Niyazinin mənzil- muzeyində dirijor Fəxrəddin Kərimovla görüş keçirilib

 

 

Niyazinin mənzil- muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin dirijoru, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının dosenti Fəxrəddin Kərimov ilə görüş olub.

Muzeydən veriln məlumata görə, tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova klassik musiqi həvəskarları klubunun altı ildir fəaliyyət göstərdiyini vurğulayaraq burada tanınmış insanların yubileylərinin, yaradıcılıq gecələrinin və onlarla görüşlərin keçirildiyini söyləyib.

Muzeyin şöbə müdiri Xanım Abdinova və digər çıxış edənlər dirijorun həyat və yaradıcılıq yolu haqqında məlumat veriblər: "Fəxrəddin Kərimov Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra 1973-1978-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında skripka sinfi üzrə təhsil alıb. 1982-1988-ci illərdə H.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının opera-simfonik dirijorluğu şöbəsində Rusiyanın xalq artistləri V.Gergiyevprofessor İ.Musinin sinfində oxuyub. 1989-1991-ci illərdə M.S.Kirov adına Leninqrad OperaBalet Teatrında təcrübəçi-dirijor olub. O, 1991-2001-ci illərdə Memar Sinan adına İstanbul Universiteti nəzdindəki Dövlət Konservatoriyasının simfonik orkestrinə dirijorluq edib. 2000-ci ildə İzmir Dövlət OperaBalet Teatrı tərəfindən Prokofyevin "RomeoCulyetta" baletinə musiqi rəhbəri qismində dəvət alan Fəxrəddin Kərimov 2001-2004-cü illərdə bu teatrda baş dirijor vəzifəsində çalışıb. Dirijor Almaniya, Polşa, Rumıniya, Rusiya, Belarus, Türkiyənin bir çox şəhərlərində qastrol səfərlərində olub. "Belıye noçi" (1996-cı il, Sankt-Peterburq), I Beynəlxalq türk musiqisi festivalı (1999-cu il), K.Silvestri adına Beynəlxalq festival (2000-ci il, Rumıniya), "ArxipovaV.Pyavko dəvət edirlər..."(2004-cü il, Yakutsk) və digər festivallarda iştirak edib.

Fəxrəddin Kərimov 2004-cü ildən Azərbaycan Dövlət simfonik orkestrinin dirijoru, Bakı Musiqi Akademiyasının vokalopera hazırlığı kafedrasının dosentidir".

Görüşdə Fəxrəddin Kərimov musiqisevərləri maraqlandıran sualları cavablandırıb, yaradıcılıq planlarından danışıb.

Tədbirdə F.Kərimovun dirijorluq etdiyi əsərlərdən videofraqmentlər təqdim edilib, dirijorun həyat yoldaşı, pianoçu Yuliya Kərimovanın ifasında musiqi parçaları səsləndirilib. Həmçinin muzeyin foyesində Fəxrəddin Kərimovun yaradıcılıq yolunu əks etdirən fotosərgi nümayiş olunub.

 

S.ABDULLAYEVA

 525-ci qəzet.- 2014.- 17 yanvar.- S.7.