Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzindən yeni layihələr

 

 

Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə Muzey Sərvətləri Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Dövlət Teatr Muzeyi, Əzim Əzimzadənin Üzeyir Hacıbəylinin ev muzeyləri ilə yanaşı, Şəki, Lənkəran, Lerik, Beyləqan, Astara, Şirvan, Ucar, Masallı digər bölgələrin tarix-diyarşünaslıq ev muzeylərinin toplularından da xalça, xalça məmulatı, qrafika, rəngkarlıq, tikmə, parça, kağız başqa - 500-ə yaxın muzey əşyası bərpa konservasiya olunub olunmaqdadır.

 

Lənkəran tarix diyarşünaslıq muzeyinin təmirdən sonra yeni ekspozisiyasının açılması ilə əlaqədar mərkəzin bərpaçıları gərgin fəaliyyəti nəticəsində tez bir zamanda 100-dən çox muzey əşyasını müvəffəqiyyətlə bərpa ediblər.

 

Hazırda Əzim Əzimzadənin ev Masallı tarix diyarşünaslıq muzeylərinin yeni binada ekspozisiyalarının açılışı ilə əlaqədar bu muzeylərə məxsus əşyalar üzərində bərpa konservasiya işləri aparılır.

 

Eyni zamanda əşyalarının bərpa konservasiya olunması məqsədilə mərkəzə Ağsu Yevlax tarix-diyarşünaslıq muzeylərindən ilk dəfə olaraq müraciət edilmiş Mədəniyyət Turizm Nazirliyinin göstərişi ilə bu muzeylərə məxsus 200-ə yaxın əşya bərpa üçün mərkəzə gətirilib.

 

Mərkəzdə Elmi Bərpa Şurasının növbəti iclasında Mərkəzə Astara, Yevlax, Ağsu, Masallı tarix-diyarşünaslıq muzeylərindən, eləcə Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Sabit Rəhmanın ev muzeyi, Əzim Əzimzadənin ev muzeyindən bərpa konservasiya üçün daxil olmuş əşyaların bir qisminə baxış keçirilib bərpa üsulları müzakirə edilib. Eyni zamanda Üzeyir Hacıbəylinin ev muzeyinə məxsus 15 ədəd sənədin bərpadan sonrakı vəziyyəti müzakirə edilərək bərpa səviyyəsi yüksək qiymətləndirilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 8 aprel.- S.7.