"Mərdliyin profilləri"- Con F.Kennedi

 

 

İkinci hissə

Zaman yer

Böyük böhranlar böyük adamları böyük mərdlik əməllərini meydana çıxarır. Bu ölkə 1861-ci ildə Şimalla Cənub arasındakı qardaş qətli ilə müşayiət olunan müharibənin kulminasiyası kimi belə böyük böhranla heç vaxt qarşılaşmamışdı. Beləliklə, amerikan tarixinin digər dövrlərinə az əhəmiyyətli olan kimi baxmaq barədə bir niyyətim olmadan, onun təbiəti haqqındakı heç bir əsər üç görkəmli siyasi mərdlik hərəkətinə diqqət yetirməmiş olmayacaqdır. Onlar Birliyi müəyyən şəraitlərdə dəstəkləmək üçün həyati əhəmiyyətə malik olmuşdur. Bu hərəkətlər Vətəndaş müharibəsindən əvvəlki taleyüklü onillikdə baş vermişdi. İki hadisəyəTexasdan olan Senator Sem Hyuston Missuridən olan Senator Tomas Hart Benton daxildir. Onların hər ikisi çox illər ərzində öz ştatlarında siyasi ağalıqdan istifadə etmişdilər – məğlubiyyət onların mükafatı idi. Üçüncüyə Massaçusetsdən olan Deniel Uebster cəlb olunmuşdu, – onun böyük qərarından iki il sonrakı dövrdə gələn ölümü belə düşmənlərinin onun üstünə atdıqları böhtanları dayandıra bilmədi, belə vəziyyət isə ömrünün son günlərində onu kədərli şəkildə qəzəbləndirirdi.

Bu təəccüblü deyildi ki, həmin on illik dövründə böhran baş verdi, Birliyi bağlayan saplar uğurlu qaydada qırılırdı, hadisələr bizim siyasi liderlərimiz arasında ən pis olanları üzə çıxardığı kimi, ən yaxşıları da irəli çıxarmalı idi. Bütün bu məsuliyyətlilik mövqeyində millətə və ya öz ştatına və regionuna loyallığı saxlamaq üçün qərar vermək tələb olunurdu. Hər iki tərəfdən – Şimalda abolitsionistlərdən (quldarlığı ləğv etməyə çalışanlar – tərcüməçi), Cənubda isə alov udanlardan (fokus çıxardanlar belə adlanırdı – tərcüməçi), hansılar ki, özlərinin ayrılma səbəbinə tamamilə inandırılmışdılar – qərar asanlıqla gəldi.

Lakin öz ştatına və ölkəsinə ikili loyallıq hiss edənlər üçün – hansılar ki, kompromiss axtarırdılar, onların başının üstünü kəsən ya müharibə kölgəsini geri çəkəcək, ya da bütünlüklə uzaqlaşdıracaqdılar, bu vaxt qərar aqonizə edən idi, çünki ümumi seçimə köhnə loyallığı və dostluğu pozanlar və alçaldıcı siyasi məğlubiyyət perspektivi cəlb olunmuşdu.

Şimal və Cənub arasındakı bu mübarizədə xoruz döyüşü – Birləşmiş Ştatlar Senatının zalındakı çarpışma idi. Cənub Şimalın əhalisinin möhkəm artması ilə üz-üzə gəlmişdi, bu isə Nümayəndələr Palatasında çoxluğun böyüməsində əks olunacaqdı. Beləliklə, görünürdü ki, onların qüdrətinin və nüfuzunun saxlanmasına bəslənən yeganə ümid Senatın üzərinə düşür. Bu səbəbdən də yeni ştatların Birliyə qəbul edilməsi ardıcıl olaraq azad və quldarlıq ştatları arasındakı, manufaktura və kənd təsərrüfatı regionları arasındakı etibarsız tarazlığı poza bilərdi, həmin məsələ isə on doqquzuncu əsrin birinci yarısında Senatın bəzi böyük debatlarının özəyində olmuşdu.

1820-ci ildə MenMissuri ştatlarının bir yerdə Birliyə qəbul olunması Konqressdən keçdi, onlardan biri azad, digəri isə quldarlıq ştatı idi. Bu, Henri Kleyin ilk böyük kompromissi idi. 1836-cı və 1837-ci illərdə ArkanzasMiçiqan, 1845-ci və 1846-cı illərdə FloridaAyova Qanunvericilik tərəfindən cüt qaydada Birliyə qəbul edildilər. Lakin kompromiss görünüşü 1850-ci ildə partladı, Meksika müharibəsi nəticəsində alınmış geniş yeni ərazilər quldarlığa əks olan və sürətlənən addım atdılar. Millətin diqqəti Senata və xüsusən, amerikan tarixinin ən böyük istedadlı parlament liderlərinə – Kleyə, Kalhouna və Uebsterə cəlb olunmuşdu. Onlardan yalnız Deniel Uebster BentonHyustonla birlikdə seçicilərin biabırçı qəzəbinə şərik olmalı idisiyasi iflasın alçaltmaq vasitəsi isə onların sevdikləri və müdafiə etdikləri ştatların əlində idi. Biz Uebsterin, BentonunHyustonun igidliyiniqeyd etməliyik; lakin əgər biz o dövrü başa düşsək və onların qəhrəmancasına igidliyini etsək, birinci növbədə Senatda Uebsterlə birlikdə iki Senat nəhənginin formalaşdırdığı liderliyi qeyd etməliyik, onlar Uebsterlə birlikdə Senatın nə vaxtsa tanıdığı ən görkəmli triumviratın üzvləri olan Henri KleyCon K.Kalhoun idi.

Kentakkidən olan Henri Kley cəsarətli kübar və maqnetizmə malik olan bir adam idi, manerasındakı məlahətlə yanaşı, tez özündən çıxan olmaqla, öz opponentini görüşdən nəhayət boyun qaçırmağa məcbur edirdi, buna görə ona Qərbin Harrisi kimi müraciət edirdilər. Abraham Linkoln bu siyasətçini “o, mənim gözəl idealım idikimi qiymətləndirirdi. Ronaokdan olan yarı-dəli, yarı-dahi Con Randolfa görə, bəlkə də tarixdəki şəxsi təhqirin daha çox yadda qalan və qəzəbli sözlərinə layiq olmaqla, “o, parlaq məxluq olmaqla yanaşı, həm də elə pozulmuşdur ki, ay işığındakı skumbriya (balıq növü – tərcüməçi) kimi parıldayır və üfunət yayır”. Onunla bir neçə il ərzində vuruşan Con Kalhoun belə ona heyran olmaqdan kənarda qala bilmirdi: “Mənim Henri Kleydən xoşum gəlmir. O, pis adamdır, yalançıdır, bəd sxemlərin yaradıcısıdır. Mən ona deməyəcəyəm, ancaq ay Allah, mən onu sevirəm”.

Con Kalhounla yanaşı digərləri də onu sevirdi. Çarlz Ceyms Foks kimi o, həyat üçün məhəbbətdə olmaqla bayram edirdi, öz həmvətənlərinin – yoldaşlarının – və qadınların ürəyini fəth etməkdə və bunu qoruyub saxlamaqda müqayisə olunmaz istedada malik idi. Konstitusiyanın indiyədək tələb etdiyi otuz yaşına çatmamış o, Senata seçilmişdi və dəfələrlə Nümayəndələr Palatasına göndərilmişdi, burada o, otuz beş yaşında tezliklə spiker seçilənə qədər və ondan sonra heç vaxt ikili qaydada hərəkət etməmişdi.

UebsterinKalhounun intellektual resurslarının onda olmamasına baxmayaraq, Henri Kleyin Amerikanın böyüklüyünə baxışları onun məşhur kolleqalarınınkından da uzağa gedirdi. Və beləliklə, 1820-ci, 1833-cü və 1850-ci illərdə o, müqavimət göstərən Konqressdən təşəbbüsçüsü olduğu üç böyük kompromissi keçirə bilmişdibununla da 1861-ci ilə qədər Birliyi qoruyub saxlamışdı. Həmin vaxtdan Şimalın möhkəmliyi o qədər böyük idi ki, parçalanma uğursuzluğa məruz qalırdı.

Triumviratın ikinci və yəqin ki, ən qeyri-adi üzvü Con K.Kalhoun idi. Cənubi Karolinadan olan bu adamın cod saçları var idi, gözləri isə qızaran kömür kimi yanırdı, qarımış ingilis qadını Harriet Marineonun sözlərinə müvafiq olaraq “elə baxırdı ki, elə bil heç vaxt doğulmamışdır və heç vaxt məhv edilməyəcəkdir...”. Bunun meydana çıxmasının əksinə Kalhoun Uebsterlə eyni ildə – 1782-ci ildə və Kleydən beş il sonra anadan olmuşdu. O, altı fut iki dyum hündürlüyündə idi, Yel universitetini bitirmişdi, iyirmi doqquz yaşında Konqressin üzvü olmuş, “müharibə quzğunukimi Birləşmiş Ştatların 1812-ci il müharibəsinə girməsinə çalışan Henri Kleyə qoşulmuşdu. Bir millətçi kimi, 1820-ci ildə tarifin iqtisadi təzyiqləri Cənubi Karolinanın kənd təsərrüfatı iqtisadiyyatına öz təsirini göstərdikdə, sektant tərəfdarlarına tərəf dönmüşdü. Kalhoun soyuq, dar ağıla malik idi, fikrini cəmləşdirməyi bacarırdı və güclü adam idi. Uebster onuSenatda ən qabiliyyətli adam”, özünün bütün həyatı boyu qarşılaşdığı ən böyük adam hesab edirdi. O, bəyan edirdi ki, “o, bir məntiq sahibi kimi Nyutonu, Kalviniya hətta Con Lokku məğlub edə bilərdi”.

Onun çıxışları, sözün bütün izafiliyindən istifadə etməklə Senatın zalında hətta sütunlar ətrafında da dolaşırdı, öz ölçüsündə idi, intizama dəvət edirdi, onların hamısının qarşısında edilirdi. Kifayət dərəcədə qəribə də olsa, onun xüsusən ömrünün son günlərində görünüşü fanatik adamı xatırladırdı, o, nəhayətsiz məlahətə və şəxsiyyətə malik idi. O, Cənubi Karolinanın ən yaxşı danışıq aparanı reputasiyasını qazanmışdı və onun örtülü ağıllı arqumentlərini dərk etməyi bacarmayan adamların emosiyaları hesabına buna nail olurdu. O, bütün Cənubun təxəyyülünü və məhəbbətini özündə saxlamaqla, bunu daim böyüdürdüonun ölümü vaxtı, 1850-ci ildəki böyük debatın ortasında ona ümumi matəm saxlanıldı.

Kalhoun inanırdı ki, Konstitusiya qurultayı bizim hökumətimizi milliləşdirmişdir; suveren ştatlar hələ də “Konqress fərdi ştatların işlərinə müdaxilə edəndə... mühakimə etmək hüququnu” özündə saxlayırdı.

Digər cənublularla birlikdə o, inanırdı ki, Qərb ölkəsinin coğrafiyası və iqlimi onu başqalarına oxşamayan etmişdirbu ərazilərin çoxunda quldarlıq hətta inkişaf edə bilərdi, ştata çevrilənlərdə buna cəhd edilirdi və yalnız Cənubi-Qərbdə onlar yeni qul ştatlarını Meksikadan alınan torpaqlardan olan Senatorları qoruyub saxlamaqla, Qərbin azad ştatlarının qalxan dalğası ilə tarazlığa nail olunmasına ümid edə bilərdilər. 1850-ci il Kley Kompromissi Şimalla Cənub arasındakı fərqləri barışdırmaq yollarını, bu torpaqların bütöv taleyi kimi aramaqla, öz üzərinə uzağa gedən bir vəzifə götürürdü.

Münaqişələrin bütün axını və parçalanma, qüvvənin və zəifliyin böyüməsi və tənəzzülü 1850-ci ildə özünün kulminasiya nöqtəsinə gəlib çatdı.

1850-ci il Vaşinqton dramasındakı üç baş qəhrəman uzaq 1813-cü ildən etibarən Konqressdə kolleqalar idilər. O vaxt onlar gənc olmaqla, iftixar, ehtiras və ümidlə dolu idilər və onların qarşısında müşahidə edilmək üçün bütöv dünya dayanmışdı. Qırx ilə yaxın bir müddətdən sonra onların həyatlarının qürub çağında – çünki onların hamısı iki ilin içərisində öləcəkdi, – gənclik və illüziyalar artıq ötüb keçmişdi, onlar bir daha yenidən səhnənin mərkəzinə hərəkət etdilər.

Lakin onlar mübarizədə tək deyildilər. Tomas Hart Benton, Sem Hyuston kimi Senatorlar öz üç kolleqalarının nüfuzunun qüllə kimi yuxarı qalxması hesabına heç kiçilməmişdilər. Onların hər biri öz sağlıqlarında əfsanəyə çevrilmişdilər Missuri Texas ştatlarının strateji sərhədini müvafiq qaydada tutmuşdular, onların hər biri, ölkə yavaş-yavaş parçalanmağa doğru hərəkət edəndə öz seçilmələrini etməli idilər, bu parçalanma isə baş mübarizənin təbiətinə nəticəsinə təsir göstərəcəkdi.

1850-ci ildə bölünmənin baş verməməsi, bunun yerinə 1861-ci ildə o, həyata keçmişdi, çox böyük dərəcədə Deniel Uebsterə borclu idi, o, Henri Kleyin kompromissinin ölkə tərəfindən qəbul edilməsi üçün daha iri ölçüdə məsuliyyət daşıyırdı. Kompromissi onun dəstəkləməsinin səbəbləri, bu dəstəyin effekti özünün əzab çəkməsinə səbəb olan bədbəxtliklər III fəsildə təfsilatı ilə verilir.

Missuri ştatının sərhədinin açarı 1861-ci ildə Konfederasiyaya qoşulmaq olmayıb, onun keçmiş Senatoru Tomas Hart Bentonun xatirəsinə yaxşı dərəcədə borclu idi. Heç kəs Birliyin qorunub saxlanmasına Senator Bentondan çox bir töhfə verməmişdi. Onun səyləri taleyi barədə IV fəsildə danışılacaqdır.

Texas Konfederasiyaya qoşuldu, bu, qoca yaşında gəmi qəzasında həlak olan Senator Hyustonun mübarizəsi olmadan baş vermişdi. Onun əhvalatı V fəsildə danışılacaqdır.

 

(Ardı var)

İngiliscədən Telman Orucov tərcümə edib

525-ci qəzet.- 2014.- 25 yanvar.- S.10.