Mübarək

 

AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədova

 

Altı onilliyi vurdunuz başa,

Tarixdir ömrünüz, Yusif müəllim!

Bahar təravəti gətirib qışa

Yubiley gününüz, Yusif müəllim!

 

Çətin ay, xoş məqam hey düşür yada -

Olur silinməyən iz, professor!

Müxbir üzvlükdən əvvəlki ada

Çoxdan layiqsiniz, siz, professor!

 

Riyazi fizika - sanki lirika,

Ürfansevərləri duyğulandırır;

Gör neçə istedad, təfəkkür, zəka

Ondan köz götürüb - çıraq yandırır.

 

İstanbul, Moskva, Afina, Zəncan,

Şiraz qarşılayıb dost alim kimi...

Ey gözəl ziyalı, xeyirxah insan,

Tanınmış "Əməkdar elm xadimi"!

 

Xalqın dahisi , xalqın mərdi ,

Bir olsa - əbədi zəfər çalarıq;

Nəinki Şuşanı, Dəstəgirdi

Geriyə qaytarıb, qisas alarıq!

 

Müəllim-tələbə heyəti daim

Möhkəm alqışlayır öz rektorunu;

Kəskin sözünüzü mən eşitdim:

"Gərək xəbisliyin ovulsun burnu!"

 

Altı onilliyi vurdunuz başa,

Tarixdir ömrünüz, Yusif müəllim!

Bahar təravəti gətirib qışa

Yubiley gününüz, Yusif müəllim!

 

Oqtay Rza

525-ci qəzet.- 2014.- 24 yanvar.- S.8.