İnkişaf etmiş vətəndaş cəmiyyəti hüquqi dövlət üçün
etibarlı güc mənbəyidir
Azərbaycan xüsusilə son 10 ildə
iqtisadi sahədə xeyli irəliləyərək
dünyanın inkişaf
etmiş ölkələri
sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin
qurulması istiqamətində
bir çox nailiyyətlər əldə
edib. Məhz güclü dövləti
şərtləndirən amillərdən
birinin güclü vətəndaş cəmiyyəti
olduğunu nəzərə
alaraq Azərbaycan hökuməti bu sahənin inkişafına
xüsusi diqqət ayırıb. Bunun nəticəsi olaraq ölkəmizdə vətəndaş
cəmiyyəti təsisatlarının,
Kütləvi İnformasiya
Vasitələrinin dövlət
tərəfindən dəstəklənməsinə
dair konkret mexanizmlər formalaşdırılıb,
insan haqlarının müdafiəsinin gücləndirilməsi
məqsədilə Milli
Fəaliyyət Proqramı
qəbul edilib, siyasi partiyaların dövlət büdcəsindən
maliyyələşdirilməsi üçün qanunvericilik
sahəsində mühüm
islahatlar həyata keçirilib.
Təminatlı dövlətin ən böyük ehtiyacı olan məsələlərdən
biri də vətəndaş cəmiyyətini
formalaşdırmaq, toplumun
daxilində olan münasibətləri ən
sivil formada tənzimləməkdən ibarətdir.
Vətəndaş cəmiyyəti anlayış
olaraq dövlətin və cəmiyyətin inkişafının müəyyən
pilləsində formalaşan
insanların birliyi olub özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü
yaranan qeyri-hökumət
təşkilatlarını birləşdirən bir strukturdur. Vətəndaş cəmiyyəti hazırda
çox böyük anlam ifadə edərək, təmsil olunduğu dövlətin sosial-iqtisadi, siyasi və hüquqi təbiətini, inkişaf
və yetkinlik səviyyəsini ifadə edən bir normadır.
Başqa
sözlə bu anlayış altında tarixi təcrübə ilə əldə edilmiş, müəyyən
meyarlara cavab verən cəmiyyət başa düşülür.
Sözün həqiqi mənasında
vətəndaş cəmiyyəti
dövlət quruculuğunda
ən yüksək mərhələlərdən birini
təşkil etməklə
vətəndaşı, ailəni,
təhsil ocaqlarını,
demokratik institutları,
QHT-ləri, müstəqil
məhkəmələri, müstəqil
KİV-ləri özündə
ehtiva edir.
Cəmiyyətin təşəkkülü baxımından,
həmçinin dövlətçilik
ənənələri baxımından
daha sistemli inkişaf edən Qərbdə vətəndaş
cəmiyyəti dedikdə
yuxarıda qeyd edilənlərlə yanaşı
həm də azad sahibkarlıq, təşəbbüskarlıq mühiti
başa düşülür. Beləliklə vətəndaş cəmiyyəti
açıq, demokratik,
antitotalitar, müstəqil
inkişaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş,
şəxsiyyət tutur.
Azərbaycanda vətəndaş cəmiyyəti
institutlarının formalaşdırılması
ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə
başlayıb. Bu sahədə
H.Əliyevin atdığı
hər bir addıma xalqın dəstəyi ölkəmizdə
vətəndaş cəmiyyəti
quruculuğuna müsbət
təsiri oldu. Ulu öndər vətəndaş
cəmiyyəti institutlarının
formalaşması üçün
sağlam bünövrə
yaratmışdı, bu
bünövrə üzərində
sistemli inkişafı
isə milli siyasət strategiyasının
davamçısı İlham
Əliyev təmin etdi.
Ölkəmizdə dövlət quruculuğu işinə ardıcıllıqla
diqqət yetirsək, dövlətimizin vətəndaş
cəmiyyətinin sistemli
şəkildə və
birbaşa dövlətin
dəstəyi ilə formalaşdırılması mərhələsinin
məhz son 10 ildə daha böyük inkişaf yolu qət etdiyini söyləyə bilərik.
Prezident
cənab İlham Əliyev vətəndaşlarla
görüşlərinin birində
bunları söyləmişdi:
"Bizim siyasətimizin
mərkəzində Azərbaycan
vətəndaşı, onun
maraqları, təhlükəsizliyi,
rifahı və sağlamlığı dayanır".
Göründüyü kimi, Prezident bu sözlərlə dövlətin əsas vəzifəsini ifadə etmiş və bunu birbaşa vətəndaş cəmiyyətinin
inkişafı ilə
bağlamışdı.
Ölkəmizə 10 ildir ki uğurla rəhbərlik edən, həm xarici, həm də daxili siyasətdə dövlət
və millət adına böyük
uğurlara imza atan İ.Əliyev bütün sahələrdə
olduğu kimi xüsusi olaraq vətəndaş cəmiyyətinin
dövlət daxilində
bir institut kimi formalaşması üçün də çox mühüm qərarlar qəbul edib.
Qeyri-hökumət təşkilatları ilə
yanaşı, müstəqil
mətbuatın, siyasi
partiyaların da dövlət tərəfindən
dəstəklənməsi bu
sırada dayanan önəmli faktorlardandır. Bu təcrübəyə bir
çox demokratik ölkələrdə belə
təsadüf edilmir.
Lakin inkişaf edən milli dövlətçiliyimizin
ehtiyacından irəli
gələn məsələlərin
həlli üçün
dövlətin dəstəyi
Prezident tərəfindən
vacib hesab olunur. Bunun müsbət nəticələri
göz qabağındadır.
İ.Əliyev Azərbaycanda güclü
vətəndaş cəmiyyətinin
formalaşmasına dəstək
vermək üçün
ilk dəfə yerli qeyri-hökumət təşkilatlarına
dövlət büdcəsindən
qrantlar verilməsinin əsasını qoydu. Əgər desək
ki, bu addım
ölkəmizdə vətəndaş
cəmiyyəti institutlarının
inkişafında dönüş
mərhələsi oldu
heç də yanılmarıq. 27 iyul 2007-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə
"Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Konsepsiyası" təsdiqləndi
ki, məhz bu konsepsiya ölkədə
QHT sektorunun inkişafının
yeni mərhələsinin
başlanması üçün
baza prinsiplərini müəyyənləşdirdi. Konsepsiya ilə bağlı ictimai sektorda gedən geniş müzakirələrdən
sonra Prezidentin 2007-ci il tarixli
Fərmanı ilə Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurası müstəqil
bir qurum olaraq yaradıldı. Bu isə vətəndaş
cəmiyyəti institutlarının
daha sürətlə
inkişafı üçün
böyük əhəmiyyət
kəsb edən addım oldu.
Azərbaycan cəmiyyətdə yeni
münasibətlər modelinin
formalaşdırılması, vətəndaş cəmiyyəti
institutlarının müasirləşdirilməsi,
milli maraqların qorunması sahəsində
QHT-lərin fəaliyyətinin
artırılması, onların
sosial problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün
əhəmiyyət kəsb
edən proqram və layihələrin maliyyələşdirilməsi kimi
məsələlər əsas
məqsədlər olaraq
seçildi.
Hər il dövlət
büdcəsindən vətəndaş
cəmiyyəti institutlarının
layihələrinin reallaşdırılması
üçün böyük
məbləğdə pul
vəsaitləri ayrıldı.
Əgər bu miqdar
2009-cu ildə 2 milyon manat idisə 2013-cü ildə 5 milyon manat təşkil etdi.
Bu vəsaitlər hesabına
hər il
onlarla yerli QHT həm öz təşəbbüslərini həyata
keçirmək imkanı
qazandı, həm müxtəlif problemlərin
həlli, beynəlxalq
aləmdə təbliğatın
aparılması üçün
zəmin yaradıldı,
həm də minlərlə vətəndaşımız
işlə təmin edildi.
Son 10 ildə Prezident
İlham Əliyev yerli vətəndaş cəmiyyəti institutlarına
dövlət dəstəyini
formalaşdırmaqla kifayətlənməyib
ilk dəfə Azərbaycanı
xarici QHT-lər üçün donor ölkəyə
çevirdi. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurası
dövlət büdcəsindən
ayrılmış vəsaitlər
hesabına xarici ölkə QHT-ləri üçün maliyyə
yardımı müsabiqəsi
elan etdi. Həmçinin ölkəmizdə
gənclər təşkilatlarının
inkişafını stimullaşdırmaq
məqsədi ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər
Fondu da yerli QHT-lərlə yanaşı, xarici QHT-lər, hətta fərdi şəxslər
üçün də
müsabiqələr elan
etdi.
Ölkəmizdə vətəndaş cəmiyyəti
quruculuğundan ən
önəmli iki faktor isə siyasi partiyaların maliyyələşdirilməsi və
müstəqil mətbuata
dövlət dəstəyi
oldu.
Prezident Azərbaycanda hərtərəfli
inkişafın təminatçısının
dövlət olduğunu
atdığı addımlarla
dünyaya bəyan etdi, bununla da
Azərbaycanla bağlı
qərəzli hesabatlar
açıqlayan bir çox beynəlxalq təşkilatların sözü
bitmiş oldu.
Azərbaycan Respublikasının Prezidenti
yanında KİV-ə Dəstək
Fondu vasitəsilə ölkəmizdə mövqeyindən
və statusundan asılı olmayaraq onlarla mətbuat orqanlarına maddi vəsaitlər ayrıldı,
bir çox qəzet və jurnalların dövlət
müəssisələrinə olan borcları bağışlanıldı. Bu addımların hər biri ölkəmizdə vətəndaş cəmiyyətinin
daha sürətli şəkildə formalaşmasına
səbəb oldu.
Bu 10 ildə bitib-tükənməyən islahatların davamı olaraq isə Prezident hər bir demokratik, plüralistik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da siyasi partiyaların rolunun möhkəmləndirilməsinə yönələn çox mühüm addımlar atdı. Güclü dövlət quruculuğunun istiqamətlərindən biri kimi bu institutların inkişafına dəstək verdi. Azərbaycan siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə dair inkişaf etmiş Avropa ölkələrinin təcrübəsini öyrəndi, bu sahədə ATƏT və digər beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edildi.
Bütün bunlarla yanaşı Azərbaycanda ilk dəfə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi üçün qanunvericilik islahatları həyata keçirildi. "Siyasi partiyalar haqqında" qanuna edilmiş düzəlişlər nəticəsində 2013-cü ildən etibarən ölkədə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi həyata keçirilməyə başladı.
Heç şübhə yox ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin yaradılması Azərbaycanda siyasi partiyaların fəaliyyətini stimullaşdırmaqla ölkənin siyasi sisteminin inkişafına, demokratik vətəndaş cəmiyyəti quruculuğuna böyük dəstək olacaq.
Göründüyü kimi ölkəmizə 10 il ərzində yorulmadan xidmət edən, xalqın ona olan inam və etimadını layiqincə doğruldan İ.Əliyev ölkəmizin dünyanın ən sivil dövlətlərindən birinə çevrilməsi və dünya dövlətləri arasında rəğbətlə qəbul edilməsi üçün vətəndaş cəmiyyətinin inkişafına hədsiz dərəcədə böyük təkan verib. Sevindirici haldır ki, bu sahədə həyata keçirilən tədbirlər getdikcə daha da təkmilləşdirilir.
AQİL
525-ci qəzet.- 2014.- 16 yanvar.- S.6.