"Molla
Nəsrəddin" jurnalının
109 illiyi qeyd edilib
Cəlil Məmmədquluzadənin ev-muzeyində
"Molla Nəsrəddin"
jurnalının 109-cu ildönümünə
həsr edilmiş tədbir keçirilib.
Muzeyin foyesində
ekspozisiya nümayiş
etdirilib.
Muzeyin direktoru
Pərixanım Mahmudova
Cəlil Məmmədquluzadənin
şərəfli həyat
yolundan və yaradıcılığından söhbət açıb.
Bakıdakı 189, 190,150, və Zirə
qəsəbəsindəki 134 nömrəli orta məktəbin şagirdləri
muzeyin ekspozisiya zalı ilə tanış olub. Sonra şagirdlərin ifasında Cəlil Məmmədquluzadə və
"Molla Nəsrəddin"çilər
haqqında qısa məlumatlar səsləndirilib.
Bildirilib
ki, 1906-cı il aprelin 7-də "Molla Nəsrəddin" jurnalının ilk sayı
Tiflisdə işıq
üzü görüb.
"Molla Nəsrəddin"
jurnalı Azərbaycan
dilində nəşr
edilən satirik, populyar jurnal kimi ilk sayından sevilib. Jurnalın redaktoru və
müəllifi Cəlil
Məmmədquluzadə o dövr
ziyalılarını tez
bir zamanda öz ətrafına toplaya bilib. "Molla Nəsrəddin"in
25 il ərzində
748 nömrəsi çapdan
çıxıb.
"Molla Nəsrəddin"
25 il ərzində
Azərbaycandan kənarda
olan mütərəqqi
qüvvələri, demokratik
düşüncəli insanları
da öz ətrafında toplaya bilib. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy
Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd
Səid Ordubadi, Mirzə Əli Möcüz Şəbüstəri
və başqa şair, yazıçı
və jurnalistlər,
o cümlədən, Oskar Şmerlinq,
İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət
göstəriblər.
Sonda şagirdlərin
ifasında ədəbi-bədii
kompozisiya təqdim olunub.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 9 aprel.-
S.7.