"Ağır illər...xoş
xatirələr" nümayiş etdirilib
"Nizami" Kino Mərkəzində
"Ağır illər...xoş xatirələr"
sənədli filminin təqdimatı olub. Film Cəfər
Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasında
"Studio-19" kino şirkəti
ilə müştərək
çəkilib.
Filmin nümayişindən əvvəl
mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva, filmin
ssenari müəllifi və rejissoru, Xalq artisti Oktay
Mirqasımov çıxış
ediblər. O.Mirqasımov sənədli film üzərində aparılan
işdən söhbət
açıb.
Film Sovet repressiyaları dövründə Qazaxıstana
sürgün edilmiş
azərbaycanlılardan, o illərdə
qazaxlarla və digər millətlərin nümayəndələri ilə
birlikdə çətin
sınaqlardan keçmiş,
lakin inamını və insani dəyərlərini itirməmiş,
qurub yaratmış, taxıl becərmiş, uşaqlarını böyütmüş
insanların ağır
taleyindən bəhs edir.
Filmdə arxiv sənədlərindən,
şahidlərin xatirələrindən
istifadə olunub.
Təqdimatda Qazaxıstanın Azərbaycandakı
səfiri Amangeldı Jumabayev iştirak edib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 7 aprel.-
S.7.