Heydər Əliyev siyasətinin iki mühüm istiqaməti:
vətəndaş cəmiyyətinin inkişafı və hüquqi dövlət quruculuğu
“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə”. Ulu öndər Heydər
Əliyevin bu kəlamının arxasında
böyük məna dayanır. Bu prinsipi əsas götürdüyü üçün
Azərbaycanda müasir
demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu,
vətəndaş cəmiyyətinin
təşəkkülü, milli-mənəvi dəyərlərə
qayıdış və
elmin, təhsilin, mədəniyyətin inkişafı
Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu – Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin
bölünmə prinsipinin
təsbit olunması, hüquq normalarının
və qanunvericilik bazasının beynəlxalq
standartlara uyğunlaşdırılması,
müasir idarəetmə
üsullarının bərqərar
olması və müvafiq dövlət qurumlarının formalaşdırılması
Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı
quruculuq proqramının
tərkib hissələrindən
idi. Məhz bu prinsiplər
üzərində qurulan
Azərbaycan dövləti
yüksək sürətlə
inkişaf edərək
beynəlxalq arenada özünəməxsus yer
tutub.
(Əvvəli ötən sayımızda)
Müstəqilliyin ilk illərində QHT-lərlə
dövlət qurumları
arasında əlaqələrin
qurulmasında çətinliklər
var idi. Dövlət qurumları tərəfindən
vətəndaş cəmiyyətinə
qeyri-normal münasibətlər
bəslənilirdi. Bunun nəticəsi
idi ki, 1999-cu ildə QHT Forumu yarananda qurumun tədbirlərinə hansısa
dövlət məmurunu
dəvət etmək çox çətin olurdu. QHT Forumunun
əksər təklifi
dövlət strukturları
tərəfindən dəstəklənmirdi.
Bütün bunlarla yanaşı
QHT-lərin regionlarda fəaliyyətinə heç
bir şərait yaradılmır, əksinə
onların fəaliyyətinə
süni əngəllər
yaradılırdı. Hətta o zaman bəzi məmurlar, rəsmi şəxslər üçüncü
sektor təmsilçilərini
hökumət, dövlət
əleyhinə olan, antimilli qüvvələr
kimi qəbul etməkdən belə çəkinmirdilər. Heç şübhə
yox ki, bu
məqamlar QHT-lərin
fəaliyyətində böyük
problemlər yaradırdı.
Məhz bunları görən ulu öndər Heydər Əliyev 1999-cu ildə ATƏT-in İstanbul
sammitində dövlət
başçılarının qatıldığı görüşə
QHT nümayəndələrini də dəvət etdi. Prezident Aparatında İstanbul
sammitinin yekunlarına
həsr olunmuş toplantıya da həmin QHT sektorunun nümayəndələri iştirak
etdilər. Daha sonra
bu ənənə davamlı olaraq davam etdirildi və QHT-lər mütəmadi olaraq dövlət və beynəlxalq səviyyəli
tədbirlərə qatıldılar.
Bu o demək idi
ki, həmin dövrdə QHT sektoru bilavasitə Heydər Əliyevin dəstəyini
almış oldu.
Heydər Əliyev açıq
şəkildə QHT-lərə
dəstək verdiyini,
bu institutlara böyük ehtiyac olduğunu, dövlət strukturlarının QHT-lərə
dəstək verməyinin
vacibliyini vurğulayırdı.
Məhz bu yanaşmadan sonra vətəndaş cəmiyyəti institutları
üçün yaşıl
işıq yandırıldı
və QHT-lər hökumət qurumları ilə çox yaxından əməkdaşlıq
etməyə başladılar.
Heydər Əliyevin bu sahəyə verdiyi dəstəyin nəticəsi
olaraq, birbaşa onun təşəbbüsü
ilə “Qrant haqqında” qanun qəbul edildi. 2000-ci ildə “QHT-lər, ictimai birliklər və fondlar haqqında”, 2003-cü ildə
isə “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” qanunların qəbulu QHT sektorunun inkişafına təkan verən addımlardan oldu.
Əlbəttə ki, ulu öndər
Heydər Əliyevin vətəndaş cəmiyyətinin
inkişafı üçün
həyata keçirdiklərini
saymaqla bitməz. Amma vətəndaş
cəmiyyətini institutlarının
hüquqi bazasının
yaradılmasında, maddi
və texniki bazasının formalaşmasında,
bilik və bacarıqlarının artırılmasında
Ulu öndər Heydər Əliyevin xidmətləri olduqca böyükdür. Əslində bütün bunları o yaradaraq indiki QHT-lərə miras qoydu. Sözün həqiqi mənasında
bu gün Azərbaycanda formalaşan
vətəndaş cəmiyyəti,
QHT sektoru ulu öndər Heydər Əliyevin mənəvi mirasıdır. Bu, ulu öndərin daha bir tarixi
xidməti idi. Əslində Heydər Əliyev
1995-ci ildə Konstitusiyanın
qəbulu ilə vətəndaş cəmiyyətinin
formalaşması istiqamətində
ilkin addım atıdı.
Məhz həmin dövrdən başlayaraq ölkədə
sabitliyin bərqərar
olması, hüquqi dövlətin qurulması
istiqamətində görülən
işlər vətəndaş
cəmiyyətinin formalaşması
üçün münbit
şərait yaratmışdı.
Dövlət tərəfindən dəstəyin
verilməsi, beynəlxalq
əlaqələrin qurulması, BMT-yə, Avropa Şurasına, həmçinin
digər beynəlxalq təşkilatlara üzv olmaq, ümumiyyətlə,
beynəlxalq aləmə
inteqrasiya kompleks şəkildə bugünkü
nəticələrə gətirib
çıxardı.
Onun ən böyük xidmətlərindən
biri isə əsasını qoyduğu
dövlət ənənələrinin
bu gün də uğurla davam etdirilməsidir.
Təbii ki, son 10 ildə dövlət başçısı
İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini böyük müvəffəqiyyətlə həyata keçirir. Azərbaycan
BMT-nin Təhlükəsizlik
Şurasına üzv
seçilib, öz milli peykini orbitə
çıxardıb. Belə bir
dövlətin vətəndaş
cəmiyyəti də
təbii ki, inkişaf etmiş, nümunəvi olmalıdır.
Ulu öndər Heydər Əliyevin apardığı
və bu gün davam etdirilən siyasətin nəticələridir ki, bu gün Azərbaycanda
müstəqil, güclü,
azad, peşəkar vətəndaş cəmiyyəti
yaranıb və inkişaf edir.
Vətəndaş cəmiyyəti hazırda çox böyük anlam ifadə edərək, təmsil olunduğu dövlətin sosial-iqtisadi, siyasi və hüquqi təbiətini, inkişaf
və yetkinlik səviyyəsini ifadə edən bir normadır. Başqa sözlə
bu anlayış altında tarixi təcrübə ilə əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət başa düşülür. Vətəndaş cəmiyyəti dövlət
quruculuğunda ən yüksək mərhələlərdən
birini təşkil etməklə vətəndaşı,
ailəni, təhsil ocaqlarını, demokratik institutları, QHT-ləri,
müstəqil məhkəmələri,
müstəqil KİV-ləri
özündə ehtiva
edir.
Prezident
İlham Əliyev vətəndaşlarla görüşərkən
bildirmişdi ki: “Bizim siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı, onun
maraqları, təhlükəsizliyi,
rifahı və sağlamlığı dayanır”.
Göründüyü kimi prezident
bu sözlərlə dövlətin əsas vəzifəsini ifadə edərək, bunu birbaşa vətəndaş
cəmiyyətinin inkişafı
ilə bağlamışdı.
Ölkəmizə 10 ildir ki uğurla rəhbərlik edən, həm xarici, həm də daxili siyasətdə dövlət və millət adına böyük uğurlara imza atan İ.Əliyev bütün sahələrdə olduğu kimi xüsusi olaraq vətəndaş cəmiyyətinin dövlət daxilində bir institut kimi formalaşması üçün də çox mühüm qərarlar qəbul edib. Qeyri-hökumət təşkilatları ilə yanaşı, müstəqil mətbuatın, siyasi partiyaların da dövlət tərəfindən dəstəklənməsi bu sırada dayanan önəmli faktorlardandır. Bu təcrübəyə bir çox demokratik ölkələrdə belə təsadüf edilmir. Prezident İlham Əliyev Azərbaycanda güclü vətəndaş cəmiyyətinin formalaşmasına dəstək vermək üçün ilk dəfə yerli qeyri-hökumət təşkilatlarına dövlət büdcəsindən qrantlar verilməsinin əsasını qoydu. Bu addım ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafında dönüş mərhələsi oldu. 27 iyul 2007-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası” təsdiqləndi. Bu konsepsiya ölkədə QHT sektorunun inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyənləşdirdi. Konsepsiya ilə bağlı ictimai sektorda gedən geniş müzakirələrdən sonra Prezidentin 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası müstəqil bir qurum olaraq yaradıldı. Azərbaycan cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyətinin artırılması, onların sosial problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsi kimi məsələlər əsas məqsədlər olaraq seçildi. Hər il dövlət büdcəsindən vətəndaş cəmiyyəti institutlarının layihələrinin reallaşdırılması üçün böyük məbləğdə pul vəsaitləri ayrılır. Bu vəsaitlər hesabına hər il onlarla yerli QHT həm öz təşəbbüslərini həyata keçirmək imkanı qazandı, həm müxtəlif problemlərin həlli, beynəlxalq aləmdə təbliğatın aparılması üçün zəmin yaradıldı, həm də minlərlə vətəndaşı işlə təmin edilir. Son 10 ildə Prezident İlham Əliyev yerli vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyini formalaşdırmaqla kifayətlənməyib ilk dəfə Azərbaycanı xarici QHT-lər üçün donor ölkəyə çevirdi. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına xarici ölkə QHT-ləri üçün maliyyə yardımı müsabiqəsi elan etdi. Həmçinin ölkəmizdə gənclər təşkilatlarının inkişafını stimullaşdırmaq məqsədi ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu da yerli QHT-lərlə yanaşı, xarici QHT-lər, hətta fərdi şəxslər üçün də müsabiqələr elan etdi.
Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğundan ən önəmli iki faktor isə siyasi partiyaların maliyyələşdirilməsi və müstəqil mətbuata dövlət dəstəyi oldu.
Prezident İlham Əliyev Azərbaycanda hərtərəfli inkişafın təminatçısının dövlət olduğunu atdığı addımlarla dünyaya bəyan etdi, bununla da Azərbaycanla bağlı qərəzli hesabatlar açıqlayan bir çox beynəlxalq təşkilatların sözü bitdi.
Məhz bu ənənənin nəticəsidir ki, hazırda Azərbaycan vətəndaş cəmiyyəti institutları artıq 15 il bundan qabaqkı kimi hansısa çətinliklərlə qarşılaşmır. İndi QHT-lər dövlət qurumlarında partnyor tapmaqda aciz deyillər, əksinə onların ən güclü, ən yaxın partnyoru dövlət qurumlarıdır. Hazırda Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarına nəinki mənəvi və siyasi dəstək, eyni zamanda böyük məbləğlərdə maliyyə dəstəyi də verir. Bu gün bunu Prezident İlham Əliyev həyata keçirir. Dövlət başçısının qəbul etdiyi qərarlar şübhəsiz ulu öndərin siyasətinin davamıdır. Bu gün biz rahatlıqla deyə bilərik ki, həqiqətən də vətəndaş cəmiyyəti institutları çox ciddi əsaslar üzərində qurulubdur. Bu müddət ərzində Azərbaycan qürur duya biləcək, çox mühüm tarixi nailiyyətlərə imza atıblar və bunu missiyanı uğurla davam etdirirlər.
Göründüyü kimi ölkəmizə 10 il ərzində yorulmadan xidmət edən, xalqın ona olan inam və etimadını layiqincə doğruldan İ.Əliyev ölkəmizin dünyanın ən sivil dövlətlərindən birinə çevrilməsi və dünya dövlətləri arasında rəğbətlə qəbul edilməsi üçün vətəndaş cəmiyyətinin inkişafına hədsiz dərəcədə böyük təkan verib və verməkdə davam edir. Bu isə gələcəkdə sözügedən sahənin daha böyük uğurlara imza atacağını labüdləşdirir.
AQİL
525-ci qəzet.- 2014.- 25 yanvar.- S.30.