Üzeyir Hacıbəyli adına VI Beynəlxalq Musiqi Festivalı yekunlaşıb

 

Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Üzeyir Hacıbəyli musiqi festivalı maraqlı konsert proqramları ilə yekunlaşıb.

Sentyabrın 28-də Azərbaycan Dövlət Filarmoniyasında "Bu günsabah" adlı növbəti konsertdə Vladimir Spivakovun dirijorluğu ilə "Moskva Virtuozları" kamera orkestri dünya bəstəkarlarının əsərlərini səsləndirib. Solistlər - Vladimir Spivakov Beynəlxalq Fondunun təqaüdçüləri və beynəlxalq müsabiqələr laureatları Daniil Xaritonov, Elvin Hoca Qəniyev və Matvey Şerlinqin ifaları alqışlarla qarşılanıb.

Həmin gün dahi sənətkarın ev-muzeyində "Üzeyir evinin qonaqları" silsiləsindən növbəti kamera musiqisi konsertində Nərgiz Hüseynova (skripka), Fərid Feyzullayev (skripka), Tural Tağıyev (trombon), Məmməd Rəcəbli (klarnet), Ramiz Sevdiməliyev (zərb alətləri) və Ceyla Seyidovanın (skripka) ifasında Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun, Sevda İbrahimovanın, Nazim Əliverdibəyovun, Həsən Rzayevin, Azər Dadaşovun əsərləri təqdim olunub.

Sentyabrın 29-da, festivalın son günündə OperaBalet Teatrında korifey bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunub. Quruluşçu baletmeysteri Vasili Medvedev, dirijoru Cavanşir Cəfərov, quruluşçu rəssamı Dmitri Çerbadjı olan tamaşada rolları Gülağası Mirzəyev, Kamilla Hüseynova, Alsu Qimadiyeva, Yelena Skomoroşenko, Nigar İbrahimova, Veronka Arazova, Tamilla Məmmədzadə və Səbinə Hacıdadaş ifa ediblər.

Sentyabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti ilə festivala yekun vurulub. İtaliyalı dirijor Canluka Marçiano idarə etdiyi konsertdə solistlər Anna de la Veqa (fleyta, Argentina), Şəhla Əlizadə (arfa) F.Əmirovun "Ü.Hacıbəyliyə ithaf" əsərini, V.A.MotsartK.Debüssinin musiqilərini səsləndiriblər.

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 30 sentyabr.- S.7.