Azərbaycan və Mərakeş Milli kitabxanaları əməkdaşlıq edəcək
Mərakeş Milli Kitabxanasının direktoru Driss Khrouz aprelin 6-da Azərbaycan Milli Kitabxanasında olub.
Görüşdə Mərakeş Krallığının
Azərbaycandakı Fövqəladə
və səlahiyyətli
səfiri Həsən
Hami də iştirak edib.
Milli Kitabxananın direktoru
professor Kərim Tahirovla
tanış olan Driss Khrouz Azərbaycana
səfərindən məmnunluq
duyduğunu söyləyib,
elm, mədəniyyət ocağında
görüşmək imkanına
şərait yaratdığı
üçün səfirə
minnətdarlığını bildirib.
Azərbaycan Milli Kitabxanası
haqqında ətraflı
məlumat verən Kərim Tahirov Milli Kitabxananın fəaliyyətindən, nailiyyətlərindən,
uğurlarından, beynəlxalq
əlaqələrindən, beynəlxalq təşkilatlara
üzvlükdən danışıb, Azərbaycan Milli Kitabxanası, AMEA-nın Əlyazmalar İnstitutu və Mərakeş Milli Kitabxanası arasında imzalanacaq üçtərəfli
Əməkdaşlıq Memorandumunun
beynəlxalq əlaqələrin
qurulmasına zəmin
yaradacağını bildirib.
K.Tahirov
memorandum üzrə kitab
və biblioqrafik resurs, təcrübə mübadiləsinin, seminar və
konfranslar keçirilməsinin,
kitab sərgilərinin
təşkilinin mümkünlüyünü
qeyd edib. Mərakeşə aid Azərbaycan
Milli Kitabxanasında çox az
ədəbiyyatın mühafizə
olunduğunu qeyd edən direktor növbəti tədbirdə
zəngin ədəbiyyatdan
ibarət sərginin təşkil olunacağına
əminliyini vurğulayıb.
Driss Khrouz Mərakeş Milli Kitabxanası (MMK) haqqında
qısa məlumat verib, MMK-nın yeni texnologiyalardan fəal istifadə etdiyini, fondun yarısının artıq
rəqəmsallaşdığını açıqlayıb. D.Khrouz həmkarı K.Tahirovu Mərakeş Milli Kitabxanası ilə tanış olmağa dəvət edib.
525-ci qəzet.- 2015.- 7 aprel.- S.7.