Söz dünyasının tükənməz
kapitalı
HAFİZ
HÜSEYNXANLI - 70
70 YAŞIN TAMAMINDA TANINMIŞ
JURNALİST HAFİZ HÜSEYNXANLI İLƏ AÇIQ
SÖHBƏT
Sizləri nigaran qoymaq istəmirəm. Həmkarlarımla həyatımızı həsr etdiyimiz jurnalist peşəsinin yaradıcılıq məsələlərini
araşdırmayacağıq. Əvvəla,
ona görə ki, hazırkı dövrdə bizim müəllimlik etməyimizə
ehtiyac yoxdur. Kifayət qədər bu peşəni tədris edənlər var. Həm də çağdaş jurnalistika o qədər irəli gedib ki, bu sənətin
nəzəri əsaslarının
təhlili boyat mülahizələrlə fərqli
bir şey qazana bilməz.
Ancaq bizim dövrümüzdə
"sürgün əzabı"
sayılan bu peşə, güman edirik , ən gərəkli və fərəhli əmək sahəsidir. Axır ki, sözümüzü indi deməli oluruq. Azərbaycan jurnalistikası - qəzetçilik hansı
səmtə üz tutursa-tutsun, mayasını
Həsən bəy Zərdabinin "Əkinçi"sindən
alır. Və dövrün jurnalistlərini
qiymətləndirərkən də məhz "Əkinçi"nin cücərtilərini önə
çəkməliyik. Nədir o cücərtilər?
Bir sözlə desək - xəlqilik! Həyatını jurnalistikaya həsr
etmiş Hafizlə biz
indi bərabər tarazlıqdayıq. O, bu
yaxınlarda axırıncı
jurnalist məkanından
təqaüdə çıxıb,
bu yazının müəllifi isə doxsanı haqlamaqdadır,
- altmış ilə
yaxın qəzetçilik
ab-havası ilə yaşayıb.
Hafiz digər etibarlı
peşə əqrəbalarım
kimi, vaxtaşırı
mənə baş çəkir, hal-əhval
tutur. Onun gəlişi, təbii
ki, mənə ruh verir. Ən ümdəsi də odur ki, qocalığın
sərt ehtiyaclarından
biri olan dostlarla görüşmək,
heç olmazsa onların qayğılarını
mənəvi pasıbanlıqla
yüngülləşdirmək. Hafizin bu dəfəki gəlişi uzun zaman ürəyimdə qaynayan bir məsələyə
təkcə ona aidiyyatı olmayan - peşəmizin bütövlüyünə
və sədaqətinə
dair - daha dəqiq desək, jurnalistlik peşəsini hər hansı bir maddi, şöhrətli
işlə əvəz
edənlərə münasibətimi
dəqiqləşdirmək baxımından yerinə düşdü. Söhbətimizdə
bu məqamdan çözələndi:
İkimiz
də təqaüdçüyük
- rütbəmiz bərabərləşib
- indi açıq söhbət aparmaq olar...
Hafiz - həyatımızda baş verənlər və məşhur insanlar haqqında ensiklopedik məlumat sahibidir. O bu keyfiyyəti jurnalistikanın
və idarəçiliyin
müxtəlif sahələrində
çalışmaqla qazanıb.
- Hafiz, əzizim jurnalistika üçün doğulmuşlardan
olan sən ortada sarpdın - yuvanı dəyişdin. Mən narahatlıq keçirdim, ancaq könlünə dəymək istəmədim.
- İcazənizlə 50 il ərzində işlədiyim
sahələri sadalayım:
Bunlardır: Beyləqanda
çıxan "Yüksəliş", "Azərbaycan
pioneri", "Azərbaycan
gəncləri" qəzetləri,
Dövlət Sadalayım:
televiziya və Radio Verilişləri
Komitəsi,
Mətbuata Dövlət
Sirlərini Mühafizə
edən Baş İdarə, Cəbrayıl
rayonunda çıxan
"Xudafərin" qəzeti,
Azərbaycanın Xarici
Ölkələrlə Dostluq
Cəmiyyətinin "Novruz"
qəzeti, Dövlət Plan Komitəsi,
İqtisadiyyat Nazirliyi
və AzərTac. Ən nüfuzlu dövlət orqanı, müxtəlif profili, ab-havalı bu kollektivlərdə hər
bir jurnalist üçün arzulu vəzifələrdə baş
redaktor, baş redaktorun müavini, şöbə müdiri, müxbir, xüsusi müxbir işləmişəm...
-Ancaq mən xəbər tutanda ki, Sən yaşının
yaradıcılıq coşqunluğu
dövründə mətbuat
mühitini qoyub, onun bilavasitə əlaqədar şəbəkəsinə keçmisən,
narahat olurdum.
-Cəmil müəllim, birini demədim. "Azərbaycanfilm" kinostudiyasında pioner düşərgəsinə direktor
qoymuşdunuz məni.
Onda niyə demədiniz ki, bu jurnalist
işi deyil? - yaxşı xatırladığınız, iş vacibatına görə əlacım bu idi. Mən düşərgə
də olurdum. Yaxşı divar qəzetləri buraxırdın. Və mən
mövsüm bitəndən
sonra səni sənədli filmlər şöbəsinə gətirdim.
- Bu, mənim həyatımda sizin oynadığınız
rolla müqayisədə
çox kiçik yaxşılıqdır. Ən vacibini
xatırlatmaq istəyirəm.
Qəzet
yaradıcılığından aralı düşməyimi
ötəri hal kimi qəbul edin. İcazənizlə, ilk görüşümüzdən
aldığım dərsi
açıqlayardım.
Gənclik qəzeti hər bir tələbənin ən xoş arzusu idi. Burada ədəbi
işçi olmaq mənim qismətimə çıxdığından özümü
bəxtəvər sayırdım.
İdman
şöbəsinin tapşırığı
ilə gimnastika üzrə respublika birinciliyinin qalibi haqqında yazmışdım.
Şöbə müdiri
Zaur Zamanov oxudu, bəyəndi, katibliyə verdi.
Hövsələm çatmadı, redaktor
kimi sizin düzəlişlərinizi öyrənmək
istədim. İmla xətalarım
olmuşdu, birdə adım silinmişdi, baş hərfi saxlanmışdı. Pərt
oldum, gecə mətbəədə növbətçi
idim, adımı bərpa etdim...
Ertəsi gün qəzetin təhlili mənim başımda çatladı. Zaur Zamanov
atəşə tutdu məni. Növbətçi də təəssüfləndiyini
bildirdi. Gözümün altına aldım ki, mənim burada işləməyimə
xitam veriləcək.
Siz, redaktor kimi məsələyə
başqa bucaqdan yanaşdınız. İndiki kimi yadımdadır,
dediniz ki, Zaur haqlıdır, qəzet etikası pozulub. Bu təcrübəsizlikdən
də ola
bilər - hər halda böyük qəbahətdir. Ancaq bu da nəzərə alınmalıdır
ki, cavan jurnalist qəzetimizə məhəbbətinin, imzasının
açıq verilməsilə
yazının məhz
ona məxsusluğunun
təsiri ilə bu xətaya yol verib. İndi biz onu qəzetdən kənarlaşdırsaq,
ali təhsilli
bir jurnalistimizi itirmiş olarıq, qəzetimiz də onun rəqibinə çevrilər. Həyat ona dərs verəcək...
İndi aradan 50 il keçib,
təqaüdə çıxmış,
yetmiş yaşlı
jurnalist sifətcə
çox dəyişməyib.
Xatırlayıram ki, "ana uşağı" indi ahıl-ağsaqqal görkəmindədir.
Azərbaycan Jurnalistlər Birliyinin
üzvüdür, "Qızıl
qələm" mükafatı
laureatıdır. Buna baxmayaraq gec də olsa, soruşmaq
istəyirəm: hər
halda başqa iş sahələrinə
keçəndə daxili
bir əzab keçirmisənmi? Axı sən
bizim mühitimizdə
sevilirsən. Sadəliyin, səmimiliyin,
qayğıkeşliyin, istiqanlılığın
- bunlar yüksək insani keyfiyyətdir.
- Cəmil müəllim, mən heç vaxt jurnalistikadan ayrı həyat sürməmişəm.
- İnanmaya bilmərəm. Bizim nəslin
jurnalistika ustada, mətbuat naziri İsrafil Nəzərovun qəribə bir sözü vardı.
Deyirdi ki, burnuna qətran
iyi dəymiş qəzetçi jurnalistikadan
ayrı yaşaya bilməz. Ac-susuz qalsa da...
Qəzetə vurğunluq məni
də sakit təbiətimdən az ayırmayıb...
Məndə nə vaxtsa vacibat ucbatından qəzetdən aralanmışam.
-Sizi kinostudiyaya göndərəndə jurnalistlər
təəccübləndilər...
- Mən özüm də Rəhbərə - Heydər Əliyevə dedim ki, kino
mənim üçün
yad sahədir. Sonradan üç dəfə rəsmi müraciət etdim ki, məni
öz peşəmə
qaytarın. Razılaşmadı. Gizlətmirəm ki, kinostudiyaya
gedəndə çoxları
təəccübləndilər. Elə özüm də
çaş qalmışdım.
Yenidən həyata qayıtsam bir an da qəzetdən
aralanmaram.
- Sizin radioya başçılıq etdiyiniz dövrü xatırlamamaq olmur. O günlərin bəhrəsi "Bulaq" verilişi indi də böyük həvəslə dinlənilir.
- Fikrimi belə yekunlaşdırmaq istəyirəm ki, harada işləyirsən işlə, bir söykənəcəyin olmalıdır - xalqınla qayğılan. Mən sovet dövründə jurnalistikamıza başçılıq etmiş şəxslərin həyatına bələd idim. Məsul şəxslər: Fazil Sadıqov, Adil Əfəndiyev, İsrafil Nəzərov, Nəsir İmamquliyev, Xasay Vəzirov, Ağababa Rzayev, Ənvər Əlibəyli, Azad Şərifov, Nəriman Zeynalov, Şamil Fərzəliyev ailələrinə dolanışıq zərurəti qədər ehtiyat qoya bilməmişdilər. Ancaq bizim fikrimizcə, ən varlı insanlar olmuşlar. Mənim nəzərimsə, indi gecə-gündüz özünü həlak edib xalqı məlumatlandıranlar arasında inanmıram ki, adi bir iş adamı qədər maddi imkanı olan tapılsın. Jurnalistikanın bir özəlliyi də bundadır. Bizim ürəyimiz milyarderlərdən artıq mənəvi kapitala doludur. Sonda deyim ki, 70 illik həyatının yazım əsri mənim gözlərim önündə keçib. Sən heç vaxt namuslu sözü yağlı çörəyə, pula dəyişməmisən. Qazancın təmiz ad, nütüz olub. 70 yaşın mübarək olsun! Sənin bu şad günün məni də sevindirdi. Və bu sevincin qanadlarında ötənlərə birgə nəzər saldıq.
Cəmil
ƏLİBƏYOV
yazıçı
jurnalist
525-ci qəzet.-
2014.- 10 yanvar.- S.8.