kim sənin sözünü kəsmir...”

 

“525-ci qəzet”ləUlduzjurnalının birgə layihəsiBenefis”də Pərvin bu dəfə rejissor Ramiz Həsənoğlu ilə söhbətiniDiqqət! Məşq gedirbaşlığıyla təqdim edib. Söhbət Xalq şairi Vaqif Səmədoğlunun 75 illiyi ilə əlaqədar dövlət sifarişiylə quruluş verdiyiGeneralın son əmritamaşasının məşqləri zamanı baş tutub.  Tərcümə saatı”nda yəhudi kökənli polyak şairi Aleksandr Vatın şeirləri Rəfail Tağızadənin tərcüməsində verilib.  Paulo Koelyonun ibrətamiz hekayələri jurnalın sentyabr sayında dərc olunub.  Günay Səma Şirvanın müəllifi olduğu poetik parçalar jurnalınQürbət şeirləribölümündə yer alıb. DərgininNəsrbölümündə İlqar RəsulunÇəhrayı telefon”, “Sənə görə”, Gülnarə İlhamınİtim, pişiyim, tutuquşum”, “Bir az bizdən danışınhekayələri dərc edilib.  JurnalınUlduz+” rubrikasında Sevinc Mürvətqızının təqdimatında “Dost tapmadım, tək qaldımessesi verilib. 

 

Köhnə ulduzrubrikasında Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi ilə müsahibə öz əksini tapıb. Mərhum şair publisist Tofiq Abdinin sentyabrın əvvəlinə düşən doğum günü münasibətilə Laura CəbrayıllınınAbi körpüsüyazısı jurnalınAnımbölümündə yerləşdirilib.  Ziyadxan ƏliyevinMüasir bədii baxış milli ənənələrə söykənəndə...” yazısında gənc rəssam Günay Mehdizadənin yaradıcılığına nəzər salınıb.   

 

Jurnalın əməkdaşı Fərqanə Mehdiyeva “Bu yay bir başqa yaydı...” ovqat yazısında səfər təəssüratları qələmə alınıb.  Jurnalın ənənəviDərgidə kitablayihəsinin budəfəki qonağı bugünlərdə 50 illik yubileyini qeyd edən Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məciddir. Layihədə yubilyarınXilaskarım”, “Yaxşı”, “Sənə sarı”, “Darıxanda”, “Eynək”, “Uzağı bir ay”, “Məni”, “Anlaya bilmirəm”, “Üzünə qurban”, “Həmişə”, “Çıxmışam”, “Dik atılıram”, “ olsun ki”, “İki məkan”, “Səndən yaxşısı”, “Bir günəş eylə”, “Səndən qalanlar”, “Düşüncə”, “Yaxın gəlmərəmşeirləri yer alıb.

 

Dərgidə kitablayihəsində yubilyarın şeirlərini jurnalın baş redaktoru Qulu AğsəsinSelfieyazısı izləyir:

 

“O, dinc dövrdə müdafiə naziri, müharibə vaxtı kültür bakanı işləyə bilər. İndi hərb, sülhdü. Yazıçılar Birliyinin katibliyi “525-ci qəzet”in baş redaktorluğu bəs eləyir. Sərhədlər çoxdan itib aramızda, ən birinci zarafatla həqiqətin sınırı. Biz “gömrüyüadlayıb o üzə keçmişik. Başqa ölkədə yaşayan iki mühacir kimi. Amma elə şeylər var ki, orda sərhədi qorumuşuq. Top-tüfəngsiz, ortalığa fişəng tullamadan. Sakit səbrlə...Bir neçə il qabaq da ondan yazmışdım: “Qapısı açıq Məcid”. Essemi xatırladıram ki, söhbətin kimdən getdiyi əyan olsun...”  

 

S. ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 27 sentyabr.- S.18.