Azərbaycan aliminin kitabı İranda çap edilib
Tanınmış Azərbaycan şərqşünası,
filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin
"Şəms və
Mövlana" adlı
kitabı İranda əski əlifbada işıq üzü görüb. Kitab Tehrandakı "Təkderəxt" nəşriyyatında
500 tirajla nəşr olunub.
Kitaba sufizmin və bütövlükdə
Şərq bədii-fəlsəfi
düşüncəsinin ən
parlaq simalarından olan Şəms Təbrizi və Mövlana Cəlaləddin
Rumi haqqında müəllifin məqalələri,
eləcə də onların yaradıcılığından
etdiyi tərcümələr
daxil edilib.
Müəllif orta əsr qaynaqlarına
əsaslanaraq, Şəms
Təbrizinin gerçək
şəxsiyyəti və
düşüncələri üzərinə işıq
salıb, onun bioqrafiyasının bəzi
qaranlıq və mübahisəli məqamlarına
aydınlıq gətirməyə
nail olub.
Kitabda həmçinin
Mövlananın irəli
sürdüyü fəlsəfi-ictimai
təlimin yığcam
və anlaşıqlı
şərhi verilib, onun ədəbi irsinin bu gün
də aktual və müasir olmasını şərtləndirən
başlıca amillərdən
bəhs edilib.
Qeyd edək
ki, kitab Məsiağa Məhəmmədinin
2010-cu ildə Bakıda
çap olunmuş eyni adlı əsəri əsasında
tanınmış naşir
və tədqiqatçı
doktor Hüseyn Şərqi tərəfindən
nəşrə hazırlanıb.
525-ci qəzet.-
2014.- 8 yanvar.- S.7.