Səhifənin
qonağı Aslan Qəhrəmanlınlın
tərcümələrindən nümunələr
Hər şeyi bir tərəfə
buraxıb, bir insan olaraq 2013-cü il mənim üçün
son dərəcə sarsıdıcı
və son dərəcə
mağmun keçdi.Doğrudur
2013-ci ildə bir kitabım çıxdı : ONLARIN DÜNƏNİ adında.Həmin
kitabı mən üzə çıxara bilmədim düzü. Çünki orada 30 il öncə qələmə aldığım
bir müsahibə vardı ki,onun
adı olsun “BU
BİZİM SON ŞANSIMIZDIR...”
Və həmin müsahibənin günahkarı birdən-birə elə bir iddiayamı deyim, sevdayamı deyim düşdü ki, mənim kimi qorxaq adam həmin
kitabı kiməsə
təklif etməkdən
çəkindim.
Üstündən də ən acı günlərim başladı. Aşağıda
tərcümələrini və
bir parodiyasını oxuyacağınız sevimli
dostum,alim və yazar-dramaturq Aslan Qəhrəmanlı bizim “alicənab həkimlərimizin”
ucbatından uzun məsafəli bir xəstəliyə düçar
oldu.Öz ayaqları ilə istirahət elədiyi ata yurdu Ağstafadan böyrəkdə daş olması nədəniylə
Böyrək xəstəxansına
gətirildi və həkimlər “məşvərət
edənədək” üç
gün keçdi.Adam iki böyrəyindən də oldu.
Daha bundan sonra nə
düşünmək və
nə sevinmək... Qardaş kimi bir insan,gözəl
dost,istedadlı yazar-dramaturq,
riyaziyyat elmləri namizədi bu alicənab ziyalı düşdü dializlə
yaşamağa.
Burasını da deyim ki,dializin dövlət
tərəfindən olunması
və bu işi hörmətli alim AKİF MUSAYEVİN yoluna
qoyması son dərəcə
təsəlliverici bir
olay .Sağ olsun Akif müəllim!
Mənim
üçün çox
çətindi,çox
çətindi. 60-cı illərdən
bəri heç ayrılığımızın olmadığı ( Türkiyə illərini
çıxıram) bir
dost və ziyalı böyük Allahın ümidinə sığınaraq
yenidən yola davam edir.Yaşamaq və yaradıcılıqla
məşğul olmaq
yoluna.Aşağıda oxuyacağınız
tərcümələri və
parodiyanı da çox çəkinə-çəkinə
təklif etdi və aşağıdakı
ÖN SÖZLƏ mənə göndərdi.
Gözlərindən öpürəm
Aslanciyim! Gözəl
Ata,mehriban Baba,xanımı üçün
bir az mız-mızı
bəyəfəndi Aslan
Qəhrəmanlı!
2015-Cİ
İLDƏ GÖRÜŞMƏK ÜMİDİYLƏ...
lll
Əzizim
Tofiq Abdin,
Köhnə əlyazmalarımı araşdırarkən çoxlu şeirə rast gəldim. Mən şeirləri ancaq özüm üçün yazdığıma görə onların heç birini çap elətdirməmişəm. Lakin burada dünya ədəbiyyatından xeyli sayda tərcümələr də var idi. Bu yazıların indi də oxucular üçün maraqlı olacağını nəzərə alaraq tərcümələrin bir neçəsini sənə göndərirəm və lazım bilsən onu “525-ci qəzet”dəki səhifəndə yerləşdirərsən.
Əvvəlcədən təşəkkürümü bildirirəm,
Yeni ilin mübarək!
Hörmətlə, Aslan Qəhrəmanlı.
31 dekabr 2013
Səhifənin qonağı
ETÜD A.BLOK
Əlvida!Ayrılaq...Əl verin! Aman,
İstəməz!İstəməz!Bu xoş təmasdan,
Ürəyə dolmasın qoy qubar,məlal,
Ürəyi incidər,ağrıdar
bu hal.
Bu gün ayrılırıq,məndən daha siz,
Heç
zaman ”sən”sözü eşitməzsiniz!
Yetər
arzuladım o baxışları,
Yox,siz ağlamayın!Görməyim,barı,
Bu hicran dəmində
təlaşınızı.
Siz Allah,saxlayın göz yaşınızı!
Ürəyim alışır,yanır...Siz gedin,
Bəsdir...Daha gedin....Bəsdir....Tez gedin!..
Bu nədir?Gözümdə yaş var ki,
mənim,
Yoxsa ağlayıram?.. Gəl ey düşmənim!
Son dəfə bağrıma
basım səni mən.
Bax belə...Əlvida...Get daha....Get,sən.
QADIN
H.HEYNE
Onlar bir-birinə aşiq idilər,
Onlar bir-birinə
layiq idilər.
Elə ki, yanına aşiq gələrdi,
Məşuq çarpayıda elə gülərdi.
Günlər səslə-küylə ötüşürdü.
Füsunkar gecədə öpüşürdülər.
Kişini tutdular. Qadın da gördü,
Nə isə ardınca baxıb gülürdü.
Sifariş göndərdi kişi:Burda mən,
Sənsiz
darıxıram yamanca,bilsən.
Zindana yanıma gələsən
gərək,
Başını buladı qadın gülərək.
Asdılar kişini , yeddiydi saat,
Qadın
tək deyildi səkkizdə;heyhat,
Sanmayın üzündən qəm
tökülürdü,
Hey şərab içərək
yenə gülürdü.
BİÇİLMƏMİŞ
ZƏMİ
N.A.NEKRASOV
Payızın son ayı. Köçüb qarğalar,
Meşə çılpaqlanıb boşdur tarlalar,
Tək bircə zəmiyə əl də dəyməyib,
Sünbüllər kədərlə başını
əyib,
Yavaşca-yavaşca xışıldaşırlar,
Sanki bir-birilə pıçıldaşırlar:
”Bu quru gövdəmiz yerə yatıbdır,
Dolu dənlərimiz toza batıbdır,
Köçəri quşların dimdiklərilə,
Didildik,
döyüldük,dözürük
hələ,
Boranlar altında dən-dən dağıldıq,
Acgöz dovşanların tapdağı
olduq.
Yoxsa bu buğdalar yetişməmişdir?
Hanı bizi əkən, bu necə işdir?
Bəs niyə becərib, tər töküb burda,
Görəsən hardadır indi o, harda?
Axı dopdoludur hər bir dənimiz,
Qalmışıq küləyin ümidinə
biz”.
Külək vıyıldadı, gətirdi
xəbər:
”Sizin əkinçiyə toxunub xətər,
Tərpənə bilməyir, xəstələnibdir,
Ağır dərd yazığı
üstələyibdir,
Yemir,içmir,bilmir heç
dərdi nədir,
Zəif ürəyini ağrılar
didir.
Əziyyətlə əkdi, becərdi,
ancaq
Biçməyi əlləri bacarmayacaq
Parlayan gözləri tamam sönübdür,
Qolları quruyub çöpə
dönübdür,
Bir
vaxt mahnı deyib işləyən adam
İndi
xırıldayır,inləyir
müdan”
BAĞIŞLA
RƏSUL
HƏMZƏTOV
Özümü doğrulda bilərəmmi
mən,
Bu dərdin əlindən
bəs hara qaçım?
Dünənki təhqiri, nə
olarki sən
Bağışla, əzizim, bağışla,
bacım.
Özüm bilirəm ki, bu deyil asan,
Neyləyim? Qəlbimə
soxulur bəzən,
Mənə bənzəməyən başqa bir insan,
Bütün ixtiyarı alır əlimdən.
O kobud , o
sərxoş, yöndəmsiz
adam,
Gah acıqlı olur, gah da gülür
o,
Qovmaq istəyirəm, mən ona yadam,
Vuruşur, vuruşur, qalib gəlir o.
Yaxşı yaddan çıxır,oluram yaman,
Özüm utanıram hərəkətimdən.
Gözüm heç bir şeyi seçmir o zaman,
Həssaslıq silinir təbiətimdən.
Nələr etdiyimi bilmirəm
bəzən,
Görmürəm kimlərə yanaşdığımı.
Şeirlər, mahnılar unudulur,
mən
Özüm eşitmirəm danışdığımı.
Dünən də bütün
gün mənimlə idi,
Çıxmayıb heç biri indi yadımdan.
Qorxuram yadıma salım,nə
dedi,
O nələr törətdi
mənim adımdan.
Bilmədi bir an da öz həddini
o,
Düz mənim qəlbimə girdi,soxuldu.
Keçdi yaxşı yaman
sərhəddini o,
Sən çıxıb
gedəndə o da yox oldu.
Sən getdin baxmadan,dərd
məni aldı,
Arxanca hey qaçdım,
dönmədin ancaq.
Onun ürəyində üfunət
qaldı,
Bir də döşəməyə düşmüş
bir sancaq.
Özümü doğrulda bilərəmmi
mən?
Bu dərdin əlindən
bəs hara qaçım?
Adımla
adlanan adamın dünən,
Etdiyi təhqiri bağışla,
bacım!
ASLAN QƏHRƏMANLInın ÇAP OLUNMAMIŞ
BİR PARODİYASI.
Küçə itinin gənələrinə
və
ev itinin hürcəsinə
necə
dinləmək
necə
dinləmək
efirdə əndam bulayan şortuları
ya da buxara
papaqlı
əyri qəlyanlı
ağır oturub
batman gələn
çingənələr kimi
dişlərini qızıla basan
yastı-yapalaq şərq
kişilərinin
mavi rəngli mütrif nəğmələrini
necə
ağlamaq
necə
ağlamaq
zorlanan qadın sayaq
bir gizlinə
çəkilib sıqqıldayaraq
eləcə ulamaq ulamaq
küçə iti kimi hürcəsinə...
ŞƏRİF AĞAYAR
necə dinləmək necə dinləmək
əyri qəlyanlı
yastı yapalaq kişilərin
dişlərini qızıla
basan
çingənələr kimi
oyun havası çalcasını
necə seyr etmək necə seyr etmək
kimlərinsə rəqsdə
atılıb düşməkdən
yorularaq
zibillikdə eşələnən
küçə itinə
yapışmış
gənələr kimi
hərəkətsiz qalcasını
necə dözmək necə dözmək
nabələd adamın
kəl arabasını
sıldırım qayalığa
sürcəsinə
necə ulamaq necə ulamaq
çox asanca
səsini oxşatmaqla
sahibi ölmüş
ev itinin hürcəsinə
necə zövq almaq necə zövq almaq
baxırsansa
özünü xeyirin
qalan hamını şərin
yanında hesab edən
bəzi yazarların
öz yolunu azcasına
və
bilmədiyi dildə
şeir
yazcasına.
Tofiq ABDİN
525-ci qəzet.-
2014.- 11 yanvar.- S.23.