FİKİRLƏR
Deyən,
darısqaldı fikrimin
yolu,
Odur ki, dilimdən fışqırıb
çıxır.
Ahıl
duyğuların əsarətindən
Deyərsən, kəlmə yox, muşduluq çıxır.
Başımda tükümdü, dayanır
biz-biz,
Beynimdə, zehnimdə oyanır
biz-biz.
Qızarır, bozarır, boyanır
biz-biz,
Tıxnaşır, tıncıxır, hıçqırıb
çıxır.
Dil də tapammıram barı yaşımla,
Dərd-sər - yarıbayarı yaşımla.
Didişə-didişə qarı yaşımla
Boş söz də, xoş söz də qışqırıb çıxır.
Öldürmür, diriltmir, canım
deyildir,
Damarda durası
qanım deyildir.
Ay Allah, bu sözlər mənim deyildir,
Niyə gözlərimdən püskürüb
çıxır?!
Düşdüyü torpaqdan dikəlməsi yox,
Dən kimi cücərib yekəlməsi yox,
Düşməni yendirən bir kəlməsi yox,
Özümü özümdən küsdürüb
çıxır.
2013
SƏBR
ELƏ
Doğmalarını tərk edib, bəxt ardınca diyar-diyar düşənlərə
Bəhanə yox inciməyə,
küsməyə,
Nəkarədir bizlə kəlmə
kəsməyə!
Ha deyirəm durub özüm səsləyəm,
Kimsə çəkir ətəyimdən,
"səbr elə".
Ay Allahım bəxtəvəri,
hardasan?
Bir qalanın
şax divarı, hardasan?
Hər keçən
gün vaxta varır, hardasan?
Tut ömrünün yedəyindən,
səbr elə.
Sənlik
deyil bu od-alov, yana
dur,
Əl uzatma, barmaqların yanar, dur.
Balı
bizə düşən
deyil, kənar dur
Bu dünyanın pətəyindən,
səbr elə.
Bəxt
ardınca gör nə qədər qoşan var,
İndi
ha çox heçə-puça
coşanlar!
Üz-üzədi silahlılar-qoşunlar,
Daldalan daş-kəsəyindən,
səbr elə.
Bu Gün ki var,
hər dan üzü çırtlamır,
"Meydanları" meydan özü çırtlamır.
Sirr deyil a... Zaman sözü çırtlamır,
Çəkin də söz düzəyindən, səbr
elə.
Küsüb gedən, bezib gedən, dön geri,
Şər-xatanı göndərənlər göndərir.
Heç
bilirsən nə çəkir öz səngərin
Kəsəyəndən, küsəyəndən,
səbr elə!
2013
NƏ
YAXŞI
Yaddaşımda nə ki vardı, cəm etdim,
Gündüzləri gecələrə şam etdim.
Vərəqləri qələmimlə şum
etdim,
Sözüm bitib-tükənmədi, nə yaxşı!
Çətinliyi dağdan aşan
günlərin,
Ümidləri aşıb-daşan günlərin,
Duyğulara süfrə açan
günlərin
Varağını bükəmmədim, nə yaxşı!
Mənə doğru şərin
dizi qırıldı,
Ömrə-günə düşən
izi qırıldı,
Vaxtın
mizan-tərəzisi qırıldı,
Çəkdiyimi çəkəmmədi, nə yaxşı!
Səbrin
əli ətəyindən
uzunmuş,
Vaxt deyilmiş,
itirdiyim qızılmış.
Daş-qaş olub taleyimə düzülmüş
Dərdi-sərdən çəkilmədim,
nə yaxşı!
Nə biləydim, amansızdı
çərx belə,
Tərs damarda Yeri-Göyü çalxalar.
Çox
üzlərə astar
olur arxalar,
Arxalıdan çəkinmədim, nə yaxşı!
Mağar
qurdu taleyimdə bir səda,
Pərt etmədim ürəyimi qırsa da.
Yolsuzluğu yolum üstdə
dursa da,
Duruşuna təpinmədim, nə yaxşı.
2013
OLUB
Mənə məktub gəlir
şeir adından,
Gəlir
dağın, düzün,
Yerin adından,
Toyda bəy adından, gəlin adından
Məndən toy şeiri gözləyən
olur.
Mənsə unutmuşam toyları
çoxdan,
İçimdən bir xiffət boylanır çoxdan.
Toyların huyları-küyləri çoxdan
Məndən səs-küyünü gizləyən
olub.
Nə fərqi o toya vardım-varmadım,
Batası deyil ki, bala
barmağım.
Göydən ulduz dərib,
Ay qoparmağın
Elə özü
toyca söz deyən olur.
Keçirdim bu ömrü toysuz-mağarsız,
Gəlib görünərəm bir
hor, çağırsaz.
Mənim
əfsanəsiz, mənim
nağılsız
Taleyim ömrümü
bəzəyən olub.
2013
lll
Allah,
Allah, gör nələri
Mən uda-uda gəlmişəm.
Ümidimi yollarıma
Şam tuta-tuta
gəlmişəm.
Gah enmişəm, gah qalxmışam,
Düz gözümdən
düz baxmışam.
Dünyaya sözlə çaxmışam
Dönüb bir oda gəlmişəm.
Adam boyu canım vardı,
Ünvansız ünvanım vardı.
Nə dadım, nə tamım vardı,
Söz ilə
dada gəlmişəm.
Görüb Yerdə qərib
mənəm,
Qələmin göndərib mənə.
Söz macalı verib mənə
Tanrıdan səda gəlmişəm.
2013
KİMİMSƏN
MƏNİM
Uşaq
evində baxışı
niskilli bir körpə mənə
"ana" dedi
Sən mənim
qızımsan, dalınca
qaçım?
Ardınca su atım, oğlumsan
bəlkə?
Durum lap ayağı yalıncaq açım,
Arxamsan, qanadım,
qolumsan bəlkə?!
Səbəb tapammıram, axır
göz yaşım,
Ürəyim dəryadı, boşalır,
dolur.
Həsrətim boy verib, - mənlə
yanaşı,
Kimimsən, desənə, a qurban olum.
Mənə "ana" demə,
mən "yol üstdəyəm",
Ölərsəm, təzədən yetim qalarsan.
Sən bu şirinlikdə atasız bala
Yenidən anasız çətin qalarsan.
Hələ anlamırsan, yaş
o yaş deyil,
Ruhumla yaşaram
gövdəndə sənin.
Amma bu təşviş də elə boş deyil,
Mən kimə
tapşırım "gedəndə"
səni?!
Möcüzə gəzirəm adında
bəlkə,
Sanma bu müjdədən doyub gedərəm.
Ana tək qalarsan yadında, bəlkə
Dünyada bir övlad qoyub gedərəm.
Qəzadı, qədərdi, amma
nə deyim,
Dolu gördüyüncə
bu, boş dünyadı.
Gah əlimi kəsir, gah da ətəyin,
Bu, ayıq başla
da sərxoş dünyadı.
Görürsən səbəbsiz deyil
göz yaşım,
Ürəyim dəryadı, boşalır,
dolur.
Həsrətim dayanıb mənlə
yanaşı,
Kiminsən, desənə, a qurban olum.
2013
BİZİ
Gəl kəsib ataq bu mazarat ömrü,
Gah həşərat
ömrü, gah da at ömrü.
Bu camaat ömrü, həzərat ömrü
Dartıb, özümüzdən qoparır
bizi.
Nə gendən baxanıq, nə öndə gedən,
Eh, kimə gərəkmiş
bu gündə gedən?!
Biri o birinin cibində gedən
Bu axın sürüyüb
aparır bizi.
Ümid
lağım atır vaxt darlığında,
Görən nəsə tapıb axtardığında?!
Bir gülün həvəsi yox varlığında,
Bəs hansı
üzünən axtarır
bizi?
Qayğılar birdimi, beşdimi görən?!
Fikrindən bir istək keçdimi görən?!
Kimə
nişanlayıb eşqini
görən,
Arayır bahardan-bahara bizi?!
2013
lll
Unutdum kimim vardısa,
Bir quruca adı tutdum.
Atdım
bütün doğmaları,
Biganəni, yadı tutdum.
Halımı duyanı atdım,
Məndə üz qoyanı atdım.
Çölümdə bir ana atdım,
İçimdə fəryadı tutdum.
Ömürdü, zamanla dolu,
Söz atında
yüyrək olub.
Səsimlə getdiyim yolu
Qulağıma çatıb tutdum.
2013
BU NƏ
SUALDI
Daha darıxmıram
zənglərin üçün.
Qulağıma sırğa
sözlərin üçün.
İndi
darıxıram
əllərin üçün,
İndi
darıxıram
gözlərin üçün.
Daha darıxmıram,
darıxdığımdan
gözüm əllərinə
zillənib qalıb.
Əlimdə əlinin
gülləri qalıb.
O gül butasını
gözümə təpdim.
O gül ləçəkləri
üzümə səpdim.
Hərəsi bir kəlmə
söylədi səndən,
gözümə, əlimə
söylədi səndən...
Daha darıxmıram
əsəblərimdən
dəyanət sazıma,
dözüm sazıma
sim çəkib, ayrılıq
havası çaldım
Hələ soruşursan
darıxırammı?
Daha darıxmıram,
bu nə sualdı?!
2013
lll
Üzün gözümə düşür,
Üzün mələk kimidir.
Sirri gözündən daşır,
-
Qəlbin ələk kimidir.
Dağ var - dünya yaşında,
Dağ var - sinə daşında.
Dağ da var ki,
başında
Qar göbələk
kimidir.
2013
lll
Yaddaşa aparan cığır
Özüm baş alıb gedirəm.
Orda bir xatirəm qalıb,
Ona tuş olub gedirəm.
Varımı yoxla bölmüşəm,
Dərdin çiynində gəlmişəm.
Diriyəm, yoxsa ölmüşəm? -
Bir bax, quş olub gedirəm.
Dolu verir, boş aparır,
Axirətə tuş aparır.
Məni necə? Huş aparır,
Yoxsa huş olub
gedirəm?!
Bir bax, quş olub gedirəm.
2013
lll
Ələkbər Salahzadənin
ölməz xatirəsinə
ehtiramla
Gözümün içi dolusu
Göz yaşıma
doldu bu qəm.
Geyindi rəngin qarasın,
Üst-başıma qondu bu qəm.
Bir Ələkbər heykəlini
Qələmimlə yondu bu qəm.
2013
DÜNYADI
BU
Ölüsünə yas tutmayan,
Dirisini xas tutmayan,
Vaxt gözündə pas tutmayan
Dünyadı bu.
Şeytan
deyil, mələk deyil,
Oyun deyil, kələk deyil.
Tanrı
deyil, fələk deyil,
Dünyadı bu.
Məhrəm olur, cəncəl
olur,
Arxa olur, əngəl olur,
Gah mərmi, gah səngər olur,
Dünyadı bu.
Qanunları susur daha,
Hər addımı
- qüsur daha.
Hardan tutdu, kəsir daha,
Dünyadı bu?..
Dünya deyilsə, nədi bəs?
Bir qıfıldı, bir də qəfəs.
Dolusuna boşu - əvəz,
Dünyadı bu.
Öyəni var, söyəni var,
Yağmalayıb yeyəni var,
Əldən-ələ yüyəni var, -
Dünyadı bu.
2013
lll
Mən elə bir qəbristanam,
Hər ölən
məndə yatmayır.
Fikirlərin kələfində
Düşür kəməndə, yatmayır.
Mənlə gəzir, mənlə
durur,
Qəmlə yatır, qəmlə durur.
Ölümündən gendə durur,
İnan, bir bəndə yatmayır.
Yuxuma vardım, yatacaq,
Ömrünün ardın yatacaq.
Yaddan çıxardım, yatacaq,
Yada düşəndə
yatmayır.
2013
Firuzə Məmmədli
525-ci qəzet.- 2014.- 10 yanvar.- S.7.