QHT-KİV əlaqələrinin
inkişafı vətəndaş cəmiyyətinə mühüm təkan mənbəyi kimi
Dövlət müstəqilliyimizin ilk illərində formalaşmağa
başlayan müasir vətəndaş cəmiyyəti
ziddiyyətlərlə dolu ictimai, sosial, mənəvi və digər prosesləri, demək olar ki, arxada qoyub. Qeyd edək ki, vətəndaş cəmiyyətinin əsas strukturlarını təşkil
edən kütləvi
informasiya vasitələrinin(KİV)
və qeyri-hökumət təşkilatlarının(QHT)
yaranması,
formalaşması, eləcə
də onlar arasındakı münasibətlər
sahəsində görülən
işlər, meydana çıxan problemlərin
aradan qaldırılması
bütövlükdə cəmiyyətin
və dövlətin inkişafına xidmət edir.
Vətəndaş cəmiyyəti sektorunda
baş verən proseslərin müşahidəsi
göstərir ki, digər ictimai münasibətlərlə müqayisədə
QHT-KİV əlaqələrini nisbətən inkişaf etmişdir. Lakin QHT-KİV
arasında müxtəlif
iş birlikləri qurulsa da, bu
əlaqələrdə hələ
də müəyyən
problemlər var. Bir sıra QHT rəhbərləri
isə bu sahədə müəyyən
dinamikanın olduğu
fikrindədir. QHT layihələrinin təqdimatında,
görülən işlər
haqqında cəmiyyətə
informasiya ötürülməsində
- bütün bu məsələlərin işıqlandırılmasında
KİV-in xüsusi rolu
olduğunu qeyd edirlər.
QHT- KİV münasibətlərinə nəzər salanda ilk öncə onu qeyd etmək lazımdır ki, burada qazanan və itirən hər iki tərəfdir. Əlaqələrin genişlənməsindən və inkişafında həm QHT-lər, həm də KİV maraqlı olmalıdır.
Vətəndaş cəmiyyətinin
inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir
ki, KİV və QHT əlaqələrinin yüksək
səviyyədə olduğu
dövlətlərdə demokratik
dəyərlərə də
ciddi riayət olunur.
Bu gün QHT jurnalistikasından
çox danışılsa
da, bu anlayış
vətəndaş cəmiyyəti
üçün o qədər
də aydın deyil. Xarici mediada artıq
illərdi mövcud olan QHT jurnalistikasının
Azərbaycanda da yaranması və formalaşması əhəmiyyətli
və faydalı olardı.
Son illərdə digər
maliyyə donorlarla yanaşı milli donor institutu olan Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurası ölkədə
üçüncü sektorun
inkişafında medianın
rolunun artırılması
istiqamətində yetərincə
konkret planlarını
açıqlayıb və
həmin sahədə
işlər görməkdədir.
Ekspertlərin araşdırmalarına görə ölkədəki
qeyri-hökumət təşkilatlarının
yerinə yetirdiyi layihələrin icra prosesinin mediada işıqlandırılması, onların ictimai sektorun digər institutları ilə əməkdaşlığı, əfsuslar olsun ki, hələ də normal səviyyədə
deyil. Onların fikrincə problemin
həllində QHT fəaliyyətini
işıqlandıran jurnalist
şəbəkəsi mühüm
rol oynaya bilər. Bu şəbəkə
QHT-KİV əməkdaşlığının
daha da inkişaf
etməsinə öz töhfəsini verə biləcək və QHT-lər haqqında
cəmiyyətin obyektiv
informasiya ala biləcəyi
vasitə ola bilər. Bu gün bu istiqamətdə
fəaliyyətin qurulmasına
və inkişaf etdirilməsinə
çox ciddi ehtiyac duyulur, çünki qeyri-hökumət
təşkilatlarının fəaliyyəti barədə
cəmiyyətdə hələ
də tam bilgi yoxdur. Bilgisizlik isə QHT-lər,
xüsusilə də ölkədə demokratik dəyərlərdən tutmuş,
iqtisadi yüksəlişə
qədər bir çox məqsədlər
uğrunda çalışan
ictimai təşkilatlar
barədə yanlış
təsəvvürlər, iddia
və gümanların
yaranmasına səbəb
olur.
QHT-KİV əməkdaşlığının
qurulması və inkişafında hər iki tərəfin üzərinə mühüm
öhdəliklər düşür. Əvvəla,
QHT-KİV münasibətlərinin inkişafına
mane olan məqamları
və bundan çıxış yollarını öyrənilib
təhlil olunmalıdır.
QHT nümayəndələri
medianın, xüsusilə
də KİV-in QHT-lərin
təqdim etdiyi məlumatlara reklam xarakterli yanaşmalarından
və məlumatların
yayımlanması müqabilində
maliyyə ummalarından
gileylənirlər. Jurnalistlər isə QHT-lərdən gələn press-relizlərin
qeyri-peşəkar hazırlandığını,
məlumatlarda xeyli səhvə yol verildiyini qeyd edirlər.
Ekspertlərin də fikrincə isə iki institutun
əlaqəli işləməsi
üçün həm
QHT-lərin, həm də KİV-in üzərinə
böyük məsuliyyət
düsür. İlk növbədə QHT-lər
KİV-lə iş sahəsində informasiya hazırlayıb yaymaq bacarığı və vərdişinə yiyələnməlidirlər.
Eyni zamanda QHT-lər ictimaiyyətlə əlaqələr
departamentlərinin fəaliyyətlərini
genişləndirməli, peşəkarlıq
səviyyəsini artırmalıdır.
QHT-lərin bu əlaqələrdə
narazılığı daha
çox KİV orqanlarının
vətəndas cəmiyyəti
institutlarının tədbirlərinə
etinasız yanaşmaları
və bir çox hallarda belə tədbirlərdə
qeyri-peşəkar əməkdaşlarının
iştirakının təmin
etmələri ilə
bağlıdır. QHT-lər müxtəlif sahələrdə araşdırmalar
aparır, layihələr
həyata kecirir.
Təbii
ki, görülən işlərdən cəmiyyətin
digər üzvlərinin
də xəbərdar olması üçün
QHT və KİV əməkdaşlığı
olmalıdır.
Bəzi
KİV rəhbərləri isə, xüsusilə bir sıra qəzetlərin
baş redaktorları belə
hesab edir ki, qəzetlər maarifləndirmə
işini yerinə yetirsə də, onların ayaqda durması üçün
maliyyə vəsaitinin
olması vacibdir. Qəzetin oxucu auditoriyası, bu auditoriyaya çatdırılan
xəbərləri var. Qəzetin
o məlumatları toplamaq,
oxucularına çatdırmaq
və biznes sturukturu kimi inkişaf etməsi üçün müəyyən
vəsaitə ehtiyacı
var. Bu işdə QHT-lər
aldıqları vəsaitin
müəyyən bir qismini qəzetlərə verməklə kömək
edə bilərlər.
Son zamanlar medianın
QHT-lərə informasiya
mənbəyi kimi baxdığını düşünən
ekspertlər qeyd edir ki, QHT-lər
cəmiyyətdə müxtəlif
sahələrdə araşdırmalar
apardığından daha
çox informasiyaya malikdir. Hətta bəzi dövlət
qurumlarından QHT-lər
daha aktiv işləyir. QHT-lər müxtəlif sahələrə dair araşdırmalar aparır
və daha çox bilgiyə sahibdir.
Bəzi hallarda
isə QHT-lər
KİV ilə
münasibət yaratmağa
meyl göstərmir. Bu QHT-lər və
rəhbərləri mediaya
açıq deyil.
Amma həmin QHT-lər bir məqamı
da yaddan çıxarmamalıdırlar ki,
bu münasibətlərin
yaranması QHT-lərin fəaliyyəti haqqında informasiyanın
cəmiyyətə ötürülməsində
mühüm əhəmiyyət
kəsb edən amildir.
Bir məsələni də söyləmək yerinə
düşərdi ki,
QHT-lərin aldığı
qrantların büdcələrində
PR işlərinə aid bənd
ümumiyyətlə mövcud
olmur .
Bu da onların
KİV-lə işləməsinə
əngəl olan əsas amillərdən biridir. Bəzi hallarda QHT-lər
arzuolunmaz yerlərdən
qrant alır, maliyyələşir. Fəaliyyətləri şəffaf olmayan qurumlar da nəticə
etibarilə mediaya açıq olmaqdan çəkinir. QHT-lərin qəzetlərə
maliyyə vəsaiti ayırmağına gəlincə,
ekspertlər hesab edir ki, maraqlı
informasiyaları olan
QHT pul vermədən də öz xəbərlərini mediada
yaya bilər.
Aparılan araşdırma və
təhlillərdən, ekspertlərin
fikirlərindən QHT-KİV münasibətlərində
vacib olan və bu münasibətlərin effektiv inkişafı üçün aşağıda
qeyd olunan məqamlar meydana çıxır:
- QHT-lərin həyata keçirdiyi layihələrin
nəticələrinin ictimai
əhəmiyyətinin cəmiyyətə
çatdırılması;
- QHT-lərin fəaliyyətinin obyektiv işıqlandırılması;
- QHT-lərə qarşı qərəzli münasibətə, qarayaxmalara və böhtanlara son qoyulması;
- Yerinə yetirilən layihələrin mediada işıqlandırılması ilə bağlı layihə büdcələrində konkret vəsaitlərin (ümumi büdcə vəsaitinin 2-5% həcmində) nəzərdə tutulması;
- QHT-lərin reallaşdırdığı layihələrin ictimai aktuallığının təmin edilməsi;
- Layihələr üzrə hazırlanan media materiallarının müasir jurnalistikanın tələblərinə cavab verməsi;
- QHT fəaliyyətində layihə və mövzu təkrarçılığının aradan qaldırılması;
- İctimaiyyətin zəruri tələb və ehtiyaclarının QHT layihələrində əks olunması;
- KİV və QHT-lər arasında mütəmadi əlaqə və məhsuldar münasibətlərin formalaşdırılması və qorunması üçün xüsusi diskussiya formatlarının müəyyənləşdirilməsi;
- QHT-lərə Dövlət Dəstəyi Şurası ilə yeni yaradılmış KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyələşdirilən layihələr üzrə müştərək monitorinqlərinin keçirilməsi;
Fikrimzcə KİV-lə əlaqələrin qurulmasında QHT-lər daha çox maraqlı olmalıdlar. Bu sahəni QHT-lər üçün vacib sahələrdən biri hesab etmək olar. Çünki əksər QHT-lərin layihələrində PR düzgün işinin düzgün qurulması onun keyfiyyət əmsalını artırır. Qeyd etmək lazımdır ki, PR işi layihəyə uğur qazandırmağın bir vasitəsidir. Layihələrin icrası zamanı QHT cəmiyyətlə yaxından münasibətdə olmaq imkanı qazanır. Bu məqamda QHT öz layihəsini ictimaiyyətə təqdim etmək bacarığına da malik olmalıdır. QHT-lər layihələrini həyata keçirərkən KİV-in imkanlarında maksimum yararlanmağı bacarmalıdırlar. Layihələrin böyük əksəriyyətinin yetərincə təbliği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdirildiyindən, məlumatlar həm ölkə daxilində, həm də xaricdə geniş yayılır. Həyata keçirilən layihələrin təqdimi və təbliğinə xüsusi önəm verilməsi normal haldır.
İstər dövlət, istərsə də özəl televiziya və radio kanalları, mətbuat və internet mediası milli QHT-lərin fəaliyyətləri və layihələri barədə geniş materialları cəmiyyətə çatdırmaqda, qaldırılan problemlər haqqında rəylər, fikirlər, mülahizələri, problematik xarakterli polemikaları ictimai müzakirə obyektinə çevirməklə, bir növ vətəndaş cəmiyyətinin fəlsəfəsini genişləndirmiş olurlar.
Elməddin HACILI
Vətəndaş Cəmiyyəti
Problemlərinin Tədqiqi
Mərkəzinin sədri
525-ci qəzet.-
2014.- 9 yanvar.- S.6.