bir gün mən də bulud olum
bir gün mən də bulud olum,
göy üzündən
baxım sənə;
sonra
qaralım, bozarım,
guruldayım yağım
sənə;
əllərini uzat göyə,
yağma-yağma deyə-deyə;
mən də qoşulum küləyə
toxunsun ayağım sənə;
sonra dönüm işıq olum,
baxım sənə,
aşiq olum;
yaşıl bir sarmaşıq olum,
dolansın budağım
sənə;
bir az saral, bir az
da sol,
bir az kövrəl, bir az da dol;
sonra
bir şirin bulaq ol
qurusun dodağım sənə.
belə lal baxış olarmı
belə lal baxış olarmı,
istədim su olub axım;
üzünü çevirmə
yana,
qoy sənə doyunca baxım;
oyansın otlar, çiçəklər,
oynasın xırda
böcəklər;
könlümdə həsrət
çiçəklər
gəl səni bağrıma sıxım;
mənə təntimə,
acıma,
əllərini çək
saçıma;
ürəyini qoy ovcuma.
qaçım bu dünyadan çıxım.
dəli aşiq nə dersən de
dəli aşiq nə dersən de,
dərdin üzü
gülmədi heç;
dünyanın yolları
uzun,
gedən yollar dönmədi heç;
bulud gəldi, oynaxladı,
Göyün göyüzü laxladı;
anam dağları ağladı,
göz yaşını
silmədi heç;
tay mənə şeir oxuma,
həsrət qarışıb
ahıma;
bulaqlar girdi yuxuma,
dağlar özü bilmədi heç;
dərd dediyin bir pətəkdi,
dağıldı, üstümə
səkdi;
ayrılıqlar uzun çəkdi,
ayrılıqlar ölmədi
heç.
üzün-gözün nə şirindi
ağ duman dağa büründü,
həsrətin yeri göründü;
üzün- gözün
nə şirindi,
dodağında çiyələk
var;
odumnan, közümnən
gəldim,
üzüldüm özümdən,
gəldim;
qəlbi Göyüzündən
gəldim,
hər çiynimdə
bir mələk var;
gözlərin ala boyandı,
əllərim alışdı,
yandı;
qara tellərin oyandı,
elə bil dağda külək var;
gəl, nağıl yoğurum sənə,
yazılsın axırım
sənə;
yaxın gəl,
toxunum sənə,
qanadlarımda lələk
var;
bir az da ayrılma dayan,
dərdlə dolub o yan, bu yan;
alnımıza yazı
oyan,
aramızda bir fələk var.
bilmədim bu nə səsiydi
bilmədim bu nə səsiydi,
gəldi min atlı,
deyəsən;
çığrışdı qara saçlarım,
qulağım batdı
deyəsən;
bu qış deyil, çillədi ki,
hər yanı ağ bələdi ki;
həsrət elə mələdi ki,
dərd özün atdı, deyəsən;
nədi,nədi dərdin adı,
gəldi hər yanı daladı;
o nə güldü, nə ağladı
o da boyatdı deyəsən;
dedilər ki, qaça-qaçdı,
ürəyimin rəngi
qaçdı;
ruhumdan bir dua uçdu,
Allaha çatdı,
deyəsən.
mən daha, daha da köhnə
mən daha, daha da köhnə
mən min illərin adamı;
yazın, yazın
ağaclara,
yazın daşlara
adımı;
nə bilim, yoxam bəlkə də,
yürüyüb çıxam
bəlkədən;
gələm bir uzaq ölkədən,
təzələyəm boyatımı;
nə var, nə var axı
burda,
çıxım gedim itən yurda;
qismət olum bir ac qurda,
bilsin ağzının
dadını;
ürəyim baxır
içimdən,
elə söz axır içimdən;
gəl, məni çağır içimdən,
çağır, könlümün
qadını;
çağır məni
öz adımnan,
çağır Doğumnan,
Batımnan;
çağır məni
boyatımnan,
yandırım eşqin
şamını.
ürəyimə bir söz gəlib
ürəyimə bir söz gəlib,
gəlib min sözə
bölünəm;
gəl, tutum əlindən bir az
bəlkə azacıq
ilinəm;
yollarım dönməyib
hələ,
həsrətim dinməyib
hələ;
kösöyüm sönməyib
hələ,
ocaqda qalan külünəm;
bilmirəm nəyinəm
sənin,
dalınca deyinəm
sənin;
yağışın, buludun,
çənin,
dağlardan gələn
selinəm.
duman dağların tülüdü,
baxdım, ürəyim
ləlidi;
hərə bir cürə dəlidi,
mən yazıq sənin dəlinəm.
ulduzlar qopurmuş kimi
ulduzlar qopurmuş kimi,
o yankı üzündən
göyün;
yuxularım qar-qarışıq,
yuxularım löyün-löyün;
bu nə yuxudu görürəm,
dərdi çiçək
tək dərirəm:
hara isə göndərirəm,
qanadında bir mələyin;
sən nə yaşda, mən nə sində,
ağ buludlar kündə- kündə;
mən quşammı göy üzündə,
qopub tökülür
lələyim;
qaçıb bir qəfil yazıdan,
gəlirəm dərdin
yasından;
buludların arasından,
üzü görünür fələyin;
ruhum hayana tələsir,
yarpağın üstə
şeh əsir;
dusdaq dağlardan meh əsir,
dəyir üzümə
küləyi.
bu yer haradı görən
bu yer haradı görən,
nə dağı, nə düzü var;
nə qaranlıq gecəsi,
nə burda gün üzü var;
daşı, ağacı
qara,
göyüzü para-para;
suyu çəkilib hara
bir ölü dənizi var;
torpağı lilə
dönüb,
bərkiyib, gilə
dönüb;
ocağı külə
dönüb,
xırdaca bir közü var.
evlərin damı
yoxdu,
kəndin adamı
yoxdu;
hardadı hamı,yoxdu,
bir solğun bənizi var:
burda necə yaşayır,
üzü kədər
daşıyır;
adama da oxşayır
bir qəribə üzü var;
bu nə yuxudu belə,
ürəyim qopur, lələ;
səhərə çox
var hələ
gecənin gündüzü
var;
adam üşüyür
burda,
həsrət tövşüyür
burda;
ah, kim yaşayıb burda,
burda adam izi var.
bu yol yenə də uzandı
bu bulud yaman qaralıb,
içindəki qarmı,
gəlsin;
həsrət dil açıb ləlidi
gözündəki qormu, gəlsin;
amanım-ahım perikib,
mənnən Allahım
perikib;
min i
ldi ruhum perikib
ruhum mənə yarmı, gəlsin;
səs gəlir ahdan o yana,
nə var, Allahdan o yana;
hardasan ana, ay ana
o sənli çağlarım
gəlsin;
həsrətim dəli
ozandı,
nə yoruldu, nə usandı;
bu yol yenə də uzandı
mənnən gedən
varmı, gəlsin;
nədi,nədi balam, adın,
içimdə çırtladı
odum;
mən dağları bulamadım
qoy mənə dağlarım gəlsin.
Nazim ƏHMƏDLİ
525-ci qəzet.- 2015.- 4 aprel.- S.28.