Ədəbiyyat İnstitutunda türkiyəli və macarıstanlı türkoloqlarla görüş olub

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Macarıstan Elmlər Akademiyası (EA) Türkoloji Araşdırmalar İnstitutunun direkoru, akademik Georq Xazai Türkiyə Qafqaz Universitetlər Birliyinin sədri, professor Ramazan Qorxmazla görüş keçirilib.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli akademiyanın humanitar elmlər sahəsində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrində görülən işlərdən danışaraq elmə ölkə rəhbərliyi tərəfindən göstərilən qayğını xüsusi vurğulayıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, son illər Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunub, bu irəliləyiş elm sahəsində nəzərəçarpacaq dirçəlişə gətirib çıxarıb. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü daxili xarici siyasətinin göstəricisidir ki, Azərbaycan elmi dünyaya inteqrasiya olunur, qarşılıqlı beynəlxalq münasibətlər nəticəsində elm inkişaf edir. Akademiya rəhbərliyinin prioritet vəzifələr sırasında beynəlxalq elmi əlaqələrə böyük önəm verdiyini nəzərə çatdıran akademik rəhbərlik etdiyi qurumda uzun illər yaranmış boşluğun aradan qaldırılmasına xüsusi diqqət yetirildiyini bildirib.

Akademik İsa Həbibbəyli Nizami adına Ədəbiyyat İnstitutunun tarixi, inkişaf yolu, başlıca elmi istiqamətləri barədə qonaqlara məlumat verib, qarşılıqlı maraq doğuran fəaliyyət istiqamətlərindən danışıb, bu əlaqələrin ədəbiyyat elmi sahəsində ölkələrimiz arasındakı əməkdaşlıqda səmərə verəcəyini vurğulamış, böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. O, Naxçıvan Muxtar Respublikasında keçirilmiş Türk dünyası gənclər qurultayından sonra görülən işlərdən, Türkiyə Macarıstanda elmi sferadakı görüşlərindən danışaraq ölkələrimiz arasında elmi əməkdaşlığın bundan sonra davam etdirilməsinin vacibliyini bildirib, böyük Azərbaycan mütəfəkkirlərinin, o cümlədən Cəlil Məmmədquluzadənin əsərlərinin macar dilinə tərcüməsi digər məsələlərdən ətraflı söz açıb.

Macarıstan EA Türkoloji Araşdırmalar İnstitutunun direktoru, akademik Georq Xazai Türkiyə Qafqaz Universitetlər Birliyinin sədri, professor Ramazan Qorxmaz Türkiyə, eləcə Macarıstanla qurulmuş elmi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışaraq yeni istiqamətlərdə fəaliyyət sahələrinin qurulmasının vacib olduğunu diqqətə çatdırıblar.

Görüşün sonunda AMEA Nizami adına Ədəbiyyat İnstitutu Türkiyə Qafqaz Universitetlər Birliyi arasında anlaşma memorandumu imzalanıb. Əməkdaşlıq sazişini akademik İsa Həbibbəyli professor Ramazan Qorxmaz imzalayıblar. Qeyd edək ki, bu sənəd son üç ay ərzində Ədəbiyyat İnstitutunun bağladığı sayca dördüncü beynəlxalq müqavilədir.

İmzalanma mərasimində xarici qonaqlarla yanaşı Ədəbiyyat İnstitutunun rəhbər heyəti iştirak edib.

Bir məlumatı da qeyd edim ki, Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat məcmuəsi"nin xüsusi buraxılışı A3 formatında işıq üzü görüb. Ədəbiyyat İnstitutunun 80 illik yubileyi münasibətilə 1000 nüsxədə 20 səhifə həcmində nəfis tərtibatla hazırlanmış məcmuə "Azərbaycan" nəşriyyatında çap olunub.

Birinci səhifədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ziyalılarla birgə şəkli "Kitabi-Dədə Qorqud" dastanı haqqında fikri verilib. İkinci səhifədə "AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinin keçirilməsi haqqında" AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli qərarı yer alıb.

Xüsusi buraxılışın baş məqaləsi "Nizami adına Ədəbiyyat İnstitutu davamlı ənənələr müasirləşmə yollarında" adlanır. Müəlliflər akademik İsa Həbibbəyli filologiya üzrə elmlər doktoru Asif Rüstəmli institutun 80 illik tarixi inkişaf yolundan ətraflı söhbət açırlar. Burada tarixi məxəzlərə istinad edilərək elmi-tədqiqat müəssisəsinin yaranması, tarixi mərhələləri, müxtəlif dövrlərdə instituta rəhbərlik etmiş şəxslər, Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm xidmətləri olmuş görkəmli alimlər, elmi qurumun fəaliyyət istiqamətləri, strukturu, yeni yaradılan şöbə, sektor qruplar, elmi nəşrlər s. barədə müfəssəl məlumat verilir, müstəqillik dövrünün meydana çıxardığı zəruri istiqamətlərin konturları cızılır.

Baş redaktor, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin ingilis rus dillərində verilmiş "Nizami adına Ədəbiyyat İnstitutu" məqaləsi institutun tarixi dövrləri, həmçinin yeni qurulan beynəlxalq əlaqələri sadalanaraq başdan-başa faktlar şəkillərlə əhatə olunur ki, burada da xaricidilli oxucuların marağı nəzərə alınıb.

"Ədəbiyyat məcmuəsi"nin xüsusi buraxılışı yubiley ərəfəsində keçirilmiş tədbirləri əhatə edən rəngli şəkillərlə tamamlanır.

 

Ağahüseyn ŞÜKÜROV,

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri

525-ci qəzet.- 2014.- 23 yanvar.- S.7.