Akademik Məmməd Arif yad edilib

 

 

Nazim Hikmət adına uşaq kitabxanasında görkəmli tənqidçi, ədəbiyyatşünas akademik Məmməd Arif Dadaşzadəyə həsr olunmuş "Azərbaycan ədəbiyyatında Məmməd Arif yaradıcılığının rolu" mövzusunda İnformasiya saatı keçirilib.

 

Kitabxananın müdiri Çərkəz Əliyeva Məmməd Arifin Azərbaycan ədəbi tənqidindəki əvəzsiz mövqeyindən söhbət açıb. Onun müqtədir bir alim kimi poeziya, nəsr, xüsusilə dramaturgiya sahəsində apardığı tədqiqatlar haqqında məlumat verib.

 

Tədbirdə Bayıldakı 49 nömrəli intellekt liseyinin 203 nömrəli orta məktəbin şagirdləri görkəmli alimin yaradıcılığından nümunələr səsləndiriblər.

 

Bildirilib ki, görkəmli alim ədəbiyyatımızın beşiyi başında dayanaraq, C.Cabbarlı, S.Vurğunla yanaşı, M.F.Axundzadə, Ə.Haqverdiyev, M.İbrahimov, M.Hüseyn, S.Rüstəm, Ə.Məmmədxanlı, S.Rəhman, İ.Əfəndiyev digər ədiblərin dram yaradıcılığını hərtərəfli təhlil təqdir edib. Alimin "Cəfər Cabbarlı" monoqrafiyası, "Tənqid ədəbiyyatşünaslıq", "Dramaturgiyamıza bir nəzər", "Dramaturgiyada dil dialoq", "Azərbaycanda xalq teatrı" məqalələri bu gün ədəbi ictimaiyyətimiz üçün bir manifest səciyyəsi daşıyır.

 

Kitabxanada alimin əsərlərindən ibarət xüsusi sərgi nümayiş olunub.

 

 

 

 

 

 

525-ci qəzet.- 2015.- 8 aprel.- S.7.