"Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında"

 

 

Ötən gün Bakı Musiqi Akademiyasında (BMA) "Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında" mövzulu I Respublika Festivalının açılışı olub.

 

Festival dahi bəstəkarın anadan olmasının 130 illiyinə, BMA-nın 95 illiyinə akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 35 illiyinə həsr edilib.

 

Festivalın münsiflər heyətinə Xalq artistləri Arif Məlikov, Fidan Xuraman Qasımova bacıları, Ramiz Quliyev, digər tanınmış musiqiçilər daxildir. Onlar festival iştirakçılarının bəstəkarlıq, xor, fortepiano, vokal, xalq instrumental musiqi ifaçılığı başqa nominasiyalar üzrə çıxışlarını qiymətləndirəcək.

 

Festivalda iştirak etmək üçün Gəncə, Ağdaş, Ağsu, Ağdam, Bərdə, Neftçala digər regionlardan 200-dən çox gənc musiqiçi ifaçı ölkəmizin paytaxtına gəlib.

 

Bu festivalın keçirilməsində məqsəd ənənəvi major-minor sistemi ilə yanaşı, Azərbaycan milli lad sisteminin dərindən mənimsənilməsinə kömək etməkdir.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 7 aprel.- S.7.