"Qobustan" sənət toplusunun yaz buraxılışı çapdan çıxıb

 

"Qobustan" sənət toplusunun bu yaxınlarda nəşr olunan yaz buraxılışında maraqlı materiallar yer alıb. Dərgi "Nəsirəddin Tusi- Əlamut giriftarı" yazısı ilə açılır.

Toplunun "Sarı sim" rubrikasında Xalq yazıçısı Anarın "Muğam ölməzliyi", Məmmədağa Umudovun "Mənim üçün ideal-xalq musiqimizdir" və Qəmər Almaszadənin 100 illiyi münasibətilə  Narıngülün "Bizim balet təqvimimiz Qəməridir..." yazıları öz əksini tapıb.

Dərginin "El-oba" bölümündə Şəfəq Hacıyevanın "Balakəndə tambur nəğmələri", Sehranə Kasıminin "Balakəndə hayla havası", Əzizə Cəfərzadənin "Axır ki Aşıq Sənəmi gördüm...", Tahirə Sultanın "Tamburun teli incə", Nərgiz Saleh "Naxışkarlıq-mənim uşaq sevincim..." yazıları dərc olunub.

"Qonaq odası"nda Şahin Fazilin 75, İntiqam Mehdizadənin 70 illik yubileyi münasibətilə məqalələr işıq üzü görüb.

 "Türk ədəbiyyatı" dərgisindən imzalar" rubrikasında Belqıs İbrahimhaqqıoğlunun  və Camal Aydının yazıları verilib.

Zəkiyə Nuriyevanın "Qarşı yatan uca dağlar", Ziyadxan Əliyevin "Belarusda şərq motivləri", Nəsibə Şükürovanın "Hər əsər bir xatirə", Nübar Məmmədovanın "Azərbaycan -Fransa: mədəni əlaqələr tarixindən" yazıları toplunun "Dünyanı bəzəyənlər" bölümündə yerləşdirilib.

"Pərdə arxası" və "Xatirə çiçəyi" rubrikalarında Esmira Nəzərli, Aynurə Mustafayeva, Elvira Araslı və başqalarının məqalələri işıq üzü görüb. 

Firuz Mustafanın "Fotoqraf" monopyesi "Qobustan"ın yaz buraxılışında oxucuların ixtiyarına verilib.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 2 aprel.- S. 7.