Bakıda Britaniya Film Mövsümü
başlanıb
Ötən gün Bakıda Britaniya Film Mövsümünün
açılışı olub. Film mövsümü
British Council, Böyük Britaniya
səfirliyi, PwC, UNICEF və
28 Cinema ilə əməkdaşlıq
çərçivəsində reallaşdırılıb.
Bununla bağlı keçirilən
mətbuat konfransında
British Council-in Azərbaycan üzrə direktoru Elizabet Vayt bildirib
ki, film mövsümündə
Böyük Britaniya istehsalı olan filmlər, o cümlədən,
"Mr Turner", "The İmitation
Game", "Pride", "Hitchcockun The
Ring", "The Story of Children and Film", "Paddington" və (Bakıda premyerası olan) "Shaun
the Sheep" filmləri nümayiş
olunacaq:
"Bu filmlər Böyük Britaniyada şöhrət qazanmış filmlərdir və bütün filmlər ingilis dilində səslənəcək. Hər bir film özündə Britaniya kinemotoqrafiyasının fərdi, özəl xüsusiyyətlərini ehtiva edir. Tamaşaçılara dram, komediya, həmçinin cizgi filmləri təqdim ediləcək. Filmlərin ingiliscə səsləndirilməsinin üstün cəhətlərindən biri də bu dili öyrənənlərin dil bacarıqlarını təkmilləşdirmək üçün gözəl fürsətdir. Filmlərdən dördü Azərbaycanda ilk dəfə nümayiş etdiriləcək. "Mr Turner", "Pride" və "Shaun the Sheep" mükafat qazanmış yeni filmlərdir. Alfred Hiçkokun 1927-ci ildə ekranlaşdırdığı "Zəng" filmi səssiz kino nümunəsi olan nadir klassik əsərlərdəndir.
Film sevgi üçbucağından
bəhs edir. "The Story
of Children and Film" isə dünyada uşaqların kinodakı işindən bəhs edən ilk filmdir. Bu filmdə
16 gənc yaşlı
kinorejissorun nailiyyətlərindən
və onların "Bacarıqlar sərhədsizdir"
mövzusunda maraqlı
bir dəqiqəlik filmlərindən bəhs edilir (UNICEF dəstəyi ilə). Festival zamanı "Paddington" və
"Pride" filmləri də
Azərbaycanda ilk dəfə
olaraq ingilis dilində nümayiş olunacaq".
Film mövsümü zamanı göstəriləcək
filmlərdən əvvəl
qısametrajlı, bir
dəqiqəlik filmlər
nümayiş olunacaq. Bu filmlər azərbaycanlı
gənc rejissorlar tərəfindən çəkilib
və özündə
güclü bir ismarıcı əks etdirir.
Film mövsümü aprelin 12-dək davam edəcək.
Qeyd edək ki, bu
il British Council və UNICEF Britaniya Film Mövsümü çərçivəsində
Azərbaycanda OneminutesJR
adlı təlim sessiyası təşkil edib. Bu tədbir
beynəlxalq layihənin
bir hissəsi olub gənclər və uşaqların sosial müdafiəsi sahəsində peşəkar
qısa filmlərin hazırlanması və çəkilişini öyrənmək
imkanı verir. Seminarın mövzusu "İmkanlar Məhdudiyyətsizdir" olub.
Görmə və eşitmə
qüsurlu gənclər
və müxtəlif çətinlikləri olan
ailələrin uşaqları
bu layihə sayəsində səslərini
geniş auditoriyaya eşitdirə biliblər.
British
Council-ın facebook səhifəsində ən
çox bəyənilən
3 filmin müəllifi
qalib seçilib və filmlər Britaniya Film Mövsümü
zamanı hər filmdən əvvəl nümayiş etdiriləcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 9 aprel.- S.7.