Bercestenin xüsusi buraxılışı Nigar Rəfibəyliyə həsr edilib

 

 

  Bercesteaylıq mədəniyyət, sənət, ədəbiyyat dərgisinin Azərbaycanın görkəmli şairəsi Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş Türk Dünyası Ədəbiyyatı adlı xüsusi buraxılışı (2013-cü il, dekabr, 138-ci sayı) işıq üzü görüb. Dərginin redaktoru və ön sözün müəllifi Vedat Ali Tokdur.

Nəşrin üz qabığında Azərbaycanın istedadlı, bənzərsiz şairi, ustad sənətkar Nigar Rəfibəylinin rəsmi verilib.     

Nigar Rəfibəylinin xatirəsinə həsr olunan dərgi İmdat Avşarın tərcüməsində şairənin “Vida”, “Ayrılıq”, “Neyləyim”, “Rəfiqəm mənim”, “Dağları duman alanda”, “Qəzəl”, “Müşkinaz xanımın əziz xatirəsinəşeirləri ilə başlanır.

 Azərbaycan ədəbiyyatıbölümündə anadan olmasının 75 illiyi münasibətilə Məmməd İsmayılın, Zaur Qəriboğlunun, Fərid Hüseynin, Vaqif Aslanın, Vaqif Məmmədovun, Günel Mövludun, Dilqəm Əhmədin, Rafail Tağızadənin, Ramiz Əsgərin, Vaqif Bəhmənlinin  başqalarının şeirləri yer alıb.

Anadan olmasının 100 illiyi münasibətilə Ənvər MəmmədxanlınınBuz heykəlhekayəsi İmdat Avşarın Ömər Küçükmehmetoğlunun tərcüməsində nəşr olunub.

Bölmədə həmçinin AnarınYaxşı padşahın nağılıpovesti, Günel AnarqızınınŞuşam”, Pərvin Nurəliyevanın “Turbo Tima”, Aydın TağıyevinAdəm kişinin oğlu”, Afaq ŞıxlınınBir ömrün son gecəsi”, Şərif AğayarınAnaxanım”, Sahilə İbrahimovanınMən deyildimhekayəsi, Əjdər Olun təqdimatında, tanınmış şəxsiyyətlər haqqında lətifələr oxucuların müzakirəsinə verilib.  

Dərgidə Türkiyə ədəbiyyatından Əli AkbaşınQuş süfrəsişeiri, Bəkir OğuzbaşarınTürkiyədən Türkistanaşeiri, Ömər KüçükmehmetoğlununArayışşeiri, Mehmet QaradaşınTürklüyün dərin mənasını axtararkən türkologiyaya dastanlara baxmaqelmi məqaləsi işıq üzü görüb.

Xüsusi buraxılışda Türkmənistandan, Qırğızıstandan, Qazaxıstandan, Krımdan, Özbəkistandan, Dağıstandan, Krımdan, Uyğur bölgəsindən, Tuvadan, Başqırdıstandan, Tatarıstandan olan yazarların, şairlərin, elm adamlarının əsərləri oxuculara çatdırılır.

Bercesteaylıq mədəniyyət, sənət, ədəbiyyat  dərgisinin Nigar Rəfibəylinin xatirəsinə həsr olunan Türk Dünyası Ədəbiyyatı Xüsusi buraxılışında Azərbaycan, başqırd, qazax, qırğız, Krım tatarı, Kazan tatarı, özbək, qaraçay, tuva, türkmən dillərindən əsərləri Türkiyə türkcəsinə  İmdat Avşar, İbrahim Türkxan, Saliyə İbrahimova, Ufuk Tavkula, Abdulbahab Kara, Geyruzə Qaripova, Ömər Küçükmehmetoğlu, Xalid Aşlar, Tolqonay Temirkanov tərcümə ediblər.

 

Məlahət QƏNBƏROVA

525-ci qəzet.- 2014.- 11 yanvar.- S.21.