NECƏSƏN
Allahım, neyləyim ki, bu qanmazlar qansın.
Barı bir dəfə ağıllı söz deyəydilər;
Deyəydim: Necəsiniz, qanmayın, atamız yansın.
GÜNAH
Ağıllı: Gözələ baxmaq savabdı - dedi,
günaha batdı.
Bəziləri o saat çadraya əl atdı.
QAYDASI VAR
Çalmağın da, oynamağın da qaydası var.
Qaydasız yerdə
kar-kor olmağın da faydası var.
YAZIĞIM GƏLİR
Nələr görməyir gözüm,
Həm görüm, həm də dözüm...
Gözə
hayıfım gəlir.
Bu nadan
adamlara
Acı
sözlər yazardım.
Sözə
hayıfım gəlir.
SEVGİ
Sevgi ən
şirin nemət,
Həm də
ən ağır işdi.
Leyli-Məcnuna
qalsa,
Kökümüz
kəsilmişdi.
DÜNYA
Dünya
qəliz dünyadı,
Sən
yaşa, döz, dünyadı.
Dünya
haqlı olacaq,
Əyri
ya düz dünyadı.
HƏKİM
VƏ XƏSTƏ
Dedilər:
ağır xəstədir.
Xəstə
lap can üstədir.
Həkim
işə girişdi.
Dedi:
çox ağır işdir.
Vaxt əridi,
gün keçdi,
Həkim
lap əldən düşdü.
Xəstə
də durub baxır,
Nə
ağlamır, nə gülmür.
Həkim
yazıq neyləsin?
Xəstə
dirənib durub,
Xəstə
ölmür ki... ölmür!
XƏNCƏR
KƏSƏRDİ
Xəncər
kəsmir qınını,
Kəsərdi,
onu qoymur
Mərdliyin
sərt qanunu.
21 mart
1962
BAHAR GƏLİR
Bahar gəlir,
Yarpaqlar
dolmalıq olur,
Qızlar
yeməli.
Evdə nə
oturmusan, ay dəli!
19 mart
1968
QATİL
KİMDİR
Gülün
gözəlliyi öz qatilidi,
Bülbülü
ömürlük qəfəsə salan
Gözəl
nəğməsidir, şirin dilidir.
16 mart
1976
ACGÖZ
ARVAD
Acgöz
arvadın
Allahı
pul olur,
əri
qul olur.
Özü
də axırda dul olur.
22 mart
1981
QANUNDAN KƏNAR
Qanundan kənar
İki
addım atırıq dünyada.
Biri
dünyaya gələndə,
O biri də,
hə də...
27 fevral
1963
SƏN
YAXŞI OL
Xoş
söz de, gülər üz göstər bahara,
Qaya
kövrələcək, daş ağlayacaq.
Qızılgül
tikanla sülh bağlayacaq.
Bassan
ayağını qara torpağa
Əlində
barmaqlar yarpaqlayacaq.
9 mart 2015
ALİMƏ YAZMADIĞIM ŞEİR
(Xalq artisti Alim Qasımovu dinlərkən)
Heç bilmirəm kainatın harasında,
Bardaş qurub səyyarələr arasında
İnsan səsinin alimi oxuyur,
Mənə yox, dünyaya, aləmə oxuyur.
Əllərini uzadıb bizi yaradana
Səsi də, özü də yana-yana oxuyur.
İnsan
sevgisini, insan dərdini oxuyur.
Ruhu, əxlaqı,
dili, dini oxuyur:
Rəbbim,
qana batıb zamanın əli.
Zaman insan
sümükləri üstündə
gedir irəli.
Bizdən
yaxşı bilirsən özün də,
İnsan
sevgisi tükənib yer üzündə.
Nifrət
silah doğur,
Silahlar
günah doğur.
Allahım
bizi kainatda Yersiz qoyma,
Bizi
sevgisiz, arzusuz, şeirsiz qoyma.
Elə ki
insan ürəyi eşq ilə oxuyur.
O səhər
bütün kainat bənövşə qoxuyur.
Allahım
sevgini qaytar insanlara
Qovuşsun
dost-dosta, yar-yara.
Alim
oxuyurdu...
Səsinə
qoşulub
Mən də
kainata getdim.
Alim
oxuyurdu;
Mən də
öz eşitdiklərimi qeyd etdim.
22.III.
2015
Fikrət Qoca
525-ci qəzet.- 2015.- 11 aprel.- S.29.