AMEA-da Nizamnamə Komissiyasının
yekun iclası keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət
Heyətində AMEA Nizamnamə
Komissiyasının yekun
iclası keçirilib.
İclası giriş sözü
ilə Nizamnamə Komissiyanın sədri,
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli açmış,
komissiyanın fəaliyyəti
ilə bağlı məlumat verib, indiyədək bir neçə iclasın keçirildiyini diqqətə
çatdırıb. Akademik
İsa Həbibbəyli
AMEA-nın Nizamnaməsinin
yenidən işlənilməsi
barədə AMEA Rəyasət
Heyətinin 18 sentyabr
2013-cü il tarixli qərarının yerinə yetirildiyini bildirib, bu müddətdə
xeyli sayda təklif və mülahizələrin komissiyaya
təqdim olunduğunu
xatırladaraq qarşıda
duran vəzifələrdən
danışıb. İsa
Həbibbəyli qeyd edib ki, Akademiyanın
Nizamnaməsinin daha təkmil variantı yeniləşdirilməli, ölkəmizin
və elmimizin müasir tələbləri
səviyyəsinə uyğunlaşdırılmalı
və burada bir neçə prinsipial məsələyə
aydınlıq gətirilməlidir
ki, bu da
Azərbaycanda elmin inkişafının, onun prioritet istiqamətlərinin
müəyyənləşdirilməsində
mühüm əhəmiyyətə
malikdir. Ölkə Prezidenti cənab
İlham Əliyevin elm
və təhsilə diqqət və qayğısını önə
çəkən İsa
Həbibbəyli akademiya
üzvlərinin də
fəal yaradıcılıq
istiqamətlərinin müəyyən
edilməsinə, ölkəmizdə
elmin inkişafının
daha da yüksəldilməsinə,
o cümlədən dünya
elminə inteqrasiya proseslərinin sürətləndirilməsinə
zəmin yaratdığını
xüsusi vurğulayıb.
O bu məqsədlə
yeni dövrdə akademiyada aparılan islahatlarda, bu ali elmi
qurumun işinin məcrasının müsbət
mənada dəyişərək
yeni mərhələyə
qədəm qoymasında,
bəzi prioritet sahələrin yaradılmasında
AMEA rəhbərliyinin, şəxsən
akademik Akif Əlizadənin böyük
əzmkarlıqla fəaliyyət
göstərdiyini nəzərə
çarpdırıb. O, ötən
2013-cü ili akademiyanın yenidən qurulması dövrü kimi səciyyələndirib.
İsa Həbibbəyli deyib ki, akademiyada aparılan islahatlar, əhəmiyyətli dəyişikliklər
bir sıra mətləbləri ortaya çıxarıb ki, bu
sırada AMEA Nizamnaməsinin
bəzi əlavə və dəyişikliklərlə
yenidən qəbul edilməsi zərurəti də dayanır. Bu məqsədlə yaradılmış
Nizamnamə Komissiyasının
və İşçi
Qrupunun fəaliyyətini
yüksək dəyərləndirən
akademik İsa Həbibbəyli komissiyaya daxil olmuş təklif və mülahizələrin diqqətlə
təhlil edildiyini nəzərə çatdırmış,
bu zaman ölkə qanunvericiliyi çərçivəsində Rusiya, Polşa, Belarus, Qazaxıstan, Çexiya, Bolqarıstan, Özbəkistan
və bir sıra qabaqcıl Avropa ölkələrinin
elmi qurumlarının
Nizamnamə təcrübələrinin
öyrənilməsi diqqət
mərkəzində olmuşdur.
Komissiyanın üzvü, AMEA-nın akademik-katibi, müxbir üzv Rasim Əliquliyev akademiyada yeni sənədlərin qəbulu və bəzilərinin yenidən işlənməsinin vacib əhəmiyyət kəsb etdiyini bildirərək bunu akademiyanın inkişafında yeni mərhələnin qarşıya çıxardığı bir məsələ kimi dəyərləndirib. XXI əsrin ideologiyasının Azərbaycana da sürətlə nüfuz etdiyini qeyd edən Rasim Əliquliyev texnoparkların yaradılmasının, biliklər iqtisadiyyatının formalaşdırılmasının, yeni dünya çağırışlarına qoşulmağın vacibliyini önə çəkib, qloballaşma mühitində elmlərin qarşısında mühüm vəzifələrin qoyulduğunu diqqətə çatdırıb. O, bəzi əlavə və dəyişikliklərlə yenidən formalaşmalı olan Nizamnamənin böyük əhəmiyyət kəsb edəcəyini bildirmiş, dövlət tərəfindən qəbul edilən qanunlarıın inikası olan sənəddə elmin maliyyələşdirilməsi, informasiya-telekommunikasiya texnologiyalarının tətbiqi və s. kimi məsələlərə də yol açılacağına ümid etdiyini nəzərə çatdırıb.
Müzakirədə komissiyanın üzvləri - akademiklər Asəf Nadirov, Vaqif Fərzəliyev, müxbir üzv Pərviz Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Əminağa Sadıqov, Hüquqi təminat şəbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov verilən təklif və mülahizələrə münasibət bildirib, təkliflər elmi aspektdən və hüquqi cəhətdən təhlil edilib. İclasda elmin maliyyələşdirilməsi, akademiyanın "Mərkəzi icra hakimiyyəti orqanı" statusu alması, ümummilli lider Heydər Əliyevin "Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adının verilməsi haqqında" 15 may 2001-ci il tarixli Fərmanına əsasən 15 may tarixinin ölkədə "Elm günü" kimi təsis olunması, magistr sisteminin yaradılması və s. məsələlər müzakirə olunub. Həmçinin bölmələrin adlarına və strukturuna yenidən baxılması, yeni bölmələrin təşkili təklif edilib.
Sonda akademik İsa Həbibbəyli yekun sözü ilə çıxış edərək əlavə və dəyişikliklərin yer aldığı Nizamnamənin yenidən işlənərək son variantının 10 gün müddətinə AMEA-nın prezideti, akademik Akif Əlizadəyə təqdim olunacağını bildirib.
Ağahüseyn ŞÜKÜROV,
AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri
525-ci qəzet.- 2014.- 31 yanvar.- S.7.