Adsız qəhrəmanlar
Daha bir qazimiz də yenildi. 56 yaşında.
20 il idi
ki, mücadilə aparırdı. 20 il idi düşmən gülləsinin bədənində
açdığı yaralarla...
çarpayısının yanında duran əlarabası ,qoltuqağacları ilə və bir də sözünə
baxmayan, “yer tutmayan” ayaqları ilə savaşırdı.
Təkcə bunlarlamı?...
Bu yazı Qarabağ
döyüşçüsü qazi- Elmar İsmayılovun
əziz xatirəsinə
ithaf olunur.
Şəhər həmin şəhərdi,
bir az
görkəmi dəyişilib...
Küçələr həmin küçələrdir, küçələrdən
ötüb keçənlərin
sayı artıb deyəsən; təkcə
sayı artmayıb, şəhərə baxışları
da, insanlara baxışları da əvvəlki baxışlar
deyil...
I Savaş: Vətən uğrunda mücadilə və ya...barıt qoxusu
... Onları vurmuşdular – mənim,sənin, bizim düşmənlərimiz.
Kimini başından, kimini ayağından .
Kimi gözünü itirmişdi,
kimi əlini, kimi də ayağını...
Bu qara eynəkli, əlsiz, ayaqsız, üzü-gözü tanınmaz
hala düşmüş gənclər
–bizim övladlardır
–yurdumun övladlarıdır.
Elə Şuşasız,
Füzulisiz, Ağdamsız
Azərbaycan kimi...
Vaxt vardı onlara hər yerdə rast gələrdik. Və hər dəfə yanlarından ötüb keçmək istədiyimiz
bu cavanların canına, qanına hopmuş barıt qoxusu tutub saxlardı
bizi. O qoxu ömür cığırdaşıydı
onların. Onlara baxıb cavanlığımızdan,
gəncliyimizdən utanardıq
(Utanardıqmı ?) O dönəm o günlər üçün bəlkə
də çox idilər onlar. Elə bil azalıblar
indi. Nədənsə
heç gözə də dəymirlər- bu qara eynəkli,əlsiz, ayaqsız yurdumun övladları. O oğullar
ki, vətənin səsinə öz ürəklərinin izniylə
səs verib, ölümə gedənlərdən
idilər... Çağırılmışlardan
idilər-onlar...
Yola salanda “ Vətən
oğlulları” dedik,
geri dönərkən
“Əlil” qoyduq adlarını.
Onları
vurmuşdular... mənim,
sənin, bizim düşmənlərimiz vurmuşdu...
II Savaş: Sağlamlıq uğrunda mücadilə və ya... dərman
qoxusu
Bu onların artıq
ikinci savaşı idi- sağlıqları, daha doğrusu canları uğrunda apardıqları savaş.
... Gözlərində boz-bulanıq cəbhə
yolları qıvrılan
bu gənclərin indi üst-başından dava-dərman qoxusu gəlirdi. Onlara dikilən baxışlar biganə olsaydı nə dərdləri- o baxışlarda nəsə
bir kinayə,
nəsə bir laqeydlik var elə
bil.
Mənim, sənin, bizim baxışlarımızdı- o baxışlar.
Onlarsa xatirələrində o qanlı
qadalı illərin hekayəsi, qoltuq ağaclarının köməkliyi
ilə qan sızan yaddaşının
əlindən tutub xəstəxana dəhlizlərində
gəzişir, həkim
növbəsində insafsızcasına
ötüşən zamanın
ayağından yapışmaq
istəyirlər, sanki...
Tələsir, tələsir, tələsirlər. Müavinətlərini almağa tələsirlər.
Və alan
kimi də protez ustalarına tanış tapmağa tələsirlər-köhnələrini ucuz yolla təmin
etsinlər deyə...Əslində boyat və bir parça
çörəklə də
qarınları doyar, nimdaş üst başla da keçinərlər...
Təki ayaqda dura bilsinlər.
Sonacan dura biləcəklərmi?...
Onları
vurmuşdular...
III Savaş: Yaşamaq uğrunda mücadilə və ya...ölüm qoxusu
...mənim, sənin,
bizim düşmənlərimiz
vurmuşdu onları.
O zaman çox idilər, indi azalıblar.
Silahları yoxdu. Vəsiqələri açılıb örtülməkdən
rəngini itirib.
Qan sızan xatirələri çoxumuza heç maraqlı da deyil. Bəzən səbrimiz də çatmır dinləyək
– onları...
Kimisi yorulub,əldən düşüb, yataq xəstəsidi. Kimisi ölümü ilə
qol-boyun, kimisi ölümün gözlərindən
yayına bilir hələ ki ... Bu onların üçüncü,
sonuncu savaşıdır.
İstəkləri sadəcə
yaşamaq!!! Adidən də adi bir yaşam uğrunda savaşmaqdı
əslində.
Amma onların baxışlarında bir vida səksəkəsi uçunur indi. Qələbə gününü görə bilməmək səksəkəsidi bu. Bir vaxtlar bu baxışlarda yanan sevginin közündən səngərlərdə ocaqlar çatılırdı. O ocaqların istisi qışın sazağını çilikləyirdi...
Dayanın, durun arxadaşlar! Baxın onlara- fəqirlik, aclıq, xəstəlik var yanlarında. Fəqət üzlərində bir məğrurluq ,gözlərində məsumluq, uşaqlıq illərinin saflığı qaynayır hələ də...
Tanıyın siz də onları.
Mənim, sənin, bizim gələcəyimiz uğrunda gəncliklərini, sağlamlıqlarını itirən bu adsız qəhrəmanları siz də tanıyın və unutmayın ki, arzularını, ümidlərini və inamlarını yaraladığımız bu oğulları indi biz vururuq! Özü də ürəklərindən!
Son
Ölümü seçənlər şəhidliyi seçir. Bəs olumu seçənlər? Şəhidliyi seçən millət yaşam qazanır. Tarixin əski qatlarında canım millətim şəhidliyini seçib qılınc qurşayırdı.Qılınc qurşayıb şəhidliyinə büründüyü üçün də Gündoğandan Günbatana hökmü keçirdi...
“Ya azadlıq ,ya ölüm” seçimində ölümü seçdik, azadlığa qovuşduq...
Şəhidliyi seçib qaziliyə qovuşa bildikmi?
Şahin Musa oğlu
525-ci qəzet.- 2014.- 11 yanvar.- S.22.