Con F.Kennedi: Mərdliyin
profilləri (davamı)
İngiliscədən
Telman Orucov tərcümə edib
Vaşinqtona gələndə Adams tezliklə
özünün hər iki partiya tərəfindən
oğulluğa götürülməsini və təzə
adamın örtülülüyünü qiymətləndirmədiyini
sezdi.
Baxmayaraq ki, ailəsindəki xəstəlik Ceffersonun Luizina
Ərazisini Satın Almaq barədəki Müqaviləsinin
ratifikasiyasına səs vermək üçün vaxtında
gəlməsinə mane olmuşdu, o, yeganə federalistə
çevrilməklə, dağıdıcı – pretsedent olan bu
yiyələnməni Senat zalında dəstəkləməyə
görə və onun 11 milyon dollar məbləğindəki
qiymətinə səs verməklə tezliklə özünə
qarşı əkslik tufanı qaldırdı. Onun
demokratik prinsipləri həmçinin hökuməti təşkil
etmək üçün administrasiyanın tədbirləri və
Ərazinin (ştat statusu qazanmamış böyük
zonaların əvvəlki siyasi statusu belə idi – tərcüməçi)
sakinlərinə vergi qoyulması uğrunda mübarizə
aparmasına səbəb oldu – beləliklə
özünün Respublikaçı kolleqaları tərəfindən
də müxalif münasibətlə qarşılaşdı.
Lakin Amerikanın qitə hədlərində
genişlənməsindən əmələ gələn
baxışı ilə o, Ceffersonun Napoleonu bizim sərhədlərdən
uzaqlaşdırmaq, həm də millətimizi varlandırmaq
sahəsindəki igidliyini alqışladı. Bu, onun Federalist kolleqalarının qəzəbli təəccübündən
daha vacib idi. İlk növbədə Yeni İngiltərənin
hegemonluğunu dəstəkləməyə qayğı
göstərməklə, onlar qorxurdular ki, Qərbə tərəf
genişlənməklə Şimali Şərqin kommersiya
şəhərlərinin siyasi və iqtisadi təzyiqini
azaldacaq, Şərqdəki torpaqların dəyərini, bunda
isə onlar maliyyə cəhətdən maraqlı idilər,
aşağı salacaq və Ceffersona Konqressdə daimi
çoxluq qazandıracaqdır – Massaçusetsdən olan gənc
Federalist, baxmayaraq ki, onlar tərəfindən unutqan, diqqətsiz
hesab olunurdu, Ceffersonun Satın Almasının bayram
edilməsinə həsr olunmuş ziyafətdə iştirak
etdiyinə görə Federalist qəzəbinin alovları
üzərinə yanacaq səpələyirdi!
“Nahar pis idi və sağlıqlar olduqca çox sayda idi”
– Adams həmin gecə öz gündəliyində bu barədə
sərt qaydada şikayətlənir. Lakin bu şübhəlidir
ki, hətta bayram da Bostondakı ən yaxşı
mehmanxanaları yada salırdı, o, bura gələndə
Federalist dostları bunu xəyanətə bərabər
olmağın son sübutu kimi qiymətləndirdi.
Görkəmli Federalist Teodor Layman yazırdı ki, “gəncə
lənət olsun, necə də o, öz atası kimi meymunluq
edir”. Bu adam
böyük Adams
Pikkerinqi vəzifəsindən çıxaranda
axırıncının tərəfində olmuşdu. Lakin yeganə bir Federalist var idi ki, onun rəyini gənc
Con Kvinsi özününkündən yuxarı qiymətləndirirdi
– bu, Con Adams idi. O, narahat şəkildə
atasının baxışlarını axtarırdı və
yenidən əmin olurdu ki, 1804-cü ildə erkən
yaşlı dövlət xadimlərindən atasının
aldığı sakitlik, atasının partiyasının əlindən
qəbul etdiyi bütün təhqirləri kompensasiya edirdi. Con
Adams oğluna yazırdı ki, “Luiziana məsələsi barədə
sənin davranışını bəyənməməkdən
uzağam, ona baxmayaraq ki, mən bilirəm ki, bu şimal
ştatlarında çox qeyri-populyar olacaqdır... Mən düşünürəm ki, sən düzsən!”
Öz
gündəliyində gənc Adams Senatdakı ilk
aylarını belə yekunlaşdırır:
“Mən artıq təcrübə aparmaq imkanına malikəm,
bu təcrübəyə görə əvvəllər öz
prinsiplərimə olan təhlükəni gözləmək
üçün tam səbəbə malik idim. Ölkə
bütöv şəkildə özünü partiya ruhuna
vermişdir, bu, heç də bir ya digər günahı
yuyulan xətanın arxasınca kor-koranə getmək deyildir.
Hər ikisinin arasında mən istənilən
perspektivi qurban vermədən, öz vicdanımın diqtəsi
ilə getməyin mümkün olmadığını
görürəm, bu, sadəcə irəliləmək
deyildir, hətta mənim malik olduğum xarakteri və
nüfuzu saxlamaq da deyildir. Həm də mənim
seçimim edilmişdir və əgər mən öz ölkəmə
onu məmnun edəni verməyə ümid edə bilmirəmsə,
ən azı öz fikirlərimi sınaqdan keçirməyi qərara
almışam”.
Adams adına iftixarla malik olmağın
qarşısı alına bilməzdi ki, – və yaxşıca
tələsdirə bilərdi ki, gənc Senator tədricən
bir azlıq kimi meydana çıxsın. Onun
siyasi fəlsəfəsi daha populyar olmalı idi, onun şəxsi
manerası hələ də ona özünə yaxın
müttəfiqlər seçməkdə çətinlik
törədirdi. O, hər şeydən əvvəl “Adams
kimi... soyuq, taktikasız və sərt vicdanlı idi”.
Qeyri-populyar atanın oğlu öz partiyasındakı reneqat və
təzə Senator üçün kövrək olan Con Kvinsi nə
siyasi müttəfiqlik, nə də təsir axtarmırdı,
həm də nə də bunlar ona təklif edilmirdi.
Yalnız
on gündən sonra Senatda o, üç saatlıq debatda bu
yaxınlarda vəfat etmiş vətənpərvərlik şərəfinə
bir ay ərzində krep parçadan paltar geyinməyə
çağıran şablon qətnaməni rədd etdiyinə
görə yaşlı Senatorlarla sözləşdi və
onlara düşünmədən cavab verdi.
Onun cəsarətlə mübahisə etdiyi qətnamə
“şəxsiyyətin yararsız diskussiyalarına yönəldiyinə”
və Senatda “müzakirə edilmək üçün onun
mahiyyətcə məxsus olduğu bütünlüklə yad
məsələlər kimi” olmaqla qeyri-konstitusional olmasa da,
uyğun gələn deyildi. Sonra o, öz
kolleqalarını, hər bir Senatorun, əvvəllər
Nümayəndələr Palatasının üzvü olarkən
impiçment qətnaməsinə səs verdiyinə görə
impiçment dinləməsi yolu ilə hüququnun əlindən
alınması yollarını axtardığına görə
təəccübləndirdi. Sonra o, inadkar intellektual
müstəqilliyini göstərdi, təkcə icra
sessiyasına getmək hərəkətinin əleyhinə
çıxdı, o, düşünürdü ki, bu vaxt onun
yeganə niyyəti “Journal”da bizneslə məşğul
olmağın meydana çıxmasını vermək idi, əlində
isə burada edilmək üçün heç nə yox idi.
Lakin əgər
federalist partiyası “onun seirinə” nifrət etməyinə
nisbətən “yeniyetməyə” daha güclü nifrət etməyi
öyrəndi, necə deyərlər, bu, hər bir federalistin
Con Kvinsiyə məhəbbətinin istənilən şəkildə
əbəs bir şey olduğunu demək idi. Çünki
o, Federalist partiyasına artan dərəcədə bir nifrət
edən adama çevrildi. Xaricdəki
qısa müddətdəki həyatının böyük
hissəsini o, amerikan millətçisi kimi
yaşamışdı, milli marağa özünü həsr
etməsini hansısa dar tərəfdar mövqeyinə
çevirə bilməzdi, bu vaxt isə məhdud şəkilli
və Britaniyapərəst baxış Yeni İngiltərənin
birinci siyasi partiyasına ağalıq edirdi. Ştat
Qanunvericiliyində keçmiş kolleqaları onu ictimai qaydada
“Makiavelliyə layiq olan davranışına görə”
nankorluqda ittiham edirdilər; lakin o, anasına yazırdı ki,
bir Senator kimi bunu hiss edir, lakin daha yaxşı müəyyən
edəcəkdir ki, massaçusetslilərin ən yaxşı
maraqları nədir və “əgər federalizm Britaniya
donanmasına bizim azadlığımızın yeganə palladiumu
(qədim yunanların və romalıların inamına görə
şəhər təhlükəsizliyini qoruyan silahlı ilahənin,
daha çox nəzərdə tutulan Afina-Palladanın heykəli
– tərcüməçi) kimi baxırlarsa, mən siyasi
dönük olmalıyam”.
Senatorların çoxu 1804-cü ildən əvvəl və
sonra onların partiya başçıları tərəfindən
pis təsirə məruz qaldıqlarına görə
dönüklərlə vuruşurdu, onlar öz seçiciləri
arasında möhkəm şəxsi populyarlıq qururdular. Bu, ölkənin kişi əhalisinin ümumi səsvermə
hüququna malik olmasını artan dərəcədə
mümkün etdi və erkən on doqquzuncu əsrdə bu,
ümumi hala çevrildi. Lakin Con Kvinsi Adams belə
deyildi. O, bundan əvvəl görülən hər bir
ictimai tədbiri qiymətləndirirdi, Senator yoldaşı
müşahidə etmişdi ki, bu, Yevkliddən gələn
mücərrəd mövqe olmasına baxmayaraq, siyasi
çağırış düşüncələrinə
yaramırdı. O, seçilmiş təmsilçilərin
“öz seçicilərinin iradəsi ilə iflic olması”
kimi borcunu inkar edirdi; və “xalq üçün qeyri-adi
qayğı göstərməklə, onların
xurafatını tərifləməklə, ehtiraslarına xidmət
etməklə və ötüb keçən, dəyişən
rəylərini əzizləməklə” onun
adlandırdığı “professiya üzrə vətənpərvərlərə”
çevrilməklə uğur qazanmaq yolunu rədd edirdi. Ona
yol göstərən ulduz puritan dövlət xadiminin prinsipləri
idi, atası bunu bir çox illər əvvəl belə ifadə
etmişdi: “Magistrat özünün arzularının, hətta
xalqın xidmətçisi deyildir, yalnız öz
Allahının xidmətçisidir”.
Əgər Con Kvinsi Adams bu gün Senatda xidmət etsəydi,
biz onun mərdliyinə və qətiyyətliliyinə heyran
olardıq. Biz onun qeyri-tərəfkeşlik, qeyri-sektsiya
mövqeyindən yanaşmasına hörmət edərdik.
Lakin mən o qədər də əmin deyiləm
ki, bir şəxs kimi ondan xoşumuz gələndi; və bu da
aydındır ki, cərgələr arasındakı hər
iki tərəfdən olan onun kolleqalarının çoxu bunu
etmirdi. Onun siyasi partiyadan da izolyasiyası və
qaldırdığı antoqonizmlər praktiki olaraq onun
müstəqil və elmi mövqelərinin təsirini
sıfıra endirirdi. Onun gündəliyi bu cəhəti
də açır ki, gənc Senator heç
də özünün artan siyasi izolyasiyasını
bütünlüklə hiss etməmiş deyildi; o, şikayətlənirdi
ki, “müxalifəti qeyri-məhsuldar etmək üçün
heç nəyə malik deyildir”. “Mən bunu təsdiq
etmək üçün artıq kifayət dərəcədə
görürəm ki, indiki üzvlərlə dolu olan Senatda mənim
təklif etdiyim heç bir düzəliş öz məqsədinə
çatmayacaqdır”. “Mən bu
ölçü üçün çox sayda senzuraya və
təhqirə məruz qalmağa şübhə etmirəm”.
Və Adams onları “istənilən prinsipə
məhəbbətdən daha artıq qaydada mənə nifrət
edənlər” kimi təsvir edirdi. Özünə
qarşı Pikkerinqin nifrətamiz davranışı ona
xüsusən acı gəlirdi və hiss edirdi ki, kolleqası
“bütünlüklə düzgünlük müstəvisini
tərk etmişdir və hiylə ilə məşğul
olanlara bel bağlayır”.
1807-ci ilə qədər partiya ilə Senator arasındakı ayrılma hələ də sağalmayan olan deyildi və Adams öz seçicilərinin böyük çoxluğu tərəfindən, partiya başçıları tərəfindən olduğu kimi məhkum edildi. Son ayrılma, kifayət qədər təbii olmaqla, milli xarici siyasətlə əlaqədar idi. Bizim Böyük Britaniya ilə əlaqələrimiz pisləşdikcə, gəmilərimiz tutulurdu, mallarımız müsadirə edilirdi, dənizçilərimiz Britaniya kreyserlərinin “təsirinə” məruz qalırdı və Britaniya təbəələri kimi adlanmaqla kral donanmasında xidmət etməyə məcbur edilirdilər. Minlərlə amerikan dənizçisi mütəşəkkil bazalara götürülürdü, adamları axtaran gəmilər dənizdə itirdi və hətta Amerika vətəndaşlığını “sübut edənlərə” geriyə qayıtmaq barədə icazə verilməsindən dəfələrlə imtina edilmişdi. Adamsın vətənpərvər instinktləri qalxmışdı və o, buna nifrətlə baxırdı ki, gəmiləri hücuma məruz qalan Federalist tacirlərin özü Böyük Britaniyanı sakitləşdirməyin, problemlərin həlli üçün yeganə vasitə olduğu qərarına gəldilər. Onun Federalist kolleqaları hətta belə təcavüzkar tədbirləri qeyri-müəyyən qaydada Fransa ilə müharibədə Böyük Britaniyanın çətinliklərindən danışmaqla və axırıncıya münasibətdə dostluq tonuna üstünlük verməklə, səmərələşdirməyə cəhd edirdilər. Bu münasibətə Adams ört-basdır edilməyən nifrətlə, 1806-cı ildə öz gündəliyində qeyd etdiyi kimi, özü üçün unikal bir təcrübəni həyata keçirdiyini xəbər verir. Amerika gəmilərinə britaniyalıların təcavüzkarlıqlarını məhkum edən seriya qətnamələr təqdim etdi və onların Senatdan uğurlu qaydada keçməsinə nail oldu, onlar Prezidentə belə tələb verməyi təmin etdi ki, müsadirə edilmiş gəmiləri sığortalasın və bərpa etsin. Əlbəttə, federalistlər onun tədbirlərinə, administrasiyanın Britaniya idxalını məhdudlaşdırmaq barədə Adamsın də dəstəklədiyi qanun layihəsinə olduğu kimi əks çıxdılar. Bu vaxt artıq o, bütün praktiki niyyətlərə görə partiyası olmayan bir adam idi.
Nəticədə, 1807-ci ilin yayında amerikan freqatı “Chesapeake” Virciniya körfəzindən çıxanda Britaniya hərbi gəmisi “Leopard” tərəfindən amerikan gəmisində axtarış aparılmasından və ya ingilislərin Britaniya təbəəsi kimi iddia etdikləri dörd adamı onlara verməkdən imtina etdikdən sonra, bütünlüklə atəşə məruz qaldı, amerikan komandasının bir neçə üzvü öldürüldü və yaralandı. Hirslənən Adams bir daha inanmalı oldu ki, partiya ilə və ya partiyasız belə dözülməz hərəkətlərə qarşı güclü tədbirlərin görülməsi vaxtı gəlib çatmışdır. Yerli federalist qulluqçularla bu hadisəyə etiraz etmək üçün o, Bostonda şəhər mitinqi keçirmək məsələsini qaldırdı. Görkəmli federalistlər, hətta “Leopard”ın hücumuna haqq qazandırmağa cəhd edəndə, qəzəblənərək öyrəndi ki, onun kədərli məmnunluğu üçün Respublikaçılar partiyası həmin həftə ştatın Nümayəndələr Palatasında bənzər bir kütləvi mitinqi keçirmək istəyirlər.
(Ardı var)
525-ci qəzet.- 2014.- 11 yanvar.- S.14.