Oxumalı olduğumuz kitab: "Dostoyevski ətrafında düşüncələr"

Giriş sözü əvəzi

Dostoyevskinin Ədəbi-memorial muzeyinin önündə (Sankt-Peterburq, Kuzneçnı döngəsi, 5),  kiçicik foyedə, zirzəmidən birinci mərtəbəyə qalxan dar pilləkənlərdə və  nəhayət,  üç göz otaqdan ibarət taxta döşəməli,  müdhiş bir hüzn duyulan mənzildə bütün əşyayi-dəlillər, sübutlar olduğu kimi görünən və göründüyü  kimi olan dahi bir yazıçının yaşamı və taleyindən xəbər verirdi. Bütün görüb-duyduqlarımın arasında yaddaşımda hər an ilk olaraq önə çıxan və ruhumu XIX əsr klassik  rus ədəbiyyatı, mədəniyyəti ab-havasına kökləyən bir mənzərə var: muzeyin  direktoru  Natalya  Dostumbəyovna   Aşumbəyovanın kabinetindəki iş masası.  Kabinet deyəndə ki,  məncə,  dünya muzeylərində bu,  o nadir kabinetlərdəndir ki,  qalaq-qalaq kitab əlindən içəridə ayaq basmağa yer yoxdur. Bəstəboylu, sakit və iti baxışlı, mərd duruşlu və təmkinli, bəy əsilli bu qadın məni masa arxasına dəvət etdi. Kiçik dəyirmi masanın üzərinə rəngləri solmuş məxmər,  qotazlı bir süfrə salınmışdı. İlahi! O boyda Dostoyevskini bu boyda kiçik masada  necə "yola vermək"  olar?! Çox qəribədir, bu kiçik dəyirmi masa o qəribə əntiq örtüklə birgə mənə həyəcanımı dəf etməyə, özgə olan hər şeyin: zamanın,  məkanın,  dilin, dinin - üstündən birnəfəsə adlamağa kömək etdi.

Peterburqun solğun- sarı, terrakot, bozumtul-yaşılı dam-daşının rəngini, ab-havasını,  əhvalını,  qəribliyini və qəribəliyini özündə ifadə edən bu məxmər örtuyun üstünə böyuk şövqlə Bakı Slavyan Universitetini təqdim edən bukleti,  jurnalları və çalışdığım "Klassik rus ədəbiyyatı" kafedrasının iki böyük aliminin kitablarını qoydum.  Qoqol və Dostoyevski yaradıcılığına həsr olunmuş  iki sanballı monoqrafiyanı əlinə alıb məmnunluqla nəzərdən keçirən muzey direktorunun "Bakıda hələ rusca danışırlar? İnsanlara təzyiq etmirlər?" suallarını eşidəndə,  özümü nə XIX əsrdə,  nə də XXI əsrdə hiss etdim. Özümü yoxluqda, boşluqda, qaranlıqda buldum. Oxumadığımız kitablar yadıma düşdü, gəzmədiyimiz yerlər yadıma düşdü, demək istədiklərimizi deyə bilmədiyimiz anlar yadıma düşdü,görmədiyimiz min-min işlər yadıma düşdü..."Biz gərək elmi əlaqələrimizi inkişaf etdirək, siyasətçilər, biznesmenlər bunu edirlər, elm isə... Mən Bakıda hec vaxt olmamışam",- deyə Natalya Dostumbəyovna gizli bir ümidlə mənə baxdı. Onda mən siyasətçi və ya biznesmen olmaq istədim ...

Bakının mərkəzində doğulub boya-başa çatmış,  indi isə Avropada yaşayan və çalışan yəhudi əsilli bir soydaşımız anasına zəng vurub "yaxşı yaşayırsınız ,deyəsən" soruşanda, anası,  qocaman professor "hə ,yaxşı ,amma Dostoyevskini oxumuruq"söyləmişdi .  "Elə ona görə də yaxşı yaşayırsınız ",- deyə oğlu cavab vermişdi.  Ağır ittihamdır... dərindən düşünəndə...

"Dostoyevskini sevmək olarmı?"

Elm şöhrət üçün deyil, sərvət üçün deyil. Elm  əbədi səadətdir.  Alimin mülkünə baş vurmaq onun yazdığı kitabı oxumaqdır. Düzgün istiqamətdə gedən,  işıqla gedən alimin kitabı da işıq salır,  yol açır,  fikrimizi qəlbimizin nuruyla sınağa çəkir. Doğrunu oxumaq, doğru oxumaq  həyata  göz açdırır, pisliklərdən arındırır. Çünki  həmişə qaranlıqdan  işığa can  atırıq.  Doğulanda da, öləndə də... Kitablar əlimizdən tutmaq üçündür.

Bir azərbaycanlı alimin Dostoyevski haqqında düçüncələrini bilmək istəyi insan ruhunun əslində cənnət sorağında keçdiyi,  keçmək istədiyi, keçə bildiyi və ya bilmədiyi yolları dərk etmək cəhdindən özgə bir şey deyildir.

Dünyanın dərd-sərini səsində ifadə edən Alim Qasımov müsahibələrinin birində daxilində hər cür səsləri eşitdiyini, şeytan səsinin fərqində olduğunu və onunla müharibə apardığını söyləyirdi. Qələbədən  söhbət gedə bilməsə də, qəbr evinə qədər bu müharibəni aparacağını deyirdi. "Bəlkə biz bu dünyaya bu müharibə üçün gəlmişik ,"- dedi böyük Alim. "Axı hər şey rahat  yeyib-içməkdən ibarət ola bilməz. Belə sadə olsa,  nəyə yaşayırıq? Gecə-gündüz  var axı, bəs bunlar nə üçündür?"

Alim Qasımov böyük alim Məmməd Qocayevin "Cənnət və gözəllik fədaisi" adlandırdığı Fyodor Dostoyevskini oxuyub öz düşüncələrini bildirirmiş kimi göründü mənə. Alimə qulaq asan, onu eşidə bilən, ruhunun maddi varlığından çəkidə çox-çox üstün olduğunu görüb sevinən və onu sevən hər bir kəs "Dostoyevski haqda düşüncələri" oxuya bilər. Könlü sevgi istəyən, gecə-gündüzə giriftar olan hər bir azərbaycanlı "Dostoyevskini sevmək olarmı?" sualına bu kitabda cavab tapa bilər.

İnsanın ruhunda şeytana uymamaq gücü var. İman, aman adlandıra biləcəyimiz insan ruhunu yaşam,  tale hekayətləri,  tale romanları çərçivəsində işıqlandıra bilən, birinin və ya birilərinin şəxsində ümumiyyətlə Adəm övladının qismət-qədərini obrazlı şəkildə, bədii formada, nəsr tabloları yaradaraq nəsillərə, əsrlərə çatdıran yazıçı haqdadır alimin " Düşüncələri". Düşünə bilənlər ücün,  düşünüb-daşına bilənlər üçün bu kitab dəyərli töhfədir.

"Məndən tez-tez Dostoyevskini nəyə görə sevdiyimi soruşurlar.  Mən isə cavab verirəm ki, Dostoyevskini sevmək mümkün deyil. Onda belə sual yaranır: bəs məni Dostoyevskiyə bağlayan nədir?" Gözəllik axtarışı və möhtəşəmliyə maraq hisslərini önə cəkən alim kitabın ilk səhifələrində Dostoyevskinin fəthi məqamlarını açıqlayır.

L.Qrossmanın məşhur "Dostoyevski" kitabı ilə başlayan maraq sonra yazıçının bilavasitə  söz dünyasına müraciətlə, onun tədqiqinin elmi-metodoloji əsaslarını işləyib təqdim etmək istəyi və səyi ilə əvəz olunur.

"Dostoyevski ətrafında düşüncələr" dahi  yazıçı haqda  rus dilində bir sıra ciddi  elmi-tədqiqat işlərinin müəllifi,  professor Məmməd Qocayevin azərbaycanlı oxucuya məhz doğma dilimizdə ilk, belə demək mümkünsə, böyük müraciətidir. Bu kitab öz mahiyyəti, üslubu, dili ilə oxucusunu  zənginləşdirir, onun biliklərini, təhlil etmə və mülahizə yürütmə qabiliyyətini həm formalaşdırır, həm yönəldir. Dünyada məşhur olan Dostoyevski fenomeni kitabda çox geniş məsələlər ətrafında: yazıçının tərcümeyi-halının əsas məqamlarından tutmuş, yaradıcılıq yolunun inkişaf xətti , hər biri böyük hadisə kimi dəyərləndirilən romanları , onların ideya və mündəricə cəhətləri - həm elmi, həm mütəxəssis olmayanların diqqət-marağını cəlb edə biləcək üslubda , sistemli şəkildə şərh olunur, açıqlanır.

Qeyd olunduğu kimi ,  qeyri-səlist strukturlu romanlar yazan , mücərrəd və anlaşılmaz görünən bir yazıçını səhih, səlist izah etmək onun poetik nəbzini tuta bilməkdən keçir. Məmməd Qocayev Dostoyevskinin polifonik mətninin, sözünün ritmini, ahəngini duya bilən azsaylı filoloq-alimlər sırasındandır. Rusiya elmi dairələrində dostoyevskişünaslar tərəfindən böyuk rəğbətlə qarşılanan M.Qocayev bu dəfə Azərbaycan oxucusu ilə öz düşüncələrini paylaşır,  onu çox yaxında,  üzbəüz görürmüş kimi ona  suallar verir və ya özünə suallarla müraciət edərək,  onları cavablandırır .

Oxucuya Dostoyevskini dərindən tanıtmaq,  yaxınlaşdırmaq üçün müəllif onun yaradıcılığının gizli məqamlarını Tolstoy, Qoqol, Puşkin, Servantes kimi yazarların,  Eynşteyn, Yunq  kimi  mütəfəkkirlərin bədii və elmi fikirləri ilə qarşılaşdırır,  geniş bir müşahidə və müqayisə meydanı acır. Dostoyevski  poetikasının  əsas qayəsini Məmməd müəllim dərinlik psixologiyasında görür, o cümlədən Dostoyevskini Karl Yunqun sonradan yaratmış olduğu arxetiplər nəzəriyyəsinin bədii kəşfinin müəllifi adlandırır.

Modernizm və postmodernizm meyllərinin güclü olduğu zəmanəmizdə Dostoyevski yaradıcılığına maraq sahəsi də, əlbəttə,  geniş olmaya  bilməz. Təhtəlşüur  psixologiyasının təsvirini  "insan qəlbinin dərinlikləri"  adlandıran Dostoyevskinin yaradıcılığında, müəllifin qeyd etdiyi kimi, "adi təfəkkürə sığan heç nə yoxdur, çünki insan və həyat özləri də məntiqə sığmır". Yazıçınin dünyaya fərqli hesablama sistemindən yanaşması və bu baxış bucağı altında üzə çıxan dünya həqiqətləri bu kitabda məzmunlu, məntiqli, elmi düşüncəyə dayanaraq açıqlanır.

İnsan-dünya,insan-Allah münasibətlərini müxtəlif səslər və səsləşmələr, dialoji söhbətlər üzərində quran yazıçının romanlarını alim dini kitablara bənzədir ("zahirən mücərrəd, daxilən sonsuz qədər mənalı-məzmunlu"), onları "haqdan gələn",  "haqdan yaranmış sədalar" adlandırır.

"Yaradıcılıq yolu"

"Dostoyevski ətrafında düşüncələr" kitabının əsasında yazıçının yaradıcılığına kompleks yanaşma   M.Qocayevin işləyib hazırladığı vahid xarakter konsepsiyası durur. Bu konsepsiyanin əsasını isə xarakter kateqoriyası təyin edir. M.Qocayev bu kateqoriyanı yazıçının bədii sistemində açar rolu oynaya biləcək qədər mühüm hesab edir. Müəllifin fikrinə görə , daxili mənəvi və zahiri sosial təsirlərin dialektik uzlaşması Dostoyevski xarakterlərinin dolğunluğunu və həqiqiliyini təmin edir. Hətta ən qeyri-real yaranışa və dünyagörüşə malik insan xarakteri belə, məsələn, "idiot" adlandırılan Knyaz Mışkin  öz inandırıcılığı ilə ən real xarakterlər - İppolit, Roqojin və s. qədər  maraqlıdır, mahiyyətcə, əksinə,  daha həyati önəm daşıyır.  İki köməksiz qadını balta ilə qətlə yetirən qəhrəmanın ("Cinayət və cəza" romanında  Raskolnikov) bu davranışını necə izah etmək olar? Bu cinayətə  hüquqi qiymət vermək, əslində, məsələnin kökünə varmamaqdır. İnsanin həyatı ehkam  qanunlarla xilas olub cənnətə çevrilmir. Dostoyevski romanlarında ideoloq-qəhrəmanlar (Raskolnikov, Kirillov, İvan Karamazov)   hərəsi bir ömür kitabı yazır və , əslində, dünya şöhrətli bu rus yazıçısının bədii düşüncəsində biri-birinin kitabını oxumayan, Kitaba inanmayan adi bəndələrin, bizlərin,sizlərin siması canlanır ...bir balta ilə iki qadını qətlə yetirməmiş  olsaq belə ...Haşiyə cıxaraq, bu məqamda Məmməd müəllimin  bir sözünü, istəyini ifadə etməyə bilmirəm: "Əgər mən gənc  olsaydım,"Evanqelie ot Dostoevskoqo" ("Dostoyevskinin İncili")kitabını yazardım". Ən mümkünsüz olan bu hal - zamanı geri çevirmək - baş versəydi, həm bu kitab, həm də İsa Muğanna həqiqətini söz, düşüncə tariximizdə iz qoyacaq səkildə təsvir edən digər bir kitab yaranardı (çox böyük İsa Muğanna narahatçılığı və nigarançılığı var Məmməd müəllimin,yeri gəlmişkən...).

...Qayıdaq "Düşüncələr"ə. Qeyd edim ki,  M.Qocayevin Dostoyevskiyə yanaşma metodunun mahiyyətini xarakterlərin ideya-poetik dəyərləndirilməsi təşkil edir. Kitabda yazıçının yaradıcılıq yolu - XIX əsrin 40-cı illərindən  başlayaraq 1881-ci ilə qədər - üç mərhələyə bölünür.  Dostoyevskinin yaratmış olduğu insan xarakterləri hər üç dövrə (40-cı, 60-cı və 70-80 -ci illər)  uyğun olaraq sosial-psixoloji,  ideya-mənəvi və fəlsəfi-dini prizmadan izlənilir.

"Dostoyevski ətrafında düşüncələr"in müəllifi yazıçının ilk əsəri "Yoxsul insanlar"dan başlayaraq fəlsəfi-dini epopeya olan "Karamazov qardaşlar"ına qədər hər biri bədii hadisə kimi qiymətləndirilən povest və romanları ayrı-ayrılıqda təhlil etmir. O, yazıçının bədii utopiya və antiutopiyasını bir nöqtədə birləşdirməyə çalışır,  öz təhlilini vahid prinsip əsasında qurur: "Üç həlqədən ibarət olan bu spiralvari inkişaf sanki eyni məzmunlu məqamları müxtəlif,  daha yüksək səviyyədə əks etdirir", - müəllif qeyd edir.

"Dostoyevski  bizə    verdi?"

İlk növbədə qələm əhli Dostoyevskini oxumalı və ondan baş açmağı bacarmalıdır. Ən azı ona görə ki, yazıçı özü dünya ədəbi təcrübəsini mənimsəmiş və bununla da öz qələbəsini,  müəllifin qeyd etdiyi kimi, bir növ təmin etmişdir. Dostoyevski poetikasının sirlərini öz polifonizm nəzəriyyəsində ifadə etmiş M.Baxtinin məşhur monoqrafiyasını dilimizə tərcümə etmiş ("M.Baxtin Dostoyevski poetikasının problemləri. -Bakı, "Kitab aləmi", 2005, 384 s.) professor,  Bakı  Slavyan Universitetində klassik rus ədəbiyyatı kafedrasına rəhbərlik edən Məmməd Qocayev Dostoyevski yaradıcılığının tədqiqinin Azərbaycan mədəniyyətinin inkişafına xidmət etdiyini təsdiqləyir. Kitabın  son səhifəsində  o yazır: "Elmdə mənimki, səninki, özününkü, özgəninki deyilən şey yoxdur. Odur ki, Dostoyevski irsinin dilimizə tərcüməsi və onun Azərbaycanda tədqiqi məsələləri milli maraqlarımıza cavab verən vəzifələrimizdəndir".  Qeyd etmək yerinə düşər ki,  son illər ərzində Məmməd  müəllim Dostoyevskiyə marağını xalqına olan sevgisi ilə birləşdirərək  "milli çərçivədən kənara çıxan" dahi yazıçının bədii və publisistik irsinin dilimizə tərcüməsində böyük əmək sərf edir. "Yeniyetmə",  "Şeytanlar" romanlarından sonra "Paxla",  "Gülməli adamın yuxusu",   "Ölü evdən qeydlər"  və s. əsərlərin tərcüməsi  işıq üzü görmüşdür.  Yazıçının digər əsərləri də yaxın zamanlarda M.Qocayevin tərcüməsində oxuculara təqdim olunacaq .

Son söz əvəzi

  Kəmalə UMUDOVA

BSU-nun "Klassik rus ədəbiyyatı"

kafedrasının dosenti

Dostoyevskinin  Ədəbi-memorial muzeyində özümü valideynlərimin , müəllimlərimin, doğulub boya-başa  catdığım məmləkətin və böyük Azərbaycanın ən qürurlu, şərəfli təmsilçisi hiss etdim. Bu hissi, gücü mən özümlə apardığım kitablardan aldım. T.A.Kasatkina, B.N.Tixomirov  kimi ən müasir tədqiqatçılarla qısa bir söhbət də edə bildim. Yaşlı, təcrübəli alimlərin öz gənc həmkarlarına  qarşı   çox isti və qayğıkeş  münasibətlərini müşahidə etdim. "Dostoyevski və dünya mədəniyyəti"  adlı  ənənəvi  konfransda qonaq kimi iştirak etmək fürsətim oldu... Oxumadığımız kitablar yadıma düşdü, gəzmədiyimiz yerlər, demək istədiklərimizi  deyə bilmədiyimiz  anlar, görmədiyimiz min-min işlər yadıma düşdü... elmə, Azərbaycana, mədəniyyətimizə  təmənnasız xidmət naminə ...

BSU-nun "Klassik rus ədəbiyyatı" kafedrasının dosenti

525-ci qəzet.- 2014.- 30 yanvar.- S.7.