“Nağıl kimi bir ömür sürdüm

 Məhşurların xanımları

 

“İNDİ KEÇMİŞİ XATIRLAYA-XATIRLAYA, İKİNCİ HƏYATIMI YAŞAYIRAM”

Ölməz bəstələri ilə musiqisevərlərin yaddaşına əbədi həkk olan görkəmli bəstəkar, respublikanın Xalq artisti, “Şöhrət  İstiqlalordenli Vasif Adıgözəlovun həyat yoldaşı Xalidə xanımla  söhbətimizi oxuculara təqdim edirik.

 

 

 

Dilçiliyə böyük həvəsim var idi

 

 

Bakıda ziyalı ailəsində dünyaya göz açmışam. Valideynlərim əslən Quba rayonundan olub. Atam tanınmış tərcüməçi idi. Ulu babalarım ruhani, din əhli olsalar da, övladları rus dilində təhsil alıb. Mən təhsilimi rus dilində almışam. Kiçik yaşlarımdan dilçiliyə böyük həvəsim var idi. Məktəbi bitirdikdən sonra  Xarici Dillər Universitetində təhsil almağa qərar verdim. Fransız dili fakultəsinə daxil oldum. Universitet mənə ali təhsillə yanaşı, əvəzsiz dostlar, rəfiqələr qazandırdı. Ali məktəbdə oxuduğum dövrdə tamam başqa arzularım planlarım var idi. Üçüncü kursda Vasif  həyatıma daxil oldu gəlişi ilə bütün planlarımı dəyişdi. Onu tanıdığım ilk gündən  həyatım başqa səmtə yönəldi.

 

 

Onun haqqında ciddi heç düşünmədim

 

 

Vasif həyatıma ildırım kimi şığıdı. Rəfiqələrimdən biri məni Vasiflə tanış edərkən: “Mənim yaxın qohumumdurdedi. Qamətli, gözəl xarici görünüşə malik bir gənc idi. İlk dəfə onu görəndə mənə elə gəldi ki, jurnallarda şəkli dərc edilən hansısa kinoaktyorla qarşı-qarşıya dayanmışam. Əlbəttə ki, ciddi heç düşünmədim. Sadəcə mənə fərqli bir insan təsiri bağışladı. Sən demə rəfiqəmin Vasif haqqında dedikləri doğru deyilmiş. Sonra xəbər tutdum ki, Vasif Konservatoriyada oxuyur. Dərsə bizim yaşadığımız küçədən keçib gedəndə məni görüb. İlk dəfə məni görəndə nədənsə Vasifə elə gəlib ki, mən erməni əsilliyəm. Bəlkə bu maraq onu mənim haqqımda araşdırma aparmağa sövq edib. haqqımda öyrəndikdən sonra qərara gəlib ki, mənimlə tanış olsun. Tanışlığımızdan az sonra da elan etdi ki, mənimlə ailə qurmaq istəyir. Beləcə ata-anasının bizə gət-gəli başladı.

 

 

Vasif arzularımı gerçəkləşdirirdi

 

 

Valideynlərim, qohumlarım qəti şəkildə bizim ailə qurmağımızın əleyhinə idilər. Tanımadıqları insanların evinə gəlin getməyimi qəbul etmirdilər. Vasifin valideynləri dəfələrlə elçi gəlsə razılıq əldə edə bilmirdilər. Bir gün dərsdən evə gələndə gördüm ki, Vasif nənəmlə bir otaqda oturub söhbət edir. İlk əvvəl gözlərimə inanmadım. Dizinin dibində böyüdüyüm nənəm, oturub Vasiflə  siqaret çəkirdi. Vasif nənəmə dedi: “Ailənin böyüyüsünüz, ona görə qərara gəldim ki, sizə müraciət edim. Nənəmlə danışdıqdan sonra, Vasif tək-tək ailənin bütün üzvləri ilə görüşdü, onları bu evliliyə razı saldı. Oktyabrda tanış olmuşduq, dekabrda isə nişanımız oldu. Nişanlandıqdan sonra Vasif vaxt bizə gəlsə əlində gül dəstələri olurdu. Çox qəribədir, sanki könlümdən keçirdisə hiss edir, arzularımı gerçəkləşdirirdi. Bu, bütün həyatımız boyu davam etdi. Nişandan bir il sonra ailə həyatı qurduq.

 

 

Mənə qarşı diqqətli qayğıkeş idi

 

 

Ailə qurduq, dörd il Vasifin valideynləriylə birlikdə yaşadıq. Məişət qayğılarımız getdikcə artırdı. Vasif daha çox işləyir, ailəsini hər şeylə təmin etmək üçün əlindən gələni edirdi. İki oğlumuz dünyaya gəldi.  Böyük oğlum Yalçın atasının musiqi yolunun davamçısıdır. O hələ uşaqlıqdan səhnəni sevir böyük tamaşaçı auditoriyası qarşısında çıxış etməyi arzulayırdı. Kiçik oğlum Toğrul isə atasına da, mənə izah etdi ki, səhnə onluq yer deyil. Musiqiyə böyük həvəsi olsa da, peşə olaraq həkimliyi seçdi. Hər ailədə olduğu kimi, bizim ailəmizdə söz-söhbətlər olub, amma ömrü boyu  mənim xətrimə dəyəcək bir söz demədi. Çox düşüncəli anlayışlı insan idi. Vasif mənə qarşı hər zaman diqqətli qayğıkeş idi. Konservatoriyada oxuduğu  müddətdə Vasif iki bölmədə təhsil alırdı- həm bəstəkarlıq sahəsində Qara Qarayevdən, həm pianino dərsinə gedirdi. Musiqi aləti ifa edən insanların əllərinin qorunmasına böyük ehtiyac var. Elastik baxımlı olması vacibdir. Vasifin atası müğənni idi, oğlu da incəsənət sahəsində çalışırdı. Qaynatam Vasifin əllərini necə qoruyurdusa, gün gəldi, Vasif böyük oğlumuz Yalçının əllərini həmin qayğıkeşliklə qorudu. Öz əllərini yaddan çıxarıb övladının qeydinə qalırdı... Necə ki, atası Vasifə icazə vermirdi, iki kilodan artıq yük götürsün, Vasif Yalçına icazə vermədi. Bütün ailəyə əsl ata qayğısı göstərirdi. Ailə həyatı qurduqdan sonra mən heç vaxt bazara-dükana getməmişəm...Ta ki Vasif xəstələnənə qədər. Ailədə ehtiyacımız olan ən kiçik şeyləri özü alıb gətirirdi.

 

 

Nağıllar aləmində yaşayıram

 

 

Bizim ailənin ən gözəl cəhətlərindən biri, arada pərdənin olması idi. Heç vaxt müasirlik, Avropa dəyərləri Vasifin başçılıq etdiyi ailənin içərisinə sıza bilmədi. Birbirimizə sıx bağlı idik. Hara getsə məni özü ilə aparardı. Bütün qastrol səfərlərinə, rayonlara, xarici ölkələrə birlikdə gedərdik. Bərabər yaşadığımız 49 il ərzində yalnız bircə dəfə Amerikaya gedəndə məni özü ilə aparmadı, ordan qayıdandan sonra isə mənə söz verdi ki, bir daha sənsiz heç yerə getməyəcəm. Çox cəsarətli idi, mənim ürəyimi necə ələ almaq lazım olduğunu yaxşı bilirdi. O bizə təkbaşına elçiliyə gələndə cəmi 21 yaşı var idi. Yaşı az olsa da, dünyagörmüş  ağsaqqal qədər müdrik idi. Sanki həyatı qabaqlamağı bacarırdı. Bir ömür xoşbəxt yaşadıq, amma ən sevincli anlarımız uşaqların böyüdüynü, əldə etdikləri nailiyyətləri görmək oldu. Yalçına toy etdiyimiz gün heç vaxt yadımdan çıxmır. Vasif o qədər xoşbəxt idi ki, sevinci üzündən oxunurdu. Həmin gün dedik, güldük, əyləndik. Toydan çox konserti xatırladan gecə yaşadıq. Kiçik oğlumuzun da toyunu etdik cəmi 40 gün sonra Vasif dünyasını dəyişdi...Evləndiyimiz gündən etibarən mənə elə gəlirdi ki, nağıllar aləmində yaşayıram. Vasiflə evliliyim mənim üçün gözəl bir nağıl idi.

 

 

Həkimlər Vasifi xilas edə bilmədi

 

 

Yazdıqlarının ilk dinləyicisi mən idim. Gecə vaxtı musiqi çalırdı, mən də dinləyirdim. Ona su vermək, qulluq etmək lazım idi. Bu səbəbdən gecəmizi də, gündüzümüzü də bərabər keçirirdik. Həmin günləri, saatları çox arzulayıram. Kaş xəstə olaydı, gecələr yuxu yatmazdıq, amma Vasif yanımda, burda, sağ olaydı.  ...Çarpayıda uzanmışdı,  nəfəsi güclə gələrdi (səsi titrəyir). Vəfat etdiyi günü xatırlamaq həmişə mənə əzab verir. Səhhəti nə qədər ağır olur-olsun, heç vaxt onu itirə biləcəyimi bir gerçəklik kimi qəbul edə bilmirdim. Göydə Allah, yerdə həkim oğlu Toğrul Vasifi xilas edə bilmədi. 40 il xəstəlikdən əziyyət çəkdi, bir dəfə olsun ağrılarından şikayətlənmədi. Bizə dərd vermək istəmirdi. Türkiyədə, İranda ağır əməliyyatlar keçirdi. Heyif ki, xeyri olmadı. Amma bir təsəllimiz var:özü bu dünyadan getsə də  əsərləri həmişə xalq tərəfindən gözəl qarşılanır və sevilir. Günü bu günonun yaradıcılığına böyük diqqət var. Yaradıcılığı tələbələr, musiqiçilər tərəfindən araşdırılır, onun haqqında dissertasiya işləri yazılır. Onun yaradıcılığına hökumətimiz də həmişə layiqli diqqət yetirib. Ona “Şöhrət” ordenini Heydər Əliyev, “İstiqlalordenini isə İlham Əliyev vermişdi. Vəfat edərkən Prezidentimiz onun I Fəxri Xiyabanda dəfn edilməsi barədə göstəriş verdi.

 

 

Atamız həyatdan köçüb

 

 

Vasif həyatdan köçən gün  anladım ki, hər şey qurtardı. Həyatın sevinci, mənası onunla birlikdə qeyb oldu. Vasif mənə elə həyat yaşatdı ki, bəlkə də adi həyat sürən 20 qadının həyatını bir ömrə sığışdırdım. Həyatın bütün gözəlliklərini görmüşəm, gecəni də, gündüzü də, acını da, şirini də Vasiflə yaşamışam. Mən elə bilirdim, yatmışam yuxu görürəm. Vasifli həyat bir röya idi. Onu itirdiyim gün həyat mənim üçün qurtardı, nağıl bitdi.  Yaşamaqdan əl çəkmişdim. Balalarım gəlib: “Atamız həyatdan köçüb, sən də belə eləsən, biz kimdən güc alarıq?”-dedilər. Balalarıma baxıb ayağa qalxdım. İndi  keçmişi xatırlaya-xatırlaya, ikinci həyatımı yaşayıram. İki oğlum iki gözümdür. Nəvələrim baba sevgisindən məhrum oldular, istəyirəm, nənə nəvazişi hiss etsinlər. Nağıl kimi bir ömür sürdüm. Övladlarıma da ataları Vasif  kimi  şərəfli ömür yaşamağı arzu edirəm.

 

Məhəbbət HACIYEVA,

Firəngiz AĞALAR

İdeya müəllifi Tofiq Abdin

525-ci qəzet.- 2014.- 25 yanvar.- S.22.