Adil Qaçayoğlunun arzusu

 

 

14 yanvar tarixi çoxlarına bir şey deməyə bilər. Mənim ömrümə isə həmin gün qızıl hərflə yazılıb. 1998-ci il yanvarın 14-də bu günə qədər çalışdığım “525-ci qəzet”də (bütövlükdə mətbuatda) ilk yazım (xəbərim) dərc olundu. Yazının səbəbkarı Azərbaycanın istedadlı jurnalisti, televiziyada yeri görünən, o vaxtlar “525”in idman şöbəsinin müdiri işləyən Altay Əliyev, ilk oxucusu isə Azərbaycan jurnalistikasının əjdahalarından biri - Yusif Rzayev oldu. Yusif müəllimin ikiqat redaktəsindən, daha doğrusu, xəbəri təzədən yazmasından sonra... jurnalistikaya rəsmən qədəm qoydum.

Mətbuatda qalmağımda rolu, çiynimdə haqqı olan bu şəxslərə, eləcə Rəşad Məcidə (mənə həyatda ən böyük dəstəyi verən insana), Yaşar Əliyevə, Qalib Toğrula, Seyfəddin Hüseynliyə bu gün təşəkkürümü bildirirəm, dünyasını dəyişmiş müəllimim, Azərbaycan idman jurnalistikasının əfsanəsi Adil Qaçayoğlunun xatirəsini minnətdarlıqla anıram gəlirəm o günlərə ki, Adil müəllim bir yazımı oxuyub, mənə çox ciddi, həm haqlı irad tutmuşdu: “məzələnməksözü nədir, başlığa çıxarmısan?” Sonra ürəyimi qırmamaq üçün mehribanlıqla, kübarcasına əlavə eləmişdi: “Qəzet, jurnalistika ara sözlərin, küçə sözlərinin yığını deyil, belə sözlərə qəzetdə yer olmamalıdır”.

...Ruhun şad olsun, Adil müəllim, görəsən, Azərbaycan idman jurnalistikasının bugünkü iyrənc, eybəcər durumunu görsəydin, nələr deyərdin?

 

 

 

***

19, ya 20 yaşım vardı, təcrübəsiz idim, qəzetçilik, jurnalistika deməkdir, bilmirdim. Tez-tez müzakirə açırdıq, hər söhbətindən xeyli şey götürürdüm. Bir dəfə dedi ki, kimsə kiminsə haqqındaşərəfsiz”, “ləyaqətsizkimi sözlər işlətsə belə, sən bunları yazma. Yüngülvarı etiraz edib dedim, axı bu, sensasiya yarada bilər. Cavabı qısa tutarlı oldu: sensasiya axtaran Maradonadan müsahibə götürər, qeyri-adi nəsə tapar, insanları təhqir eləmək sensasiya deyil, ədəbsizlikdir.

...Çərxi-fələyin üzü döndü, Adil müəllim, sizin kimi böyüklər, ustadlar aramızdan getdikcə idman jurnalistikamızı bit-birə basdı, onların dilindəşərəfsizən şərəfli sözə çevrildi.

 

***

Qalatasaray”ın az qala fanatı idi. Gərək ki, hansısa bir türk futbolçusundan söhbət düşmüşdü. Yanıb-yaxıldı ki, bizdə - Azərbaycanda jurnalistlə bu səviyyədə söhbət eləyə biləsi futbolçu yoxdur. Elədir, böyük ustad, yoxdur, heç yaranmır da. Amma axı indiki idman jurnalistikamızda futbolçuyla ədəb-ərkan çərçivəsində, normal söhbət apara bilməyən gənclər az deyil. Bəs onda niyə, məsələn, o savadsız futbolçumuzla o “ağıllı jurnalistarasında hətta qəzet səhifəsinə çıxan belə dialoq yaşansın:

- Eşitdiyimə görə, səninakazatediblər?

 

- Bu sualdır verirsən, sən jurnalistsən, yoxsatüremşik?”

Dünyadan bixəbər futbolçunun müəllimlik iddiasına düşənjurnalistəağıl verdiyi zamanda yaşayırıq biz.

 

***

 

Kaş babat pulum olaydı. Bir idman qəzeti açardım, yığardım bütün istedadlı gəncləri o qəzetə. Gənclərlə işləmək mənə ləzzət verir”. Tez-tez deyərdi bu sözləri.

- Qəzetin adını nə qoyardınız, Adil müəllim?

- “Qol” yaxşı addır.

Sonra daha bu haqda söhbət eləmədik, eləyə bilmədik. Yatağa düşdü, çarəsiz xəstəlik 2008-ci ilin 4 mayında 53 yaşlı böyük ustadı əlimizdən aldı.

Elə həmin ilin sentyabrında Mirhaciblə yenicə yaratmağa başladığımız saytın planlarını cızırdıq:

- Aydın, hər şey hazırdır, qalıb ad məsələsi. ad qoyaq sayta?

- Qol.az

Adil müəllimin dünyasını dəyişdiyi elə həmin 2008-ci ilin 17 noyabrında Qol.az saytı fəaliyyətə başladı.

Qol.az təkcə Mirhacibin, Aydının yaratdığı bir futbol saytı deyil, həm böyük ustadın idman jurnalistikamıza yadigarıdır.

Ruhun qarşısında baş əyirəm, Adil müəllim!

 

Aydın Bağırov

525-ci qəzet.- 2014.- 16 yanvar.-S.2.