Payız – hələ qış deyil... - YÜZ GÖZƏL SEVGİ ŞEİRİ

 

PƏRVİNin təqdimatında

 

Rəqəmlərin insan ovqatına təsiri qəribədi. Bəzən çox böyük rəqəmlər qorxudur adamı, təlaşlandırır, bəzən fərəhləndirir, sevindirir. Amma hərdən inanmaq istəmirsən rəqəmlərə. Həyat sayğacına baxırsan, gözlərin böyüyür heyrətdən... Bəlkə səni qara basır?! Bu illər tez ötdü, axı...

Elə bu günlərdə o musiqi məktəbinin önündən keçəndə xatırlamışdın uzun hörüklü gözəl qızı, sinif yoldaşını! Axı, keçib üstündən? Heç !

 Sanki dünən idi... Yekə saatını qoluna taxıb ilk dəfə məktəbə getməyin, ananın ətəyindən yapışıbgetmə, sən otur yanımda” – deməyin... O qızı da birinci dəfə onda görmüşdün. 45-in payızında! Dünyanın müharibədən qurtulmasından cəmisi bir neçə gün keçmişdi... Qalib ölkənin xoşbəxt uşağıydın! Radio dalğalarından eşitdiyin təntənəli sözlər indiki kimi yadındadı... Onda kino da ağ-qaraydı, ... Elə indi o illəri xatırladıqca hər şey kino lenti kimi keçir gözünün önündən: qabaq partada əyləşmişdi o uzunhörüklü, gözəl qız! Əlaçıydı! Yoxsa şəklini hardan tapacaqdın?! , axı, əlaçılar lövhəsindəki fotosunu da sən çırpışdırmışdın... Neçə il keçib gör! Heç inanmağın gəlmir bu rəqəmlərə...  Yəni bu qədər vaxta heç korşalmadımı yaddaşın?! Konservatoriyanın pillələri, zəng edib asdığın telefon avtomatının rəngi, “cavabı alan kimi qaçıb getməyin, anangilin elçiliyə hazırlaşmaları, hamısı dipdiridi xatirində... Vallah, elə bil dünən idi!

Zaman həqiqi sevgiləri böyüdür, müdrikləşdirir, zənginləşdirir. Məhəbbət yaşa dolur yəqin... İllər keçdikcə, sevginin bəzi çalarları zəifləyir, əvəzində  yeniləri yaranır. Çılğınlıq itir bəlkə, daha uşaq kimi atılıb-düşmür, tez-tez küsüb barışmır, dəcəllik eləmir, qısqanmırsan... Amma əvəzində yeni, daha dərin, daha kamil bağlar yaranır sevdiyinlə öz aranda. Həyat yoldaşı, sevgili, dost, həmdəm, həyan, hamısı bir şəxsdə birləşir!

bir xatirələr! Elə sayğacı da, illərin sayğacını da yalançı çıxaran  xatirələr olur, məncə...  Çünki hələ uşaqlıqdan sevdiyin, ailə qurduğun, illərlə bir damın altında yaşadığın adam səninlə bərabər böyüyür, bütün o xatirələri birgə yaradırsız, bir sözlə, başın yaşamağa qarışır, zamanın fərqində olmursan heç. bir gün təqvimə baxanda diksinirsən!

Anarın həyat yoldaşı Zemfira xanıma həsr etdiyi şeir məhz bu ovqatla yazılıb. Şairliyinihərdən-birdən tutan azaradlandıran yazıçının bu hissini poetik yolla ifadə etməsi təəccüb doğurmur. Əlbəttə, bu mövzuda hekayə , roman da yazmaq olardı. Amma elə duyğular var ki, onları şeirlə deməlisən, ya da bir məktubda yazmalısan. mənə görə, bu şeirin bir qeyri-adiliyi məktub təsiri bağışlamasıdı! Anar sanki heç şeir yazmır, sadəcə, dərdləşir xanımı ilə! Elə-belə danışır, qırx ildə yaşananlardan, öz duyğularındansevincindən, kədərindən, xatirələrindən, gələcəyə aid arzularından... Sakit, hay-küysüz, pafossuz, iddiasız danışır nəticədə şeir alınır!

Real şəxsiyyətlərdən, tarixdə olmuş hadisələrdən bəhs edən əsərlər həmişə böyük maraqla qarşılanır. Bu şeirin əsas özəlliyi qəhrəmanların hər kəsə tanış olması, məşhurluğudu... Xalq yazıçısı Anar xanımı, musiqişünas alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zemfira Səfərova... Hər ikisi tanınmış, istedadlı, qeyri-adi simalardı! əslində, belə məşhur adamların həm yarım əsrdi ki, birlikdə olması, ailələrinin möhkəmliyi insanı yaxşı mənada təəccübləndirir. Mühitdən, cəmiyyətdən uzaq, bütün dedi-qodulardan, paxıllıqlardan, yalanlardan, böhtanlardan kənarda ailəni qoruyub  saxlamağa, qarşılıqlı hörmət, məhəbbət bəsləməyə var ki?! Ən çətini məhz budu: həm insanların, millətin içindəsən, həm hamıdan uzaq, hər kəsdən hifz etdiyin bir qalaçan var... sən Nazim Hikmət demiş, səhər işinə, axşam evinə sevinərək getməyin üçün çox şeyə hazırsan! Bəlkə , bunların hamısını rəqəmlər tənzimləyir, şeirin məhz qırx il sonra yazılması əsas şərtdi, bəlkə bütün bu qoruma təcrübəsi illərlə yaranır... Amma hər halda, indi, bu zəmanədə, “xasiyyətimiz tutmadıbəhanələriylə dağılan birillik ailələrin fonunda şeir çox möcüzəvi, amma həm səmimidi.

Əsərin yazıçı qələmindən çıxması da maraqlı məqamdı... Həzin, yupyumuşaq bir təhkiyə var bu şeirdə... Həm dinamika var, həyəcanın ziqzaqvari artıb-azalması aydın görünür. Müəllif sevdiyi xanımla bərabər dünyaya bəxş etdiyi namuslu, ləyaqətli, alnıaçıq balalardan danışanda qədər sakit, ilıq sözlərlə danışırsa, “45-in payızında səni ilk gördüyüm gün necəydinsəeləsən, Söylə bunun sirrini, Necə qaldın belə sən?” deyəndə beş o qədər isti, həyəcanla ifadə edir hisslərini...

Zemfira xanımArdı yaşanılıradlı xatirələr kitabında yazır: “Onu deyim ki, bu yazıda mən Anar haqqında, bizim münasibətlərimiz haqqında demək olar ki, heç yazmamışam. Qorxuram, mənim qələmim bunun üçün çox zəif ola. Bunu Anarın özü yazmalıdı, amma yəqin ki, onun özü yaza bilməz...”

...Əslində, hər bir yazıçı bu ya digər şəkildə özünü, öz hisslərini yazır... fraqmentlərlə, kiçik, ya böyük detallarla həyatını köçürür kağıza! Amma hər halda,  yəqin ən çətini avtobioqrafik əsər yazmaqdı. Ələlxüsus, yaşadığın həyat rəngarəng, duyğuların qeyri-adidisə... yazsan, solğun, adi görünür! Allahın xoş münasibətindən istifadə edib bütün yaşananları yazmaq üçün əlavə bir həyat da istəmək keçir könlündən... Fəqət, ömür bir dəfə verilir hər kəsə, amma sən bunu bilsən , gündə bir bəhanəylə o əsəri sonraya saxlayırsan. Elə buradaca müəllifin xanımınaHələ yazmadığım ən gözəl əsərimsən” (məhz yazmadığım!) sözlərindən xəfif bir narahatlıq duyulur. bəlkə elə bu şeir həmin o yazılacaq əsərin epiqrafı ola bilər.

... Amma məgər şeir özü bitibmi? Zemfira xanım demiş – ARDI YAŞANILIR!  

 

 ANAR: “Ən gözəl əsərimsən!!!”

                                               Zemfirama

Zaman tez ötüşdü,

Lap mat qalmışam özüm.

Düz qırx il bundan qabaq

Olub toyumuz bizim.

Bu qırx il necə keçdi?

Elə bil qırx il deyil,

Qırx gün, qırx gecə keçdi.

İl illərə qalandı,

Sevgi, intizar, kədər,

Sevinc, fərəh, itkilər

Birbirinə calandı.

Bəs bu qoca dünyada

Nələr keçib gedəndi,

Nələr hər vaxt qalandı?

Pul, sərvət toplamadıq,

Var-dövlət qazanmadıq

Həyatımız boyunca.

Ölkələri, elləri

Gəzdik, gördük doyunca.

Paxıllıqla üzləşdik,

Haqsızlıqla rastlaşdıq,

beynimiz pas atdı,

qəlbimiz daşlaşdı.

Haçansa, qırx il sonra

(kaş ki, belə olaydı)

dünyayla vidalaşıb,

Ömür sərhəddin aşıb,

Çəkiləndə qeybə biz

O biri dünyada da

Bir vuracaq qəlbimiz.

Burda bizdən qalar?

Namuslu, ləyaqətli,

alnıaçıq balalar,

şirin-şəkər nəvələr,

vərəqlər üstündə

çəkdiyimiz əzablar –

Yazdığımız kitablar,

Bir də xatirələrdə

Yaşayacaq eşqimiz

hərarətli, pak, təmiz...

45-in payızında

səni ilk gördüyüm gün

necəydinsəeləsən,

Söylə bunun sirrini,

Necə qaldın belə sən?

Hələ axşam düşməyib

Bu qaralan qaş deyil.

Yaz ötüb, yay bitsə ,

Payızhələ qış deyil.

Qış gəlsə , gəlsin qoy

Qış günü deyildimi

Hədiyyəsiz-filansız,

bizim unudulmaz toy?

Sən vəfalı sevgilim,

İlin dörd fəslində

baharımsan, yazımsan.

Mənim alın yazımsan,

Hələ yazmadığım

Ən gözəl əsərimsən,

Yazacağım yazımsan.

Yaxında, ya uzaqda

Səni hər zaman anar

Köhnə məktəb yoldaşın

Həyat yoldaşın

                       Anar.

 

 

Pərvin

525-ci qəzet.- 2014.- 25 yanvar.- S.21.