Həqiqət və Rəzalət
romandan parça
Yazıçı Əli İldırımoğlunun
“Daş yağan gün” romanındakı bir epizodun bu
günümüz üçün də çox aktual
olduğunu nəzərə alıb oxuculara təqdim edirik.
(Əvvəli
20 mart sayımızda)
Məclis
başa çatdıqdan sonra qonaqlar şadxürrəm ayağa qalxıb ev sahibləri
ilə xudahafizləşdilər. Hərə
öz evinə tərəf yollandı. Silva
yan otağa keçib əynindəki bahalı paltarını
dəyişdi. Andranik və Solomon Betker
stullarını birbirinə yaxınlaşdırıb
çay gətirtdirdilər. Andranik üzünü yeznəsinə
tutub, ikrahla başını buladı və narazı halda:
- Qatarla gələndə
Eduard Çeburdanidze adlı əclaf bir gürcüyə
ilişdim, - dedi. - Başdanayağa zəhər tuluğu idi.
Yanımda silah olsaydı, təpəsinə iki güllə
vurardım, - əlavə etdi. - Guya gürcüdür!! Din
qardaşıdır!! Xaç gəzdirir!! Ancaq ermənilərin
qatı düşmənidir!! Özün
yaxşı bilirsən ki, Andranik Torosoviç Ozanyan erməni
xalqının iftixarıdır. Onun
adı bütün dünyada məşhurdur. Di gəl ki, Andranik Ozanyanın adını çəkən
də elə bir atasını söydülər. Onun
ruhu şərəfinə badə qaldırmaq istəyəndə
əlindəki konyak dolu qədəhi yerə qoydu. Utanıbçəkinmədən
üzümə qarşı dedi ki, Andranik Torosoviç Ozanyan
qəhrəman yox, insan qatilidir, qaniçəndir. Əsrin əvvəllərində
ermənilərin
qırılmasının əsas səbəbkarı
Andranik olub. Guya ki, həmin davadalaşda
türklərin o qədər də günahı olmayıb.
Erməniləri qırğına verən
Andranik Ozanyandır.
Andranik Poqosyan həyəcanlı
danışığına fasilə verib, onu diqqətlə
dinləyən Solomon Betkerə yoxlayıcı nəzər
saldı. Və:
- Eduard
Çeburdanidze kimi xaçpərəstdənsə, olmasa
yaxşıdır! Elələrinin kökünü
kəsmək lazımdır. - Sözünə davam etdi.
- Özü də alimdir!! Guya həmişə
düz danışdığına görə hər yerdən
qovulub, indi arxivdə eşələnir. Düz eləyiblər!
Eləsi arxivdə işləməyə yox, heç donuz
otarmağa da layiq deyil!
Andranik Moskvaya gələrkən qatarda rastlaşdığı
Eduard Çeburdanidzedən eşitdikləri barədə nə
qədər həyəcanlı danışsa da, Solomon Betker
ağzından qıfılı götürüb
qayınatasının dediklərinin bircə kəlməsini
belə təsdiq etmədi. Heç olmasa,
“düzdür” demək mənasında başını belə
tərpətmədi. Axırda üzünü qayınatasına
tərəf tutub təmkinlə:
- Sizin
söhbətinizdən belə nəticə
çıxartdım ki, Eduard Çeburdanidze dediyiniz o
gürcü obyektiv adamdır. Əslində öz dininə,
daşıdığı xaça sadiq adam
həqiqəti danışmalıdır. Görünür,
Çeburdanidze sizin ürəyinizə yatan, arzunuzca olan yalan,
iftira danışmağı özünə rəva bilməyib.
Ermənilərə sərf etməyən həqiqəti
deyib.
Solomon Betker bir siqaret yandırıb ciddi görkəm
aldı. Və:
-
Şübhəsiz ki, biz qohum olmuşuq, - dedi. - Silvanın
atası, mənim qayınatam kimi həmişə hörmətinizi
saxlamağa borcluyam. Başqa cür də ola
bilməz. Çünki biz artıq qaynayıb
qovuşmuşuq. Yeri gələndə sizə
hər cür kömək etməyə hazıram. Türklərlə ermənilər arasında ədavətə
gəldikdə, vaxtilə olubkeçmiş əhvalatı təzədən
qızışdırıb közərtməyə lüzum
görmürəm. Əslində Gürcüstandan olan
sizin o kupe yoldaşınız Eduard Çeburdanidzenin dediklərində
həqiqət var. Tarixi hadisələr barədə fikir
yürüdəndə bir var obyektiv gerçəkliklərə,
rəsmi dəlilsübutlara əsaslanasan, bir də var,
emosional, qərəzli hisslərə uyub, olmayan hadisələri
yalandan uydurasan. Düzdür, əsrin əvvəllərində
ermənitürk qarşıdurması olub. Hər iki tərəfdən xeyli insan
qırılıb. Həmin anlarda sizin xalq
qəhrəmanı, xilaskar hesab etdiyiniz və inciməsəniz,
deyərdim ki, hətta fəxrlə adını
daşıdığınız Andranik Torosoviç Ozanyan
xoşagəlməz, insanlığa sığmayan bəd əməllər
işlədib. Elə arının yuvasına
çöp uzadan
əvvəlcə sizin o Andranik Ozanyan olub. Türkiyədə doğulub boyabaşa
çatdığı halda, o tərəfin müsəlmanlarına
arxadan zərbə vurub. Türkiyədə
özü kimi qatı millətçilərdən silahlı
dəstə düzəldib, öz həmvətənlərinə
qarşı çıxıb, Türkiyə ilə vuruşan
Bolqarıstan, Rusiya ordusuna kömək edib. Bir tərəfdən də azərbaycanlıların
üstünə ordu yeridib, neçəneçə kəndi
oda qalayıb, minlərlə günahsız insanı,
uşaqlıböyüklü qətlə yetirib. Bu, qəhrəmanlıq yox, qəddarlıqdır.
O, Çeburdanidze də arxiv materiallarından bunu bildiyi
üçün düzünü danışıb. Ona görə də yaşca məndən
böyük olsanız da, acığınıza gəlsə
də, gəlməsə də deməliyəm ki, o
gürcüyə əclaf deməyə haqqınız yoxdur.
Bu cür sözsöhbətləri mən də
azçox eşitmişəm. Mənim
fikrimi bilmək istəsəniz, deyərdim ki, o dövrdə
baş verən hadisələr doğrudüzgün
araşdırılıb ortalığa çıxarılsa,
məlum olar ki, türklər - azərbaycanlılar çox
qırılıb, nəinki ermənilər. Ona görə də ermənilər nahaq yerə bu məsələni
qurdalayıb, özlərini duruluğa çıxartmaq
üçün canfəşanlıq edirlər. Hətta
Fransanın, Amerikanın mötəbər dairələrində
inam yaranmışdı ki, guya ermənilər genosidə məruz
qalıb. Bəzi dövlətlər erməni
millətçilərinin reallıqdan uzaq olan yalan təbliğatına
uyub, korkoranə qərar qəbul ediblər ki, doğrudan da
ermənilər türklərin genosid siyasətinə məruz
qalıblar. Həmin dövlətlərin
başçılarından soruşmaq lazımdır ki, belə
bir qərar qəbul etməzdən əvvəl zəhmət
çəkib hansı arxiv sənədlərini vərəqləmisiniz?!
Hansı tarixi araşdırmaları
aparmısınız? Erməni lobbisinin təsiri
altına düşən Amerikanın və Fransanın ixtiyar
sahiblərindən soruşmaq gərəkdir ki, iki qonşu
xalq arasında baş verən xoşagəlməz hadisələrdə
kimin haqlı və ya haqsız olduğunu müəyyən
etmək üçün sizi kim vəkil
tutub?! Bax, bu mənada bir çox dövlətlərin
genosid barədəki yanlış mövqeyi mənə
gülünc gəlir.
Andranik aldığı sərt cavablardan sarsılır
və daxilən peşmançılıq çəkirdi. Ancaq
Silvanın gələcək taleyini gözləri önünə
gətirib yeznəsinə etiraz etməkdən çəkinirdi.
Həm də özlüyündə
atasını məzəmmət edirdi ki, gərək ona bu
Andranik adını qoymayaydı. Eduard Çeburdanidzenin,
Solomon Betkerin sözlərində yəqin ki, bir həqiqət
var. Doğrudan da adını daşıdığım
Andranik də azacıq aşın duzu olmayıb. Ona görə də Andranik Poqosyan yeznəsinin
qarşısında susub sükuta dalmışdı.
Solomon Betker barmaqları arasında tüstüsü
çözələnən siqaretini külqabına qoyub, qəddini
düzəldərək:
- Əlbəttə, ermənilərin yaxşı bəstəkarları,
alimləri, ədəbiyyat və incəsənət xadimləri
var. Onların istedadına qibtə etmək olar. Təəssüf
ki, şərə xidmət eləyən qatı millətçilər
çirkin əməlləri ilə mənsub olduqları millət
barədə ikrah hissi yaradırlar. Mənim
hörmətli qayınatam, istəyirəm, bu cür məsələlərdə
düzgün, ədalətli mövqe tutasınız, qərəzli
hisslərin əsirinə çevrilməyəsiniz. Tarixi baxımdan andraniklərin və onların varislərinin
tutduğu qatı millətçilik, qısqanclıq, xəyanət
yolu çətin ki, sizə uğurlu gələcək vəd
etsin. Söhbət düşmüşkən onu da deyim
ki, ermənilərin
torpaq, ərazi iddiaları da kökündən
yanlışdır. Bizim Elmlər
Akademiyasında işləyən bir çox tarixçi dostum
var. Vaxtilə Qafqazda baş verən konfliktlər barədə
onlarla çoxlu söhbətlərimiz olub. Yaxın tariximizə diqqətlə nəzər
salanda tam aydın olur ki, Cənubi Qafqazda yaşayan ermənilərin
böyük əksəriyyəti qonşu dövlətlərdən,
xarici ölkələrdən bura
köçürülüb. Belə bir
deportasiyanın da əsas təşəbbüsçüsü
və təşkilatçısı o vaxtkı rus
padşahlığı olub. Onda rus
çarı şovinist bir siyasət yeridirdi. Sonralar Leninin özü də o vaxt rus şovinizminin
əleyhinəydi. Və bunu təhlükəli
bir siyasət hesab edirdi. Əslində bu,
Rusiyanın özü üçün də zərərli
bir siyasət idi. Çünki
böyük millətçilik iddiası yarananda, istəristəməz
xırda millətçilik əhvaliruhiyyəsi baş
qaldırır. Tarixdə baş verən hadisələrdən,
qanlı vuruşmalardan az da olsa məlumatım
var. Şəxsən mən qatı millətçiliyə xəstə
təxəyyülün təzahürü kimi baxıram. Bunu dilə gətirmək mənim üçün
çətin olsa da, deməyə məcburam ki, belə bir
qorxulu xəstəlik erməni məliklərində xroniki hal
alıb. Təəssüf ki, belə bir
qorxunc xəstəliyin müalicəsi müşkül bir məsələdir.
Silva bayaqkı məclisdə çox da içməmişdi. Buna baxmayaraq, konyak az da olsa, ona təsir eləmişdi. Əri ilə atası arasında gedən söhbətlərin
ona dəxli yox imiş kimi yan otaqda telefonu qulağına
sıxıb rəfiqələri ilə şirinşirin
danışıb arabir qəşş eləyib
gülürdü. Silva sanki
ömrünün ən bəxtəvər anlarını
yaşayırdı. O, taleyindən razı olduğunu dilə
gətirib deyirdi:
- Min
şükür Tanrının kərəminə! Arzuma
çatmışam! Adlısanlı, varlıpullu məşhur
alimlə həyat qurmaqdan böyük xoşbəxtlik nə ola bilər?! Atam özü də
Betkerlə evlənməyimə bilirsən necə sevinir?!
Bizə ürəkdən xeyir-dua verdi.
Özü də buradadır... Hələ getməyib, o biri
otaqda ərimlə söhbət eləyir... Aazz...
nə olsun yaşlıdır?! Öz aramızda
danışıram, hələ ki, onnan kefimi çəkirəm.
Başını yastığa qoyub, o
dünyalıq olandan sonra mənə ər qəhətdi?!
Nə çoxdu bığıburma oğlan?!
Birini evimin üstünə salıb kefə
baxaram. Doludost evim olandan sonra kişilər özü
arxamca sürünəcək...
Telefon danışığının eşidilməməsi
üçün Silva qapını örtmüşdü. Səsini də
içəri salıb həmsöhbəti ilə
xısın-xısın pıçıldaşırdı.
Həm də Solomon Betkerin eşidib başa
düşməməsi üçün erməni dilində
arabir - Siranuşcan - deməsindən və bəzi sözlərindən
bilinirdi ki, həmsöhbəti Yerevandandır.
Yeznə ilə qayınatanın söhbəti getdikcə
qızışırdı. Solomon Betkerin dedikləri
Andranik Poqosyanın ürəyincə olmasa da, yeznənin
dediklərini ilk dəfə eşitdiyinə görə ona dərin
maraqla qulaq asırdı.
Solomon Betker qıçını
qıçının üstünə aşırıb,
kürəyini əyləşdiyi stula söykəyib,
üzünü yanpörtü Andranikə tərəf
çevirdi.
Və:
- Yəqin
ki, dediklərimdən inciməzsiniz, - sözünə davam
etdi. - Bir halda ki, qohum olmuşuq, bərk ayaqda heç vəchlə
erməniləri başqalarının ayağına vermərəm.
Buna şübhəniz belə olmasın. Siz o yol yoldaşınız, Eduard
Çeburdanidzedirnədir, ondan incikli olduğunuz və sizi qəzəbləndirdiyi
üçün istəyirəm ki, məsələdən
hali olasınız, ağla qaranı səhv
salmayasınız. Bu barədə
doğrudüzgün məlumatınız olsun. Mən -
Cənubi Qafqazda yaşayan ermənilərin çoxu başqa
ölkələrdən köçən və
köçürülən gəlmələrdir, - deyəndə
hiss etdim ki, rənginiz bir balaca qaçdı. Görünür,
bu söz sizə xoş təsir bağışlamadı.
Ancaq nahaq yerə. Bunu öz
aramızda deyirəm. İstəyirəm,
türk-erməni münasibətilə əlaqədar olan
tarixi hadisələri olduğu kimi biləsiniz. Mən rəsmi dairələrdə tribunaya qalxmaq və
qələmkağız götürüb, bu haqda kitab
yazıb ermənilərin əsassız ərazi
iddialarını aləmə car çəkmək niyyətində
deyiləm və bunu ağlınıza belə gətirməyin.
Sadəcə olaraq, ikilikdə özümüz
üçün söhbət edirik. Hesab
edin ki, bu sözləri Solomon Betkerdən yox, yaxın
tariximizin dilindən eşidirsiniz. Onu da
bilin ki, qoca tarix saxtakarlığı qəbul etmir. Tarixə vurulan süni, saxta yamaq çox gedə
bilməz və zaman ötdükcə onu uyduranlar gülünc
vəziyyətə düşüb, sonrakı nəslin nifrət
və lənət hədəfinə çevrilməlidir.
Solomon Betker bu dəyintili sözlərin təsirindən qayınatasının çöhrəsinə çökən qızartıya ani nəzər salıb qımışdı. Lakin özünü o yerə qoymadan sözünə davam etdi:
- Bilmirəm, bu barədə məlumatınız var, ya yox. O vaxt, dəqiq desək, 1828ci ildə Rusiya ilə İran arasında Türkmənçay müqaviləsi bağlanıb. Mənim mülahizəmə görə əslində bu, ermənilərin təşəkkülünə, azərbaycanlıların tənəzzülünə rəvac verən bədnam bir akt idi. Azərbaycanın o cür parçalanmasına bir bədənin ikiyə bölünməsi kimi baxıram.
Andranikin bayaqdan bəri avazımış sifəti duruldu.
(Ardı var)
Əli
İldırımoğlu
525-ci qəzet.- 2015.- 4 aprel.- S.24.