Vətən, daha yas saxlama!
(20 Yanvar
ŞƏHİDLƏRİNİN dilindən)
Azərbaycan, dərdin böyük yaran çox dərin,
Müsibəti gözü ilə görüb Tanrı da.
Səndən torpaq payı uman o xainlərin
Bir gün toza çevriləcək ağaları da.
Səndən ötrü süngülərə
sinə gərmişik-
Vətən, daha yas saxlama,
biz
ölməmişik!
Sıramızda təzə gəlin,
məktəbli qız
var,
Sıramızda – ata, oğul, ağbirçək nənə.
Hər qırmızı qərənfildə
al qanımız var,
Al qanımız hopub
sübhün şəfəqlərinə.
Üstümüzdən tank keçsə
də, əzilməmişik
–
Vətən, daha yas saxlama,
biz ölməmişik!
Neçə küçə, neçə
bina qopardı fəryad,
Bakımızın harayına hay verdi Xəzər.
Azər,
İlqar, Yusif, İlham, Yeganə, Fərhad...
İnsan idik, dönüb olduq abidə, əsər.
Hər bayatı – həzin layla, hər məzar – beşik,
Vətən, daha yas saxlama,
biz ölməmişik!
Fəlakətdən min ay, min il ötəcək, fəqət.
Yaddaşlarda, ürəklərdə yaşayacağıq.
Çilənir nur, ələnir gül, söylənir “Rəhmət”.
Yağı yana-yana qalsın, bilsin ki, sağıq.
Biz silahsız vuruşaraq qalib gəlmişik –
Vətən, daha yas saxlama,
biz ölməmişik!
Oqtay Rza,
Əməkdar müəllim
525-ci qəzet.-
2014.- 18 yanvar.- S.21.