"100 kağız" filminin
təqdimatı olub
Rejissor Şahin
Zəkizadənin çəkdiyi
"100 kağız" filminin
"Nizami" Kino Mərkəzində
qala-gecəsi keçirilib.
Tanınmış mədəniyyət və
incəsənət xadimlərinin
iştirak etdiyi gecədə iştirakçıları
salamlayan Şahin Zəkizadə ekran əsəri barədə məlumat verib:
"Filmin ideyası
14 il əvvəl yaranıb. Ekran əsərində baş verən hadisələr bu günümüzlə səsləşir.
Film tragikomediya janrındadır. Aktyor seçimini
"Frends Films Production" şirkətinin yaradıcı
qrupu ilə birlikdə etmişəm.
Çəkilişləri Bakıda və
Şamaxıda aparılan
bu film qısa bir vaxtda araya-ərsəyə
gəlib. Kinoda artıq
sənətdə öz
sözünü demiş
komediya ustalarımız
yer alıb.
Yaradıcı heyəti təbrik
edən Xalq şairi Söhrab Tahir bildirib ki, qısa bir
vaxtda çəkilən
belə bir ekran əsəri bir daha göstərir
ki, bu gün
Azərbaycanda müasir
filmlər çəkmək
üçün lazımi
imkanlar var. Əvvəllər
belə ekran əsərlərini çəkmək
üçün ən
azı 2 il vaxt lazım gəlirdi.
Səhnəyə dəvət olunan filmin yaradıcı heyəti bu işdə onlara köməklik göstərənlərə minnətdarlıqlarını bildiriblər.
Sonra film təqdim olunub.
Ekran əsərində cərəyan edən hadisələr yüz manatlıq əskinas üzərində qurulub. Əskinas əldən-ələ keçərək, sahibini dəyişir. Sahiblər isə son dərəcə maraqlı obrazlardır - həkim, yol polisi, müğənni, falabaxan, molla və digərləri.
Bu film komediyadan daha
çox tragikomediyadır. Finalında gülüş
deyil, göz yaşları var. Filmdə
bir ideya, xətt var və
süjet xətti həmin ideyaya xidmət edir. Bu dramaturji cəhətdən
mükəmməl bir
komediyadır. Ekran əsərində
baş qəhrəman
yoxdur, baş qəhrəman məcazi mənada 100 manatlıq əskinasdır.
Filmin prodüserləri Tahir Tahiri, Seymur Səfərov, ssenari müəllifləri Fərid
Rzayev, Şahin Zəkizadə, redaktoru İlqar Fəhmi, quruluşçu operatoru Rövşən Namazov, icraçı prodüseri
Aqil Adiloğlu, quruluş və geyim üzrə rəssamı Aygün Mahmudova, qrim rəssamı Natalya Netrunenkodur.
Ekran əsrində əsas rolları Xalq artistləri Valeh Kərimov, Cəfər Namiq Kamal, Əməkdar
artistlər Naibə Allahverdiyeva, Dilarə Əliyeva, Nicat Kazımov, Pərviz Məmmədrzayev, Təvəkkül
Əliyev, müğənni
Roza Zərgərli və aktyorlar Bəhram Bağırzadə,
Azər Axşam, Qurban İsmayılov, Əjdər Zeynalov və başqaları canlandırıblar.
Tamaşaçıların böyük maraqla izlədiyi bu filmə kinosevərlər
aprelin 9-dan etibarən
Bakının bütün
kinoteatrlarında baxa bilərlər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 9 aprel.- S.7.