VII Milli Uşaq Kitab sərgisi
açılır
Aprelin 2-də
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitab Gününə
həsr olunmuş VII Milli Uşaq Kitab sərgisi açılacaq.
Sərginin təşkilində əsas
məqsəd uşaqların
informasiya tələbatının
ödənilməsi ilə
əlaqədar onların
ölkəmizdə son illərdə
nəşr olunan uşaq ədəbiyyatı
ilə tanış
edilməsi, kitaba və mütaliəyə həvəslərinin artırılması,
habelə milli dəyərlərimizi yaşatmaqdır.
Sərgi
iştirakçıları nümayiş olunan kitabların video slaydını
da izləyəcəklər.
Tədbirdə Azərbaycan
uşaq yazıçılarından
Zahid Xəlil, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli,
Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Ələmdar Quluzadə, Füzuli Əsgərli, Aygün Bünyadzadə,
"Tumurcuq" qəzetinin
baş redaktoru Səməd Məlikzadə
və "Sehrli dünya" jurnalının
redaktoru Gülzar İbrahimova, uşaqların
sevimli şairi İlyas Tapdıq iştirak edəcəklər.
Son dövrlərdə nəşr
olunmuş uşaq ədəbiyyatı nümunələri
30 mövzu, o cümlədən,
"2 aprel - Beynəlxalq
Uşaq Kitabı Günü", "Xalq yaradıcılığı
paytaxtları-2015", "2015-ci il üçün Şamaxı
şəhəri "Azərbaycanın
ədəbiyyat paytaxtı",
"Qax şəhəri
"Azərbaycanın milli
mətbəx paytaxtı",
"Nağıllar aləmində",
"Sizin sevimli yazıçılarınız", "Sirli-sehrli ilmələr",
"Azərbaycan-yurdum mənim",
"Gözlə bizi,
Qarabağ", "Kitablarda
mən hələ...",
"Dərədən, təpədən",
"Tarix - keçmişdən
gələcəyə", "Yubilyar yazıçılarımız",
" "F.Köçərli adına Respublika Uşaq Kitabxanası-
50" və digər
adlar altında nümayiş olunacaq.
Aprelin 5-dək davam
edəcək sərgidə
iştirak edən bütün məktəblilərə
kitabxananın təsis
etdiyi "Göy qurşağı" uşaq
jurnalı hədiyyə
olunacaq.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 2 aprel.- S. 7.