"Toya bir gün
qalmış" - Dövlət Musiqili
Teatrında
Azərbaycan Dövlət Musiqili Teatrında aprelin 16-da Əli Səmədlinin
"Toya bir gün qalmış" komediyasının premyerası
olacaq.
Tamaşa Xalq artisti, "Şöhrət" ordenli,
milyonlarla tamaşaçının
sevimlisi, komediyada əsas obrazı canlandıran Afaq Bəşirqızının 60 illik yubileyinə ithaf olunub. Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan tamaşada oğlunun toyuna bir gün qalmış
vəzifəli şəxs
dünyasını dəyişir.
Onun həyat yoldaşı isə bunu hamıdan
gizlətməyi qərara
alır. Düşünür
ki, ərinin ölümü toyun təxirə salınması
ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa,
toy hazırlıqlarını davam etdirir. Qəfildən "ölü"
ayılır, əsl həngamədə məhz
bundan sonra başlayır...
Tamaşanın quruluşçu rejissoru,
əməkdar incəsənət
xadimi Əsgər Əsgərov, rəssamı
Nabat Səmədova, musiqi rəhbəri, Xalq artisti Ənvər
Sadıqov, musiqi tərtibatçısı Emin
Həsənovdur. Gözlənilməz
situasiyalarla dolu bu komediyada səslənən
musiqiləri tanınmış
qarmon ustası Ənvər Sadıqov səsləndirəcək.
Tamaşada əsas obrazları
Xalq artisti Afaq Bəşirqızı,
Əməkdar artist Ələkbər
Əliyev, aktyorlar Əliməmməd Novruzov,
Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Elnarə Nağdəliyeva,
Gülnarə Əzizova
və başqaları
ifa edəcəklər.
Tamaşanın baletmeystrləri
Yelena və Zakir Ağayevlərdir.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 10 aprel.-
S.7.