Ürək ağrısı ilə
yazılmış kitab
MÜHARİBƏ
VETERANININ DÜŞÜNCƏLƏRİ
Qaradağ müharibəsi haqda indinin meyarları, ölçüləri ilə
danışmaq asandı. İndi adamların
ovqatı da dəyişilib, psixologiyası
başqalaşıb. Ötən əsrin
88-94-cü illərində isə
məsələ bam başqa
idi. Məsələ
kəskin şəkildə
ortalığa qoyulmuşdu:
Vətənin taleyi həll edilirdi. Sən bu dünyaya nə üçün gəlmisən? Bir oğul,
vətəndaş kimi
yerin haradı? Harada olmağın, kimin yanında dayanmağın mütləq
müəyyənləşməliydi.
O zamanlar yüksək
gərginliyə tab gətirə
bilməyən nağıllar
kimi, çoxlu-çoxlu
adamlar tapıldı ki, onlar siyasətə
cumdular, vəzifə kürsüsünə əyləşmək
üçün min sifətə
düşdülər.
Uşaqlıq və yeniyetməlik illərində heç də xoş günlər keçirməyən Vahid Məhərrəmov isə cavan həyat yoldaşını, körpə oğlunu məişət şəraiti çox acınacaqlı olan mənzildə qoyub hərbi jurnalist kimi cəbhəyə (1992) yollanır. "Hər addım uğrunda" (Bakı, "Qanun" nəşriyyatı, 2013) kitabı da məhz o illərin ağrı-acılarından, Milli Ordumuzun quruculuğundan, qələbə və məğlubiyyətlərimizdən bəhs edir. "Bəhs edir" ifadəsi tənqidçi və ədəbiyyatşünasların tez-tez işlətdikləri sözdü. Amma Vahid Məhərrəmov "Qanlı məktəbli çantası"nı "Çillə yağışı altında", "Hər addım uğrunda" kimi əsərlərini bu və ya digər məsələlərdən bəhs etməyib. O bu yazıların canına, öz qanını hopdurmuş, ürəyinin döyüntülərini köçürmüşdü. Goranboyda, Füzulidə dəfələrlə ölümlə üzləşib. Əlahəzrət Vətən sevgisi onu bu ölümlərdən, düşmən gülləsindən xilas edib. Bu əsərlərdə elə məqamlar ("Ölüm vaxtı", "Qoşa məzar") var ki, onlar insan iradəsindən, dözümünün fövqündə dayanır. Bütün bunları - hekayəmi, povestimi mövzusuna çevirmək üçün insan gərək o qanlı döyüşləri gözləri ilə görsün, ürəyinin süzgəcindən keçirsin. İnsan belə döyüşlərdə o dünyaya gedib qayıdır. Stress keçirir, ürək ağrısı tapır.
Əlimə fürsət düşmüşkən bir məsələyə də toxunmaq istəyirəm. Bütövlükdə, Erməni Silahlı Birləşmələri keçmiş Martunini (Xocavəndi) işğal etməzdən qabaq orada bir neçə azərbaycanlı kəndləri vardı: Muğanlı, Kuropatkin, Xocavənd, Əmrallar, Qaradağlı. Kiçik yaşayış qəsəbəsi olan Xocavənddə bir neçə məhəllə və küçələr vardı ki, orada da bütövlükdə azərbaycanlılar yaşayırdı.
Təsadüf elə gətirib ki, düşmənlər Qaradağlı kəndini işğal etdiyi, əhalisini əsir götürdüyü kəndi başdan-başa yandırdığı zaman mən eyni istiqamətdə yerləşən, Qaradağlıdan 7-8 kilometr aralıda olan doğma Veysəllidəydim. O günü Qaradağlıdan havaya qalxan qara tüstü Veysəllidən də ap-açıq görünürdü. Qaradağlı 1992-ci il fevralın 17-dən 18-nə, Yuxarı Veysəlli 21-dən 22-nə, Xocalı isə 25-dən 26-na keçən gecə işğala məruz qalıb. Görünür, bütün bunlar ermənilərin qabaqcadan planlaşdırdıqları hərbi əməliyyatlardı.
Müşahidələrim onu göstərir ki, ümumiyyətlə, respublika əhalisinin böyük əksəriyyəti 1992-ci ildə Qaradağlı kəndində, onun əhalisinin başına gətirilən müsibətlərin təfərrüatlarını aydınlığı ilə bilmirlər. Vahid Məhərrəmovun "Ölüm vaxtı" povesti məhz bu boşluqları aradan qaldırır.
1988-1994-cü illərdə Qarabağda baş verən hadisələr, döyüşlər, Azərbaycan əsgərinin hünəri, rəşadəti, bununla yanaşı məğlubiyyətlərimiz, sarsıntı və faciələrimiz - Azərbaycan tarixinin heç bir dövrü ilə müqayisə gəlməyən mərhələdi. Vahid Məhərrəmovun "Hər addım uğrunda" kitabında toplanan "Qanlı məktəbli çantası", "Çillə yağışı altında", "Sevgiyə atılan atəş", "Qoşa məzar", "Təslim olmayan tut ağacı" kimi əsərlər o dövrün müəyyən epizodlarını, məqamlarını tutarlı, təmiz Azərbaycan dilində qələmə alınıb. Adlarını çəkdiyim və çəkmədiyim əsərlərdə elə qatlar, məqamlar var ki, ("Döyüşçü sözü", "Soyuq dekabr günlərinin ilk nəfəsi", "Barıt qoxulu yurd") gərək bu hissləri şəxsən yaşayasan. İstər Füzuli bölgəsində, istərsə də Ağdərədə gedən qanlı döyüşlərdə şəxsən iştirak edəsən. Azad edilmiş torpaqların sevincini yaşadığın kimi, gərək məğlubiyyətin də acısını duyasan.
Məsələ burasındadır ki, daha Vahid Məhərrəmov da 92-94-cü illərin adamı, əsgəri deyil. İndi ölçülər, məqamlar da dəyişilib. Müəllif bir əsgər, zabit kimi də başqalaşıb. Oxucu "Hər addım uğrunda" kitabında qələmə alınan, qan iyi gələn, dəhşətli, insanı huşunu başından çıxaran səhnələri gördükcə, sarsıntılar, ağrılar yaşasa da, bir insan, vətəndaş kimi formalaşır, kamilləşir. İnanıram ki, əgər günlərin bir günü Azərbaycan əsgəri, Azərbaycan Respublikasının vətəndaşları işğal edilmiş torpaqların azad edilməsi üçün döyüşə atılsalar, əlbəttə, 92-94-cü illərdəki döyüşlərin taktikasından, manerasından imtina ediləcək. İndi insanlar torpaq itkisinin nə olduğunu, necə milli faciə olduğunu yaxşı-yaxşı dərk ediblər. Yəqin ki, başlanacaq döyüşlər də amansız və məqsədyönlü olacaq.
İnanıram ki, bu döyüşlər 88-94-cü illərin savaşı kimi olmayacaq. Neçə illərdən bəri ürəyimizə hopan intiqam və qisas hissi soyuqqanlı əsgərlərimizin, zabitlərimizin simasında başqa formada, başqa çalarda düşmənlərimizə diqtə ediləcək. Bu xalqın kimliyini, ləyaqət və Vətən hissini dünyaya göstərəcək.
...Hərdən telekanallarda, mətbuatda Qarabağ müharibəsi haqda sanballı bədii-publisistik əsərlərin yaranmamasından giley-güzar, şikayətlər səslənir. Hər halda Vahid Məhərrəmovun "Hər addım uğrunda" kitabı belə iradlara tutarlı savaşdı.
Nemət
VEYSƏLLİ,
Azərbaycan
Dövlət
Rəssamlıq
Akademiyası,
redaktor
525-ci qəzet.- 2014.- 30 yanvar.- S.4.