“Hüquqi
islahatlar cəmiyyətin
inkişafına təkan
verir”
NATİQ ABDULLAYEV:
“ÖLKƏMİZİN SON 15 İLLİK TARİXİNDƏ
QAZANDIĞI NAİLİYYƏTLƏR, İLK
NÖVBƏDƏ, HÜQUQİ İSLAHATLARIN DÜZGÜN
İSTİQAMƏTLƏNDİRİLMƏSİ VƏ
SƏMƏRƏLİ HƏYATA KEÇİRİLMƏSİ
İLƏ SIX BAĞLIDIR”
Güclü dövlətin, güclü
cəmiyyətin əsas
sütunlarından biri
də hüquqi dövlət quruculuğudur. Bir çox
sahələrdə olduğu
kimi bu istiqamətdə
də dövlət tərəfindən genişmiqyaslı
addımlar atlaraq, mühüm tədbirlər,
islahatlar həyata keçirilir. “Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyinin sədri, Natiq Abdullayevlə söhbətimizi
də bu istiqamətdə qurduq.
– Natiq müəllim, Azərbaycanda hüquqi dövlət quruculuğu barədə fikirlərinizi
bilmək maraqlı olardı.
–
1993-cü ildən etibarən
ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və
rəhbərliyi altında
gənc, müstəqil
respublikamızın dövlət
suverenliyinin, iqtisadi qüdrətinin möhkəmləndirilməsi,
ölkədə vətəndaş
cəmiyyətinin qurulması
və inkişaf etdirilməsi məqsədilə
genişmiqyaslı islahatlar
həyata keçirilməyə
başlandı. Dövlət və cəmiyyət həyatının müxtəlif
sahələrində aparılan
iqtisadi, sosial, mədəni islahatlarla yanaşı, hüquqi islahatlar da hüquqi,
demokratik, dünyəvi
dövlət quruculuğunun
prioritet prinsiplərindəndir.
Artıq bu gün inamla demək olar ki, Azərbaycan Respublikasının son 15 illik
tarixində qazandığı
nailiyyətlər, ilk növbədə,
hüquqi islahatların
düzgün istiqamətləndirilməsi
və səmərəli
həyata keçirilməsi
ilə sıx bağlıdır.
Azərbaycan dövləti tərəfindən
islahatlar, o cümlədən,
hüquqi islahatlar bu gün də
davam etdirilir. Ölkə Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
altında son 7 ildə
aparılan məhkəmə-hüquq
islahatları, yeni təsisatların yaradılması,
ədliyyə və məhkəmə-hüquq sisteminin
təkmilləşdirilməsi vətəndaş cəmiyyətinin
inkişafını təmin
edən tədbirlərdir.
Ümumiyyətlə, vətəndaş cəmiyyətinin daimi və mütərəqqi inkişafını təmin
etmək üçün
hüquqi islahatların
mütəmadi davam etdirilməsi zəruridir.
Bu prosesdə dövlət
siyasətinin cəmiyyətə
çatdırılması, təbliği üçün
ictimai təşkilatların
məqsədyönlü iş
aparması da müsbət rol oynayır.
– Təmsil etdiyiniz ictimai birlik vətəndaş cəmiyyəti
institutu olaraq bu sahədə hansı işlər həyata keçirir?
– “Hüquqi İslahatlara
Yardım Mərkəzi”
İctimai Birliyi qısa müddət ərzində qarşıya
qoyduğu məqsədlərə
doğru fəaliyyətində
uğur qazanan vətəndaş cəmiyyəti
institutlarındandır. Mərkəzimiz fəal vətəndaşlıq
və sırf peşəkarlıq mövqeyindən
çıxış edərək
bütövlükdə cəmiyyət
həyatını əhatə
edən hüquqi islahatların keyfiyyətcə
yeni mərhələdə
davam etdirilməsinə
öz töhfəsini
verir. Birliyimizin qısa müddət ərzində gördüyü
işlərə nəzər
saldıqda onları aşağıdakı kimi
şərh etmək olar: Məhkəmə-hüquq
islahatları çərçivəsində:
mübahisələrin məhkəmədənkənar
alternativ üsullar: mediasiya, konsiliasiya, arbitraj vasitəsilə həlli üsulları sahəsində beynəlxalq
təcrübənin ölkəmizdə
tətbiqinə nail olmaq.
Bununla bağlı ilk
növbədə qeyd
etmək yerinə düşər ki, Birlik yaranışından
az sonra, artıq 2002-ci ildən fəaliyyət göstərən
“İnternational Commersial
Arbitration” Cəmiyyətinin bazasında hüquq varisliyi qaydasında Azərbaycan Arbitraj və Mediasiya Mərkəzini yenidən təsis edib. Bununla artıq 2003-cü ildən
fəaliyyət göstərən
Azərbaycan Beynəlxalq
Kommersiya Arbitraj Məhkəməsi də Birliyimizin nəzdində fəaliyyətini davam etdirməyə başlayıb.
Mərkəzin fəal üzvlərinin,
cəlb etdiyimiz peşəkar mütəxəssislərin
dəstəyi ilə fəaliyyətimizin daha da təkmilləşdirilməsi
və səmərələşdirilməsi,
beynəlxalq əlaqələrinin
genişləndirilməsi, beynəlxalq
arbitraj sahəsində
institutlarla əməkdaşlığın
qurulmasına nail olunub.
Son illərdə İsveç,
Almaniya, Rumıniya, İtaliya, Ukrayna, Belarus, Rusiya, Türkiyə, Malayziya, Honq Konq, Dubay, Misir
və başqa ölkələrin beynəlxalq
arbitraj institutları ilə qarşılıqlı
əməkdaşlıq münasibətləri
yaradılıb. Biz həmçinin Azərbaycan
dövləti tərəfindən
aparılan hüquqi islahatların təcrübədə
tətbiqində iştirak
etmək, beynəlxalq
təcrübənin öyrənilməsi;
qanunvericiliyə əlavə
və dəyişikliklərin
hazırlanması və
qanunvericilik təşəbbüsü
ilə çıxış
etmək səlahiyyəti
olan subyektlərə təqdim edilməsi sahəsində də mühüm işlər aparırıq. Bu sahədə ilk növbədə
mübahisələrin məhkəmədənkənar
həlli üsullarının
inkişaf etdirilməsi,
təcrübədə tətbiqinin
genişləndirilməsi ilə
əlaqədar görülən
işləri qeyd etmək yerinə düşər. Məlum olduğu
kimi, “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının
Qanunu 1999-cu ildə qəbul olundu. Son illərdə beynəlxalq
arbitraj institutlarının
fəaliyyətinin təkmilləşdirilməsi,
iqtisadi münasibətlərin
hüquqi tənzimlənməsində
yeniliklərin baş verməsi nəticəsində
bu qanunun da məzmunca yeniləşməsinə zərurət
yaranıb. Təmsil etdiyim
birliyin ekspertləri və cəlb edilmiş mütəxəssislərin
iştirakı ilə
adı çəkilən
qanuna əlavə və dəyişikliklər
edilməsinə dair təkliflər hazırlanmış
və aidiyyatı üzrə təqdim olundu. Sevindirici haldır ki,
bu təkliflərin bir qismi qanunverici
orqan tərəfindən
qəbul olunub.
2009-cu ildə Azərbaycan
Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyə yardımı
ilə həyata keçirilən layihə
çərçivəsində “Mediasiya haqqında”, “Münsiflər Məhkəməsi
haqqında” Qanun layihələri, “Beynəlxalq
arbitraj haqqında” Azərbaycan Respublikasının
Qanununa əlavələr,
Mülki Prosessual Məcəlləyə əlavə
və dəyişikliklər
Mərkəzimizin ekspertləri
tərəfindən hazırlanmış
və aidiyyatı üzrə təqdim edilib.
– Qanunvericilik aktlarının
daha da təkmilləşdirilməsi
ilə bağlı nə deyə bilərsiniz?
– Ümumiyyətlə, qanunvericilik
aktlarının təkmilləşdirilməsi
sahəsində təşkilatımızın
səmərəli fəaliyyət
göstərməsi və
müəyyən töhfəsinin
olduğunu qeyd etmək lazımdır. Belə ki, fəaliyyətinin ilk dövrlərindən milli
qanunvericilik aktlarının
beynəlxalq standartlara
və dəyişən
ictimai münasibətlərə
uyğunlaşdırılması, təkmilləşdirilməsi istiqamətində
ardıcıl tədbirlər
görülür. Bu mənada
Azərbaycan Respublikasının
Mülki Məcəlləsinin,
Mülki Prosessual Məcəlləsinin, Cinayət
Prosessual Məcəlləsinin
və s. normativ aktların bəzi müddəalarına əlavə
və dəyişikliklər
edilməsinə dair indiyədək 40-a yaxın
təkliflə Azərbaycan
Respublikasının Milli
Məclisinə, Prezident
Administrasiyasına, Nazirlər
Kabinetinə, Ali Məhkəməyə,
Ombudsmana və digər qurumlara müraciətlər göndərilib.
Aparılan araşdırmalar göstərir ki, bu təkliflərdən bir qismi aidiyyatı
üzrə öyrənilmiş
və davam edən hüquqi islahatlarda nəzərə
alınıb. Biz bundan sonra da
hüquqi islahatların
dəstəklənməsi və
sürətləndirilməsi prosesində fəal iştirak edəcəyik.
– Hüquqi maarifləndirmə
sahəsində hansı
fəaliyyətiniz var?
– Biz hüquqi maarifləndirmə sahəsində də fəal iş aparırıq. Dövri mətbuatda mütəxəssislərimizin mütəmadi çıxışları ilə yanaşı, kütləvi tirajla dərc olunan və maarifləndirmə məqsədilə pulsuz paylanan kitabların adlarını da qeyd etmək yerinə düşərdi. 2000-ə yaxın söz və söz birləşməsini əhatə edən izahlı “Rusca-azərbaycanca hüquq lüğəti”, “Vərəsəlik. Normativ aktlar, Qərarlar, Şərhlər. (1923-2000-ci illər)”, “Mediasiya mübahisələrin alternativ həlli üsulu kimi”, “Mübahisələrin alternativ həlli üsulları: Beynəlxalq sənədlər, şərhlər, qanunvericilik”, “Soyqırım cinayəti (Beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər və şərhlər toplusu)” kitabları kütləvi tirajla nəşr olunaraq mütəxəssislərin və ictimaiyyətin ixtiyarına verilib. Bu sahədə tədbirlərimizi mütəmadi davam etdiririk.
Bununla yanaşı Azərbaycan dövlətinin insan və vətəndaş hüquq və əsas azadlıqlarının qorunması sahəsində də tədbirlər həyata keçiririk. Biz respublika hüquqşünaslarının qüvvəsini cəmiyyətin daha da demokratikləşdirilməsi prosesinə, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, cəmiyyətin mənafeyinin mühafizəsinə, vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsi və genişləndirilməsinə səfərbər etmək niyyətindəyik. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasında beynəlxalq təcrübənin öyrənilməsi, hüququ pozulmuş şəxslərin ixtisaslı və səmərəli hüquqi yardımla təmin olunması sahəsində tədbirlər, bütövlükdə hüquqi yardımın təkmilləşdirilməsinə çalışmaq mərkəzin mütəmadi fəaliyyət sahələrindən biridir. Mərkəzin fəaliyyət istiqamətlərindən biri də hüquqşünas peşəsinin nüfuzunun artırılması, hüquqşünasların peşə hazırlığının, peşə etikasının təkmilləşdirilməsi, xüsusən, vəkillərin və nümayəndəlik fəaliyyəti ilə məşğul olan praktiki hüquqşünasların müxtəlif sahələr üzrə ixtisaslaşmasına yardım göstərməkdir. Bu məqsədlə yaxın vaxtlarda xüsusi layihənin həyata keçirilməsinə başlanılacaq. Məqsədimiz respublikamızda fəaliyyət göstərən vəkillərin və praktiki hüquqşünasların ixtisaslaşma istiqamətlərini müəyyənləşdirmək, vahid informasiya bazası yaratmaq və hər bir vətəndaşın həmin bazadan sərbəst istifadə edərək səmərəli hüquqi yardım almasına şərait yaratmaqdır. Sözügedən layihənin reallaşdırılmasına dəstək verilməsi üçün bir sıra dövlət qurumlarına və elmi mərkəzlərə müraciət olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun rəhbərliyi və Ombudsman Aparatı yeni layihənin insan hüquq və əsas azadlıqlarının müdafiəsinin səmərəli təşkili üçün mühüm əhəmiyyət kəsb edəcəyinə dair rəy verib.
Hazırda mərkəzin mütəxəssislər qrupu qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir beynəlxalq hüququn və beynəlxalq əlaqələrin əsas xüsusiyyətlərini, beynəlxalq hüququn və beynəlxalq təcrübənin ən yeni innovasion üsullarını araşdırır. Beynəlxalq hüquq ittifaqları və təşkilatlarla birbaşa əlaqələrin yaradılması, beynəlxalq səviyyəli ekspertlərlə qarşılıqlı əməkdaşlığın qurulması da mərkəzin önəm verdiyi məsələlərdəndir. Biz öz missiyamıza uyğun olaraq Azərbaycan dövlətinin hüquqi islahatların davam etdirilməsi istiqamətində tədbirlərini bundan sonra da dəstəkləyərək, qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsində əzmlə fəaliyyət göstərəcəyik.
AQİL
525-ci qəzet.- 2014.- 11 yanvar.- S.30.