Heydər Əliyev siyasətinin iki mühüm istiqaməti: vətəndaş cəmiyyətinin inkişafı və hüquqi dövlət quruculuğu

 

 

"Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə". Ulu öndər Heydər Əliyevin bu kəlamının arxasında böyük məna dayanır. Məhz bu prinsipi əsas götürdüyü üçün Azərbaycanda müasir demokratik, hüquqi dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu - Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələrindən idi. Məhz bu prinsiplər üzərində qurulan Azərbaycan dövləti yüksək sürətlə inkişaf edərək beynəlxalq arenada özünəməxsus yer tutub.

Müasir dövrdə hüquqi dövlət vətəndaş cəmiyyəti maraqlarının qarşılıqlı münasibətləri, xüsusən vətəndaş cəmiyyətinin mənəvi-əxlaqi dəyərlərinin formalaşması ən aktual, mühüm məsələlərdən biridir.

Cəmiyyətin siyasi sistemində mühüm yer tutan onun inkişafının əsas müəyyənedicisi olan dövlətin xüsusiyyətlərindən biri müxtəlif fərdi kollektiv maraqların uzlaşmasını təmin etməkdir. Müxtəlif növ dövlətlər arasında mühüm yer tutan hüquqi, demokratik dövlət cəmiyyətdə mövcud olan, onun sosial strukturunu təşkil edən müxtəlif qruplar, təbəqələr arasındakı cəmiyyət-şəxsiyyət münasibətlərini tənzimləyir. Vətəndaş cəmiyyəti dövlətdən əvvəl formalaşıb. Demokratiya şəraitində vətəndaş cəmiyyətinin maraqları hüquqi dövlət maraqları ilə sıx bağlı olur. Vətəndaş cəmiyyətinin müəyyən mənada sosial, iqtisadi, siyasi, mənəvi maraqların birləşməsi, eyni zamanda, xüsusi ümuminin ahəngdarlığı əsas yer tutur. Bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da cəmiyyətin keyfiyyətcə yeniləşməsi, vətəndaş cəmiyyətinin, hüquqi dövlət dəyərlərinin formalaşması, "insan dövlət üçün" prinsipinin "dövlət insan üçün" prinsiplə əvəz olunması həyati zərurətə çevirdi. Azad bərabərhüquqlu maraqları uyğun gələn adamların cəmiyyəti kimi nəzərdə tutulan vətəndaş cəmiyyəti hüquqi dövlətin sosial-mənəvi əsasını təşkil edir. Vətəndaş cəmiyyətinin formalaşması ilə həm fərdin, həm kollektivin, həm hakimiyyətin sivilizasiyalaşması prosesi həyata keçir. Vətəndaş cəmiyyəti hüquqi dövlət maraqları bir-birindən asılı olmayan, lakin bir-biri ilə əlaqədar olan insanların maraqları vəhdət təşkil edir. Vətəndaş cəmiyyəti dövlətin məsuliyyətini demokratikləşdirir. Hüquqi dövlətin mövcudluğu vətəndaş cəmiyyətinin formalaşması ilə sıx bağlı olur. Elə buna görədir ki, vətəndaş cəmiyyəti olmadan hüquqi dövlət mövcud ola bilməz. Çünki hüquqi dövlət vətəndaş cəmiyyətinin maraqlarını əks etdirir. Vətəndaş cəmiyyətinin əsasını sivilizasiyalı, özfəaliyyətdə olan tamhüquqlu fərd təşkil edir. Vətəndaş cəmiyyətindən insanların müstəqil assosiasiyaları - dini, siyasi korporasiyalar, həmkarlar ittifaqları onların qrup fərdi maraqlarını hüquqlarını ifadə müdafiə edir, dövlətlə xüsusi münasibətdə olur. Vətəndaş cəmiyyəti qədər güclü inkişaf etsə, demokratik rejimlər üçün bir o qədər möhkəm əsaslar yaranır. Vətəndaş cəmiyyətinin zəif olduğu regionlarda avtoritar totalitar rejimlərin yaranması ehtimalı güclü olur. Müasir dünyada dövlətlərin əksəriyyəti çoxmillətlidir. Bununla əlaqədar olaraq, dövlətlərdə məskunlaşmış millət xalqların maraqları, dövlətin formalaşdığı həyata keçirdiyi maraqların qarşılıqlı münasibətləri haqqında məsələ xüsusi diqqət tələb edir. Dövlət quruculuğu sahəsində maraqların düzgün anlaşılmaması millətçiliyin artmasına, o da öz növbəsində ənənəvi iqtisadi əlaqələrin qırılmasına bu sahədə ümumi maraqların qəbul edilməməsinə şərait yaradar.

Azərbaycanda müasir hüquqi, milli-dövlət quruculuğu siyasətində "xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır" prinsipi həyata keçirilir.

Sözün həqiqi mənasında ölkəmizdə vətəndaş cəmiyyətinin durumu dünyanın aparıcı dövlətlərinin vətəndaş cəmiyyətləri ilə müqayisə oluna biləcək səviyyədədir. Təbii ki, bu uğur təkcə ölkə daxilində  söylənmir. Bir sıra beynəlxalq təşkilatlar, həmçinin Azərbaycana gələn xarici QHT nümayəndələri bu fərqi görür və dilə gətirirlər. 1990-cı illərlə müqayisədə isə hazırkı vəziyyət bəlkə də zamanında əlçatan görünmürdü. Amma bu, baş verdi, nəticədə Azərbaycanda vətəndaş cəmiyyəti və bu cəmiyyətin subyektləri olan QHT sektoru özünün yüksək inkişaf dövrünü yaşayır. Hazırda Azərbaycanın QHT sektorunun keçdiyi inkişaf yoluna nəzər saldıqda, göz önünə ilk olaraq 90-cı illərin ölkəyə gətirdiyi çətinliklər gəlir. Çünki müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda nəinki QHT sektorundan, yaxud hüququn yüksək pilləsinə ucalmış vətəndaş cəmiyyətindən danışmaq mümkün idi, ümumiyyətlə, ölkənin varlığının qorunması sual altında idi. Məhz belə bir məqamda 1993-cü il yetişdi və Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldi. Heydər Əliyev dövlətin möhkəmləndirilməsi ilə yanaşı güclü vətəndaş cəmiyyətinin formalaşmasını da həyata keçirirdi. Təbii ki, bu qısa zaman kəsimində reallaşa bilməzdi. Bunun üçün beynəlxalq təcrübənin öyrənilməsi, QHT sektorunun cəmiyyətə daşınması və bir sıra mühüm mərhələlər keçilməli idi. Amma Heydər Əliyevin bu sektorun inkişafı üçün atdığı addımlar tezliklə öz nəticələrini göstərməyə başladı. O, postsovet ölkələri içində ilk dəfə olaraq bu sektorla bağlı bir çox tarixi addımlar atdı. Heydər Əliyevə müasir Azərbaycan dövlətçiliyinin banisi deməklə yanaşı, ona Azərbaycanda vətəndaş cəmiyyətinin qurucusu adı vermək olar. Çünki çətin məqamlarda, vətəndaş cəmiyyətinin hələ təşəkkül tapmadığı bir dövrdə məhz ulu öndər Heydər Əliyev bu istiqamətdə çox ciddi işlər gördü. Azərbaycan yeni müstəqillik əldə etdiyi bir dövrdə beynəlxalq təcrübəyə, beynəlxalq qurumların bu işə töhfə verməsinə böyük ehtiyac var idi.

Təsadüfi deyil ki, Heydər Əliyev postsovet ölkələri içində ilk dəfə çox tarixi bir qərar qəbul edərək, BMT-ni Azərbaycana dəvət etdi. 1997-ci ildə BMT ilə Azərbaycan hökuməti arasında vətəndaş cəmiyyətinin gücləndirilməsi haqqında beynəlxalq saziş imzalandı. Heydər Əliyev o dövrdə hələ yeni addımlar atan, rüşeymləri yeni hiss olunan, yenicə formalaşmağa başlayan vətəndaş cəmiyyətinə BMT kimi böyük bir qurumu partnyor etdi. Həmin dövrdən ölkədə vətəndaş cəmiyyətinin inkişafının yeni bir mərhələsi başlandı. BMT ilə Azərbaycanın tərəfdaşlığı səviyyəsində QHT-lərin səfərləri təşkil edildi, xüsusilə paytaxtdan regionlara doğru yayılmağa başladı. Bununla da vətəndaş cəmiyyətinin formalaşması və gücləndirilməsi regionlarda da aparılmağa başlandı.

Məqsədyönlü və ardıcıl şəkildə görülən işlərin nəticəsində Azərbaycanda QHT-lərin inkişafı ilə bağlı bütün hüquqisivil cəmiyyətin qurulması çox ətraflı, çox geniş və qabaqcıl Avropa dəyərləri ilə tam üst-üstə düşdü.

 

Aqil

(Ardı var)

 525-ci qəzet.- 2014.- 24 yanvar.- S.6.