Füzulişünas alimin "Sufizm" kitabı çap olunub

 

 

Füzulişünas alim, filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin "Sufizm" (Azpoliqraf, Bakı 2014. 160 səh.) adlı kitabı çapdan çıxıb. Azərbaycan ingilis dillərində "Aspoliqraf LTD" nəşriyyatında çap olunan kitabda sufizmin (təsəvvüf) zaman-zaman bütün bəşəriyyəti düşündürən aktual problemlərdən biri kimi, mənşəyində islam amili dayanan bu fəlsəfi təlimə əsasən məxluqun Xaliqə qovuşmaq arzusunun mistik məhəbbət yolu ilə reallaşdırılmasından söhbət açılır.

G.Əliyeva-Kəngərli sufizm kimi bəşəri, çətin mistik fəlsəfi problemə birdən-birə gəlib çıxmayıb. O, hələ, "Çağdaş poeziya klassik irs", "Füzuli sehri", "Azərbaycan füzulişünaslığı", "Poetika məsələləri", "Bədii düşüncə: tarixli gerçəklik estetik edial" kimi sanballı monoqrafiya kitablarında bu problemin ayrı-ayrı aspektlərini nəzərdən keçirib. Xüsusilə  "Bədii düşüncə: tarixli gerçəklik estetik edial" adlı fundamental kitabına daxil olan "Füzulidə hüsn", "Füzuliyə eşq", "Füzulidə qəm", "Niyə şair sözü əlbəttə yalandır?!", Niyə "Füzuli rindu şeydadır?!", "Türk təsəvvüf fəlsəfəsi" s. kimi orijinal yazılar sufizmə yaxınlaşmağın uğurlu cəhdləri idi.

"Sufizm" monoqrafiyasında bu çoxtəriqətli bədii-fəlsəfi sistemin təkamülündə mərhələ yaratmış Əl Qəzzali, İbn Ərəbi, Şeyx Mahmud Şəbüstəri kimi nəzəriyyəçilərin - Əhməd Yəsəvi, Mövlanə Cəlaləddin Rumi, Yunis Əmrə, Marağalı Əvhədi, İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Mövlanə Məhəmməd Füzulinin irsi analitik təhlilin predmetinə çevrilir.

Müəllif illərlə apardığı elmi araşdırmaların nəticəsi olan bu tədqiqat əsərində ona bədii-fəlsəfi cərəyan kimi baxır, sufizmin təşəkkülündə yayılmasında bədii ədəbiyyatın rolunu aşkara çıxarmağa çalışır, bu cərəyanın mənşəyi mahiyyətini, türk sufizmini, Azərbaycan ədəbiyyatında sufizm problemlərini geniş təhlil edir.

Olduqca çətin problemi sadə anlaşıqlı dildə araşdıran bu kitab həm mütəxəssislər, həm geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əliyar Səfərli filologiya üzrə elmlər doktoru, professor Möhsün Nağısoydur.

 

Firəngiz  AĞALAR

525-ci qəzet.- 2014.- 29 yanvar.- S.7.