BU DA ALTMIŞ
Bu da altmış......
Qovşağın astanası.
Ömrün gəliri, çıxarı.
Vaqif Səmədoğlundan 15 il aşağı,
Səməd Vurğundan 10 il yuxarı.
Bu da altmış...
Elə sanırdım, yel əsib
qoz töküləcək
ətəyimə.
elə düşünürdüm
küləklər
bal gətirəcək hördüyüm
pətəyimə.
Nə qoz töküldü,
nə də bal gəldi.
əksinə, üstümə
cavabını tapa bilmədiyim
neçə-neçə sual gəldi.
Sən demə, bu yaş
Məşədi İbadın aldadıldığı,
Məmməd Həsən kişinin
eşşəyinin itdiyi,
Şeyx
Nəsrullahın
ölü diriltdiyi
yaş imiş.
Bu da altmış...
Günün günortadan keçən,
Buğdanın yetişən,
Yarpağın budaqdan düşən vaxtı.
dayandırmaqmı olar
bu ağır lokomotivin apardığı
sonu görünməz qatarı?
Saxlamaqmı olar daşı
da,
insanı da aparan bu seli?
Yox, qatar da
gedəcək,
sel də axacaq-
min illər olduğu kimi.
Fəqət yaxşılıq və
insanlıq qalacaq-
Elə qaldığı
kimi.
O SƏS
MÖCÜZƏYDİ...
Ruhun şad olsun, Sabir Mirzəyev!
O səs möcüzəydi,
saldın heyrətə,
Tapmışdın kökünü, əslini
onun.
"Çahargah" o səslə
çatdı şöhrətə,
Çəkdin könüllərə rəsmini
onun.
Səni çəkəmmədi dünyanın
varı.
Səs oldu könlünün,ömrünün yarı,
Dildə
dastan etdin "Bəstənigar"ı,
Sevdirdin
hamıya ismini onun
Muğam
tanrı eşqi, işıq, yol idi,
Min illər bitməyən
bir nağıl idi.
Ruhu işıq idi, aydınlıq idi,
Sən nura boyadın cismini onun.
Qonaq oldum
Kəlbəcərə qonaq oldum,
Bürünmüşdü nura dağlar.
Onda dünya başqa idi,
Geyməmişdi qara dağlar.
Yetmiş
beşin yayı idi,
İyul-avqust ayı idi.
Coşan
Tərtər çayı
idi,
Durub baxan sıra dağlar.
Çobanoğlu Aydın vardı,
Sözə mehman, saza yardı.
Nə görmüşdüm, sizdə
qaldı,
Nə gətirdim
bura, dağlar?
Ceyranbulaq,
Taxtalı düz,
Qoydu min-min könüldə
iz.
Düşmən gözə ox idiniz,
Niyə düşdüz tora dağlar?
lll
Aşıq Şəmşir, mən
də gəldim,
Sənin izin qalan yerə.
Gözəlliyin at oynadıb,
Əqli
başdan alan
yerə.
Ustadlara
sədaqətdi,
Fəxarətdi, şərafətdi.
Bu səfərim ziyarətdi,
Səməd Vurğun gələn yerə.
Dəlidağa həyat gəldi,
Müjdə gəldi, barat gəldi.
El yığılıb-elat gəldi,
Tərtər haray salan yerə.
Saz danışdı - hara getdim,
Söz içində
batdım, itdim.
Min könüldən səcdə
etdim,
Şeir, sənət olan yerə.
Söz əkdiniz,
söz göyərdi.
Bar verməyən söz hədərdi.
Şair
- Sənsən, Ələsgərdi,
Biz yazırıq yalan
yerə.
lll
İlahi,
bu yuxu, yoxsa həqiqət,
Bu nədir, görünür
yollarım üstə?
Bir afət görürəm
- adı məhəbbət,
Ürəyim can verir qollarım
üstə.
lll
Gələcəyəm, gözlə məni,
Qoy hələ
bir bu yaz
keçsin.
Darıxmışam mən də sənsiz,
Səbr
eyləyək, bir az keçsin.
Payız
ötüb qışa
dönsün,
Ürəyimiz yarpaq üstə
Qanadlanıb quşa dönsün,
İstəmirəm tez açılan
çiçəkləri,
Vaxtsız gəlir, vaxtsız
gedir-
İlk baharda xəzəl olur.
Qoy uzansın həsrətimiz-
Sevgi onda gəzəl olur.
lll
Ayrıldıq payızda, yağışlı
gündə,
O günün çoxusu yadıma gəlir.
Günah
nə səndəymiş,
nə də ki məndə,
Yağışdan ayrılıq qoxusu gəlir.
lll
Səslərin içindən tanınan
səs,
Min gözün arasından baxan göz...
Vaxtında atılan güllə,
Yerində deyilən söz.
Yüz tərif, min alqış-
Avqustda yağan yağış!
lll
Oğlum
Fərmana
Dağın bu tərəfi
güldü,çiçəkdi,
Dağın o tərəfi boran, qar, oğlum.
Sənə yalan dünya hələ xoş gələr,
Sənin bilmədiyin çox şey var, oğlum.
Gördük hər üzünü,
sözünü bizlər,
Ört-basdır eyləyib, izini gizlər.
Əvvəl dilə tutub, səni əzizlər,
Sonra gizlin-gizlin
ağladar, oğlum.
Nə yalana qarış, nə gücə söykən,
Hər əsən
küləyə oynatma
yelkən.
Yola kim çıxarsa
hamıdan erkən,
Məqsədə yetişər, o çatar,
oğlum.
İnanma,
mayası yoxdu, yalandı,
Mələk qiyafətli şahmar ilandı.
Hər nə var, puç
edib, özü qalandı,
Hamını beləcə aldadar, oğlum.
Xalq şairi Rəsul Rzaya
Sətirlərin qranit - nə saralır, nə solur,
Sözlərin, fikirlərin oxunduqca təzə, tər.
Sərt
insanlar, nədənsə,
həmişə təmiz
olur,
Odur ki, qayaların köksündə çiçək bitər.
Bəxtiyar öldü...
(Məhəmməd Hüseyn Şəhriyara məktub)
Ey dərdi özündən, özü dərddən qoca şair,
Heydərbabadan, qarlı Kəpəzdən uca şair.
Bu dərdi sənə söyləməyim mən necə, şair,
Ağlatdı bütün milləti, tək bir özü güldü.
Bəxtiyar öldü.
Söylərdi: azad olmasa bir xalq, üzü gülməz,
Yandırdı "Gülüstan" ocağın ki, daha sönməz.
Getdi, o azadlıq quşu bir də geri dönməz,
Sağkən sözünə qalxdı vətən, çünki sevildi.
Bəxtiyar oldü.
Sən getdin, o keçdi Arazı, ağladı, gəldi,
Sürtdü üzünü qəbrinə, qəlb dağladı, gəldi.
Coşdu ürəyi, oldu dəniz, çağladı, gəldi
Dünyaya baş əyməzdi o, bir Haqqa əyildi -
Xalqın sözü, şeirin gözü O - Bəxtiyar öldü.
Bəxtiyar öldü...
Gülbala TEYMUR
525-ci qəzet.- 2015.- 8 aprel.-
S.6.