Azərbaycan dilinə ehtiram
nümunəsi
Tanınmış dilçi alim, filologiya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının professoru Buludxan Xəlilovun "Azərbaycan
dili: milli varlığımız, mənəvi
sərvətimiz" adlı
yeni kitabı "Bakı Çap Evi" nəşriyyatında
işıq üzü
görüb. Kitabın elmi
redaktoru filologiya üzrə elmlər doktoru, professor Vilayət Əliyevdir.
Kitabda Azərbaycan
Respublikasının dövlət
dilinin Konstitusiyada rəsmiləşdirilməsi üçün
ziyalılar tərəfindən
irəli sürülən
alternativ variantlar (Azərbaycan türkcəsi,
Azəri türkcəsi,
Azərbaycan türk dili və s.) təhlil olunur. Bu məsələ müzakirə
obyekti kimi fikir və mövqeləri
üzə çıxarır.
1995-ci ildə Dövlət dilinin adı ilə bağlı müzakirədə
fikir söyləyən
hər bir kəsin mövqeyinə Ulu Öndər Heydər Əliyev tərəfindən diqqətlə
yanaşıldığı tədqiqat zamanı diqqətdən qaçırılmır.
Belə ki, müəllifin Heydər Əliyevin dilimizlə bağlı görüşlərini,
fikirlərini əks etdirən "Heydər Əliyev və Azərbaycan dili",
"Heydər Əliyevin
taleyüklü məsələlərin
həllində rolu",
"Heydər Əliyev
və Azərbaycan dilinin nəzəri məsələləri" və
s. məqalələri də
kitabda yer alıb.
Kitabda Dövlət
dilinin adı ilə bağlı müzakirədə tarixi keçmişimizə, tarixi
və milli dəyərlərimizə xüsusi
önəm verilir. Mənbələrə, faktlara, reallıqlara istinad edərək dövlət dilinin adı ilə bağlı fikir yürüdən ziyalılarımızın
mövqeyi aydın məntiqlə şərh
olunur. Eyni zamanda burada
ziyalıların dilimizin
adı ilə bağlı yeni konstitusiya layihəsinin müzakirəsindəki çıxışları
da verilir.
Professor Buludxan Xəlilovun "Azərbaycan dili: milli varlığımız,
mənəvi sərvətimiz"
kitabından dilçilər,
ədəbiyyatşünaslar, tarixçilər və siyasətçilər faydalana
bilərlər.
Qeyd edək
ki, Buludxan Xəlilov 90-cı illərdən
dövri mətbuatda elmi, elmi-kütləvi məqalələrlə, publisistik
esselərlə çıxış
edir. O, "Filologiya məsələlərinə
dair tematik toplu"nun redaktorudur, Ədəbi dilin tədqiqinə dair çoxlu sayda kitabın - monoqrafiyaların, dərsliklərin,
dərs vəsaitinin
300-dən çox elmi,
elmi - publisistik məqalənin müəllifidir.
Onun daha öncələr çap
olunmuş "Dil-söz
çələngi", "224 qədim türk sözü", "Azərbaycan
dili antalogiyası",
"Dil, Ədəbiyyat,
Mədəniyyət" və
s. kitabları dilin təbliği, gənclərin
maariflənməsi baxımından
xüsusi əhəmiyyət
kəsb edir.
Nəzrin
525-ci qəzet.- 2014.- 14 yanvar.- S.7.