Gənclərin III Ümumrespublika Teatr Festivalı başa çatıb

 

Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclərin III Ümumrespublika Teatr Festivalının bağlanış mərasimi keçirilib.

 

Festival Milli Məclisin deputatı Jalə Əliyevanın təşəbbüsü rəhbərliyi altında, Gənclər İdman, Mədəniyyət Turizm nazirliklərinin, ASSİTEJ - Uşaq Gənclər festival assosiasiyasının, “Biz inkişaf zamanındayıqİctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Altı ay davam edən festivalın devizi “NARKOSTOP” olub.

 

Bağlanış mərasimindən əvvəl jurnalistlərə müsahibə verən layihənin rəhbəri Jalə Əliyeva bildirib ki, artıq üç ildir bu festival təşkil edilir. Festivalı təşkil etməkdə başlıca məqsəd gənclərimizin teatra olan maraqlarını artırmaq mənəviyyatlarını daha da zənginləşdirməkdir. Eyni zamanda hər il qoyduğumuz mövzularla həmin sahə üzrə gənclərimizi maarifləndirmək, nəyin yaxşı, nəyin pis olduğunu onlara vizual şəkildə aşılamaqdır. Teatr böyük sirli xəzinədir. Düşündük ki, son dövrdə gənclərimizin mütaliəyə marağının bir qədər azaldığı, internetə daha həvəsli olduqları bir zamanda bu sənətə diqqət ayıraq. Gördüyümüz ölkəmizdə gedən quruculuq işlərinə, gənclərimizə göstərilən böyük diqqət qayğıya kiçik bir töhfədir.

 

J.Əliyeva deyib ki, ilk festivalın mövzusu Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilən vətənpərvərliyə, ikinci festivalımız ekologiyaya, bu il isə narkomaniya digər zərərli vərdişlərə qarşı mübarizəyə həsr olunub. Çünki bəşəriyyət üçün böyük faciəyə çevrilən, canlar alan narkomaniya digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərimizin daha fəal olması onların bu sahədə maarifləndirilməsi olduqca labüddür. Axı bəzi gənclər narkotik vasitələrin verəcəyi ziyanlardan, xəstəliklərdən xəbərsizdir, bunun üçün bu məsələyə çox sadə yanaşırlar.

 

Qeyd edək ki, festivalda paytaxtla yanaşı əyalətdən olmaqla 12 truppa iştirak edib. Ümumilikdə 12 yaradıcı komandanın iştirak etdiyi festivalda 8 peşəkar həvəskar teatr kollektivi, eləcə Şamaxı, Ucar, İmişli, Naxçıvanı təmsil edən 4 truppa 3 gün ərzində 12 tamaşa ilə Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış ediblər.

 

Final gecəsi gənclər tərəfindən hazırlanmış tamaşalar bir daha teatrsevərlərə təqdim edilib.

 

Festivalın münsiflər heyətində yer alan Xalq artisti Ramiz Novruz, Əməkdar artistlər Sənubər İsgəndərli, Hüsniyyə Mürvətova, Nicat Kazımov əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovun yekdil qərarı ilə Gülnarə ƏhmədlininHəyatımı qaraldan səhnə əsri Qran-priyə, Qorqud CəfərinRuhun qəfəsiikinci, Elçin AslangilinGözləri yummaqtamaşası isə üçüncü yerə layiq görülüb.

 

Qaliblərə pul mükafatı, fəxri fərman festivalın rəmzi simvolu təqdim edilib.

 

Festivalda fərqlənən digər gənc aktyorlar da müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 4 aprel.- S.16.